Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə39/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 

 

Analar, ay analar, 

 

 

 

 

 

 

Əziz, gözəl analar! 

 

 

 

 

 

Bahar olsun, yaz olsun 

 

 

 

 

 

 

 Taleyiniz, bəxtiniz. 

 

 

 

 

Dünyanın anası siz, 

 

 

 

 

 

 

 Dünyaya şöhrətsiniz, 

 

 

 

 

Biz xöşbəxt yaşayanda, 

 

 

 

 

 

 

 Demək, siz xöşbəxtsiniz, 

 

 

 

 

Analar, ay analar, 

 

 

 

 

 

 

 Əziz, gözəl analar!   

 

RÜFƏT  ZƏBİOĞLU 

 

 

 

 

 

ANAM 

 

Hər mizrab başqa cür toxunur simə, 

Hər gözə xoş dəyən gül yaxşı olmaz. 

Gözüm heyran deyil hər təbəssümə, 

Hər baxış anamın baxışı olmaz. 

 

Hanı min sədalı, min ahəngli tar, 

Hər incə səsində dünya duyulsun. 

Mən ki tanımıram elə bəstəkar, 

Ana laylasıtək əsəri olsun. 

 

Mənə sevincini o qıydı təkcə, 

Bəs niyə o sevinc dönüb oldu qəm? 

O məni hamıdan çox istədikcə, 

Mən onu hamıdan çox incitmişəm. 

 

Mən yaşa dolduqca günləri sayıb, 

Nə bezib, nə də ki, cana gəlibdir. 

Elə bil anamı ana doğmayıb, 

Elə bil dünyaya ana gəlibdir. 

 

MUSA YAQUB 

 

 

 

 

 

 

ANA ÖMRÜ 

 

Ana ömrü- bir laylanın diliylə 

Sənə yanmış, mənə yanmış bir ömür. 

Ana ömrü- körpəsinin əliylə 

Yuxuları oğurlanmış bir ömür. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Ata ömrü davalarda itəndə 

Ana ömrü təklənən bir ömürdür. 

İki ömrün cəfasını daşıyıb, 

Həsrət ilə yüklənən bir ömürdür. 

 

Ana ömrü- balasının gözündən 

Baxışıyla sevinc içən bir ömür. 

Bəzi nankor övladların üzündən 

Son günündə tənha köçən bir ömür. 

 

Bir parçası mətbəxlərə tökülmüş, 

Bir parçası bələklərə bükülmüş. 

Bir parçası xatirələr dumanı… 

Bir parçası ər ömrünün qurbanı. 

 

Bir parçası oğul toylu- büsatlı, 

Bir parçası nəvə eşqli- qanadlı. 

Bir parçası qızlarından nigaran… 

Ağuşunda qəzəbləri uyudan, 

Dünyamızda hərb odunu soyudan, 

Ömrümüzə səpələnmiş bir ömür. 

 

 

              NÜSRƏT  KƏSƏMƏNLİ 

 

 

 

 

BİR  ANA  GƏTİRDİK  

 

Küləklər bu axşam dönmüşdü neyə, 

Kədər hıçqırırdı hey için- için. 

Bir ana gətirdik dəfn eləməyə, 

Gətirdik torpağa tapşırmaq üçün. 

 

Yollar qabar- qabar, 

 

 

 

 

kündə- kündədir, 

Yollar ürək kimi boşalır, dolur. 

Günəşli gündə də, 

Qarlı gündə də 

Qəbristan yolları yağışlı olur. 

 

Ömür sarayından bir kərpic düşüb, 

Kim təsəlli versin, 

Kim qovsun qəmi?! 

Çiyinlər üstünə bir körpü düşüb 

Ölüb, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 

Xudafərin körpüsü kimi… 

 

Bir ana gətirdik dəfn eləməyə, 

Bir oğul gözündə heç idi dünya. 

Günəş tələsirdi dağdan enməyə, 

Bəlkə, utanırdı bu gidi dünya… 

 

Bir oğul ağlayır hey yana- yana, 

Yanğı söndürməyə bulağa dönmüş. 

İndicə tabutdan duracaq ana 

Deyəcək:  

 

 

 

- Üzüldün, anası ölmüş! 

 

Nə səbrə yer qalıb, 

Nə də niyyətə, 

Kədərli- kədərli çatılıb qaşlar. 

Bir ana gəlibdir əbədiyyətə, 

Hörmətlə ayağa durubdur daşlar. 

 

Gedirik… 

 Nisgildir yolları yoran, 

O təzə daşa da qəriblik endi. 

Daş deyil, 

 

 

 

Elə bil bizdən nigaran 

Analar yollara boylanır indi… 

 

SABİR   RÜSTƏMXANLI 

 

 

 

 

 

ANALAR AĞLAMASIN 

 

 

 

Təkcə analar ağlamasın, 

Analar ağlayanda dözə bilmirəm. 

Sahilsiz ümmandı ana kədəri, 

Onu sona kimi üzə bilmirəm. 

 

 

Təkcə analar ağlamasın, 

Dünya yetimləşər, ana ağlasa. 

Ananın gözünə qəm çiləyənlər 

Ananı gözünün üstə saxlasın. 

 

Çəkərəm ananın kədər payını, 

İçərəm ananın zəhər payını. 

Təkcə analar ağlamasın. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə