Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə38/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Yaman darıxmışam səninçün, ana. 

 

     ANA ƏLLƏRİ 

 

Qabarlar barmağına 

Taxılan üzük olub. 

Öz zəhməti bir yana, 

Döyüşlərə yollanan 

Atamın zəhmiəti də 

Bu əllərə yük olub. 

Bu əllər od götürüb, 

Bu əllər su götürüb 

Bizə ağ gün gətirən 

Ağ əllər, 

           yumşaq əllər 

Ağlığını itirib. 

O əllərin hər yeri 

Ayazdan çat - çat olub. 

İtirdiyi  qara gün, 

Tapdığı  həyat olub. 

O, istiyə düşübdür, 

O, soyuğa düşübdür. 

Üstünü şaxta alan 

Gül kimi bürüşübdür. 

Gəzəndə kürəyimdə 

Dağa dönüb ürəyim. 

Heç bilmirəm onlara 

Ana əlləri deyim, 

Ata əlləri deyim?! 

 

MƏSTAN   GÜNƏR 

 

 

 

 

 

MEYNƏLƏR, ANALAR 

 

Soruşsaydım: meynələr 

nələri xatırladır? 

Biri deyərdi: onlar 

kiçik, zümrüd taladır. 

 

Biri deyərdi: qumlar 

çökəlmiş nimçələrdir. 

Orda yatan meynələr 

yaşıl gölməçələrdir. 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Üstünə gün düşəndə 

biri deyərdi: oddur. 

Başqası söyləyərdi: 

- Bölük- bölük buluddur. 

 

Mən deyərdim: onların  

anaya bənzəri var. 

Bu ana meynələrin 

göz üstündə yeri var. 

 

Qoşa qanadlar kimi 

açılmış budaqları. 

Sinəsində qızdırır, 

böyüdür uşaqları. 

 

Anasına sığınan 

gilə boy atır orda, 

Bol qayğılar möhtacı 

salxımlar yatır orda. 

 

Qayğılı anamın da 

belə günləri vardı. 

Qanadları altına 

körpələri yığardı. 

 

Küləklərlə döyüşdə 

özü düşərdi əldən. 

Daldalardı bizləri 

tufandan, qara yeldən. 

 

Meynələr analardır, 

soyuq, xəzrili günlər 

acı hərb illəridir. 

Salxımları qoruyan 

titrək yarpaqlar deyil, 

anamın əlləridir. 

 

 

 

 

 

 

ANAMIN ŞER PAYI 

 

Səndən ötrü qəribsədim, 

A saçları yovşan anam. 

Yaş ötdü, yaşın hökmünə 

Öyrəşən, uyuşan anam. 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Əylə gələn bir qatarı, 

Çapsın yuxumda çarxları. 

Şəhərə köçməyən qarı- 

Elinə bağlaşan anam. 

 

Yeri taxıllı, tənəkli, 

Zər naxışlı, gül döşəkli. 

Göyü göyərçin bəzəkli 

Çöllərə yaraşan anam. 

 

Sellər ilə süpürləşən, 

Çətin günlərdə kürləşən, 

Göyçək əli kömürləşən, 

Birçəyi qarlaşan anam. 

 

Nə inciyən, nə kin bilən; 

Ürəyini tez- tez silən, 

Ağladığı dəmdə gülən, 

Küsüb, tez barışan anam. 

 

İgidlər ilə ünləşən, 

Şilləsinə, papaq düşən, 

Gəliniylə mehirləşən, 

Bir az fağırlaşan anam. 

 

Zəng eləyən yüzlər ilən, 

Əhvallaşan bizlər ilən, 

Telefonçu qızlar ilən 

Sözləşib, qorlaşan anam. 

 

Fikirli yatsa gecələr, 

Yuxusunu qatsam əgər, 

Gördüyünü səhər- səhər 

Sulara danışan anam. 

 

Yola çıxıb köç görəndə, 

Uçmaq istər quş görəndə, 

Qollarını boş görəndə, 

Hərdən qubarlaşan anam. 

 

Gül düzərdi telbağına, 

Tellərinin hər tağına, 

Gəlinlərin yığnağına, 

Cığırı darlaşan anam. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Sərt yollara düşdü yönü, 

Yüyürdü, qovdu ömrünü. 

Yüyürməkdən qalan günü 

Yolu hamarlaşan anam. 

 

                            İLYAS  TAPDIQ 

 

 

 

 

 

 

ANALAR, AY ANALAR!.. 

 

 

Ən şərəfli ad alsaq, 

 

 

 

Çələngimiz sizsiniz! 

Bu dünyada ən nadir, 

 

 

 

Saf incimiz sizsiniz! 

Həyatımız, ömrümüz, 

 

 

 

Sevincimiz sizsiniz! 

Analar, ay analar, 

 

 

 

Əziz, gözəl analar! 

 

Vətənin istəyini  

 

 

 

Könlünüzdə görürəm, 

Dünyanın taleyini  

Üzünüzdə görürəm. 

       Qəlbinizin nurunu 

 

 

 

Gözünüzdə görürəm, 

 

Analar, ay analar, 

 

 

 

 

Əziz, gözəl analar! 

 

 

Ömrünüz qayğılarla  

Ləpələnən dənizdir. 

       Müharibə kəlməsi  

Qatı düşməninizdir. 

 

 

 

        Ürəyiniz günəşli…  

Niyyətiniz təmizdir, 

 

 

 

 

Analar, ay analar, 

 

 

 

 

 

 

Əziz, gözəl analar! 

 

 

 

 

 

Ana sözü deyəndə 

Həm də Vətən deyirik, 

 

 

 

 

Qoşa qanad gətirib 

 

 

 

 

 

 

Biz günəşə dəyirik. 

 

 

 

 

Sizə ömrümüz boyu 

 

 

 

 

 

 

Hörmətlə baş əyirik, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə