Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə30/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Dünyada dil açıb 

            ilk dinəndə də 

                « ana » deyirik, 

Qocalıb dünyanı 

            tərk edəndə də 

                « ana » deyirik. 

 

Bütün dahilərə 

             layla çalar o, 

                   günəşli layla… 

Bütün ürəklərə 

            şəfəq salar o, 

                    günəşlə, ayla. 

 

Ana mərd olanda 

               nənə ağbirçək, 

                         baxışları nur, 

Qızları böyüyər 

               ay parçası tək 

                       qüdrətli, məğrur. 

 

Oğullar  dünyanın 

                  gələcəyidir, 

                       ana bu günü, 

İnsanlıq hər şeydən 

                  müqəddəs bilir 

                          ana südünü! 

 

NİGAR   RƏFİBƏYLİ 

 

ANA  SƏSİ 

 

Nə güclüsən, ana səsi, 

                     qadın səsi… 

Ürəklərdən qopub gələn 

         odlu nəğmələr nəğməsi… 

Səadətə, xoş günə çağıran bizi 

            ana səsidir. 

Qüdrətiylə aşıb keçən 

         neçə qitəni, dənizi 

            ana səsidir. 

Rəngi istər ağ olsun, 

         istər sarı, istər qara. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Analıq bir şərəfdir 

         insanlara… 

Dünyada bir səs varmı 

Ana səsi qədər doğma, mehriban? 

İlk laylasını dinləmişik, 

İlk şəfqəti görmüşük 

         analardan. 

Vətənin ağır günündə 

         döyüşə göndərib analar, 

Qaranlıqlar ərisin deyə 

Ürəyini məşələ döndərib analar. 

Xoş gündə 

           könülləri xoş meh kimi 

                 sarıb keçən ana səsidir. 

Çətin yolları ümidlə, inamla 

         yarıb keçən ana səsidir. 

Dünyada elə ana varmı 

Körpələrin təbəssümünü 

              göz yaşına dəyişsin 

Dünyaları ona versələr belə?! 

Elə ana tapılarmı 

Balasının bir gününə qıysın, 

«Sənə əbədiyyət bəxş edərik», - 

                desələr belə?! 

Bütün canlılar qoruyur balasını  

Oddan, Sudan, küləkdən … 

İllərin, əsrlərin arxasından 

Anaların səsi gəlir: 

« Qoruyaram səni, körpəm, 

Qızılcadan, çiçəkdən ». 

Silinir ölkələrdən 

Qızılcanın, çiçəyin izi … 

Bombaların çopurundan, 

Yanğınların ləkəsindən 

Qoruyur analar 

Dünyamızı, yuvamızı, elimizi … 

Ana sözü dayandırar 

Dağdan qopan vəhşi seli. 

Ana sözü oyandırar 

Əsarətdə yatan eli. 

Böyük ana, 

Yaratmısan öz əlinlə 

Keçmişi sən, bu günü sən. 

Öz əlinlə qaldırarsan 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bu dünyanın kürəyindən 

Fəlakətin yükünü sən. 

Bu gün bütün Yer üzündə 

Səs- səsə versə analar, 

Sülhün qalib bayraqları 

Hər tərəfdə əzəmətlə dalğalanar. 

Dinləyin, insanlar, 

Analar danışır, 

Üfüqlərdən- üfüqlərə dalğalanan 

Anaların səsidir… 

Bu səs 

Səadət nəğməsi, 

Ümid nəğməsidir… 

 

HÖKÜMƏ  BİLLURİ 

 

 

      

         ANAMA  QURBAN  OLUM 

 

Anama qurban olum, anam yaradıb məni, 

Ürəyimin yerinə bir dağ qoymuş elə bil. 

Anam sevdirmiş mənə bu eli, bu Vətəni, 

Ürəyimin başına çıraq qoymuş elə bil. 

Dözümlüyəm, həssasam, 

Düşünənəm, qananam. 

Özgələrin dərdinə 

Dərdim kimi yananam. 

Qızılpərəst, pulpərəst, 

Şöhrətpərəst deyiləm. 

Məğruram anam kimi, 

Mümkün deyil dünyada 

Bir kimsəyə əyiləm. 

Gözlərimin giləsi, 

Almazdan doldurulmuş. 

Bu dünya gözlərimdə 

İşıq gölüdür tamam. 

Dağlar, düzlər, dənizlər, 

Çöllər şerimə ilham. 

Anama qurban olum, 

Gözəl yaradıb məni, 

Dişlərim mirvaridir, 

Bu, anamın töhfəsi, 

Bu, anamın varıdır. 

Mənə vermiş bu varı. 

Həyat yolum anamın 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə