Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə22/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Azərbaycan! Yanar odum, gur ocağım, 

Şəfəq payım, işıq selim, nur ocağım. 

Bol çörəklim, xoş diləklim, ömrüm, günüm, 

Tarixlərdən eşidilən səsim, ünüm. 

Tunc biləkli, gen sinəli nər igidim, 

Müdrik babam, Qorqud dədəm, ər öyüdüm. 

Al- qırmızı lalələrin- qızıl qanım, 

Sənsiz  məgər ötüşərmi bircə anım? 

Gözəllərin gül bənizi dağ laləsi, 

Göy dənizdə qağayılar gül haləsi, 

Sevənlərin diləyimi buz bulaqlar? 

Öpər büllur sularını gül dodaqlar. 

Darıxanda rahatlığım, dəyanətim, 

Seviləndə eşqim,  sevgim, sədaqətim. 

Çətin anda həm köməyim, həm dayağım, 

Zülmətləri yarıb gələn gur mayağım. 

Zirvəsinə əl çatmayan uca dağım, 

Min ətirli bar yetirən bağçam, bağım, 

Xoş taleyim, şirin arzum, dadım, duzum. 

Kainata nur çiləyən dan ulduzum. 

 

RƏFİQƏ  HÜSEYNOVA 

 

AZƏRBAYCANIM 

 

Zirvələrə ucalıb, 

Gördüm necə qocalıb, 

Söhbətli - sözlü dağlar, 

Cığırlı - izli dağlar. 

Dedim burda dayanım, 

Bir də seyrinə dalım, 

Sənsən mənim hayanım, 

Azərbaycanım! 

 

Xəzərimlə görüşdüm, 

Şıltaq sular gülüşdü, 

Əllərimdən sürüşdü, 

Ləpə dənizə düşdü. 

Xəzər istəkli canım, 

Gen sinəli cavanım, 

Azərbaycanım! 

 

Düzlərini dolaşdım, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Gül ətrinə bulaşdım, 

Əyildim ki, öpəm mən 

Çiçəklərin gözündən. 

Az qala alışmışdım 

Lalələrin közündən. 

Gözəllikdir dörd yanım, 

Sən gözəllik sultanım - 

Azərbaycanım! 

 

RAMİZ   DUYĞUN 

 

TƏKİ VƏTƏN YAŞASIN! 

 

(ixtisarla) 

 

Biz yaşamasaq olar, 

Təki Vətən yaşasın! 

Yaşamayanda nolar? 

Təki Vətən yaşasın! 

 

Rəngi-  ruhu solmasın, 

Gözləri də dolmasın, 

Onun uca başından 

Bir tel əskik olmasın, 

Təki Vətən yaşasın! 

 

Odur arzu, kamımız, 

Sarayımız, damımız, 

Ona qurban hamımız, 

Təki Vətən yaşasın! 

 

Dağ - daşından güc alsın. 

Göy tağından bürc alsın. 

Təpəsi, təpəciyi 

Dağlar kimi ucalsın, 

Təki Vətən Yaşasın! 

 

Soyu, soyadı olsun, 

Gözəl həyatı olsun. 

Qoy ömrümüz uğrunda 

Bir bənd bayatı olsun, 

Təki Vətən yaşasın! 

 

Acı, şirin, duzluyuq, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Çiçəyi, kol-  kosuyuq. 

Ayağının tozuyuq 

Təki Vətən Yaşasın! 

 

Qartalları şığısın 

Şimşəkləri şaxısın. 

Qarabağın uğrunda 

Qanımız seltək axsın, 

Təki Vətən yaşasın! 

 

Üfüqləri sökülü, 

Qızılgülə bükülü… 

Çalxansın Dəli Kürü, 

Ləpələnsin Göy gölü, 

Təki Vətən Yaşasın! 

 

 

Sinəsindəki sızaq, 

Dodağındakı neyik. 

Bu tayında quzeyik, 

O tayında güneyik, 

Axı, biz kimik, nəyik? 

Təki Vətən yaşasın! 

Azərbaycan yaşasın! 

 

MƏMMƏD   İLQAR 

 

   *** 

Vətən, başa çox iş gələr, 

Baş əymə, başın sağ olsun. 

Biz ölməyə doğuluruq, 

Torpağın, daşın sağ olsun. 

 

Neçə cəfakeşin qalır, 

Bir evdən bir qoşun qalır. 

Beşin ölsə, beşin qalır, 

O qalan beşin sağ olsun. 

 

Çat verir, çatlayır dözüm, 

Sən çatlama, canım - gözüm, 

Bizi ağlamağa gözün, 

Bir də göz yaşın sağ olsun. 

 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



ƏCDƏR   OL 

 

AZƏRBAYCAN 

 

Mənim əziz Vətənim, 

Ruhum, canım  və tənim, 

Qüdrətə bax adında! 

Hikmətə bax adında! 

Deyim nəsən?- Xəzinə! 

Baxıb nurlu üzünə, 

Aranına, dağına, 

Gözəl Qarabağına, 

Ad qoyub, «can» deyiblər, 

«Azərbaycan» deyiblər! 

 

Səni Vətən seçənlər, 

Adına and içənlər, 

Çinarına «xan» dedi. 

Dağına «sultan» dedi. 

Lap işi qan olan da, 

Yolunda qurban dedi. 

Canında can olan da, 

Yarımcan da «can» dedi. 

Mən də «can- can» deyirəm. 

«Azərbaycan» deyirəm. 

«Azərbay» deyilincə, 

Düşmənlər də «can» deyər. 

Dönük çıxıb, gözündən 

Düşənlər də «can» deyər. 

«Can» deyər qan- qan deyən, 

Hər «Azərbaycan» deyən. 

Dünyadan doymayan da, 

Canına qıymayan da, 

Tək sənə «can» deyəcək. 

«Azərbaycan» deyəcək. 

 

Mənim Azərbaycanım, 

Adının da «can»ı var. 

Könlümün nə qorxusu, 

Nə də həyəcanı var. 

Bilməyən bilə bilməz, 

Bu Vətən ölə bilməz, 

Niyə? 

Nədən? 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə