Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə42/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   38   39   40   41   42   43   44   45   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



ümidinə göz dikən, 

balasına mehriban, 

özünə düşmən olan, 

insanların içində 

ən böyük insan olan 

anaya kimdir əvəz?! 

Hər sevgi, hər məhəbbət 

ana səbirli olmaz. 

Hər dərdə tab gətirən 

ana dözümlü olmaz. 

Heç kəs, heç kəs dünyada 

ana diləkli olmaz, 

ana ürəkli olmaz. 

 

   ZƏLİMXAN   YAQUB 

 

   ANA  LAYLASI 

 

Hardan aldın bu sehri, 

Bilim, ana laylası! 

Sənsiz açılardımı 

Dilim, ana laylası?! 

 

Bax könlümün halına, 

Düşüb xəyal dalına, 

Bu yaşımda çalına 

Həlim ana laylası! 

 

Baxmır amana, aha, 

Zaman baş əymir şaha, 

Yox, sənə çatmaz daha 

Əlim, ana laylası! 

 

Gül çəmənsiz olmasın, 

Sünbül dənsiz olmasın, 

Bir gün sənsiz olmasın 

Elim, ana laylası! 

 

 

 

    GÖZÜMÜN  ÜSTƏ 

 

Ana, məhəbbətin ocağa dönsə, 

Közünü saxlaram gözümün üstə. 

Qoymaram bircə gün çatıla qaşlar, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Gözünü saxlaram gözümün üstə. 

 

Ürəyim eşqinlə doluduür, dolu, 

Dəyməz bu sevgiyə nə qar, nə dolu. 

Öpərəm hər axşam keçdiyin yolu. 

İzini saxlaram gözümün üstə. 

 

Sən ki  bağbanısan körpə güllərin, 

Qəm yemə ağarsa qara tellərin. 

Yetmişi, səksəni azdır illərin, 

Yüzünü saxlaram gözlərim üstə. 

 

 

 

       OFELYA   BABAYEVA 

 

 

UCALAN  ANAM 

 

Gözəllər səfindən düşüb aralı, 

Bu qəm ürəyimi edib yaralı. 

O ötən günləri gəzir xəyalı, 

Bir vaxt bu dünyadan bac alan anam, 

İndi yavaş- yavaş qocalan anam. 

 

Qara saçlarına dən düşdü erkən, 

Gülüşü, sevinci gen düşdü erkən, 

Bahar, yaz ömrünə çən düşdü erkən, 

Oldu taleyiylə barışan anam, 

Gözləri yol çəkən pərişan anam. 

 

Nəvələr yoluna çıraq olubdur, 

Neçə mərəkədən qıraq olubdur. 

İndi özü dönüb uşaq olubdur 

Bir ömür qayğıya aşiyan anam, 

Qəmli dünyasını yaşayan anam. 

 

Adı tək özü də günəşdi, aydı. 

Camalı qüdrətdən bəxşişdi, paydı, 

Bir vaxt gözəllərə sirdaşdı, taydı, 

İndi yavaş- yavaş qocalan anam. 

Qocala- qocala ucalan anam. 

 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



VAQİF   İBRAHİM 

 

ANALAR 

 

Bir insan sevinsə… bir ana gülər, 

Gözündə büsbütün dəyişər aləm. 

Hardasa bir insan qəmlənsə əgər, 

Min ana gözləri dolar deyirəm. 

 

Həmişə döyüşdə ilkin güllədən 

Ana rahatlığı güllələnibdir. 

Cəbhə yollarının tozundan bəzən 

Min ana saçına qar ələnibdir. 

 

Bu odlu, alovlu doğma Vətənin 

Ana ürəyində özgə yeri var. 

Döyüşdə oğluna dəyən güllənin 

Ana ürəyində qəlpələri var. 

 

Dünyanın taleyi hər vaxt, hər zaman 

Min - min övladının əlindən keçir. 

Eh, bəzən birinin səhvi ucundan 

Dünyanın dərdini analar çəkir. 

 

Eşidə bilərsən ana səsini 

Bu ulu dünyanın hər bir yerində. 

Mənə elə gəlir, yer kürəsini 

Analar saxlayır çiyinlərində… 

 

 

MiR   SABİR 

 

ANA LAYLASI 

 

Təmiz arzuların, saf ürəklərin 

Ən şirin səsidir ana laylası. 

Vətənə, insana, həyata, sülhə 

Sevgi nəğməsidir ana laylası. 

 

Könüllər oxşayan xoş sədası var, 

Dinlə, gör nə dərin bir mənası var?! 

Onda hər ananın öz dünyası var, 

Ana nəfəsidir ana laylası. 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sehrli bir səsdir o, bu həyatda, 

Verir könlümüzə qol da, qanad da. 

Şair oğulların köksünün altda 

Şer həvəsidir ana laylası. 

 

O xoş zümzüməni saldıqca yada, 

Dinləmək istərəm bu yaşımda da, 

Bütün nəğmələrin qoca dünyada 

Ən müqəddəsidir ana laylası. 

 

 

ALI   MUSTAFAYEV 

 

ƏSGƏR  ANASI 

 

Gecələr yatmaz o, pis yuxu görər, 

Artırar qəlbinin şübhələrini. 

Gah kilim toxuyub, gah corab hörər, 

Fikrinin dolaşıq ilmələrini. 

 

Gözləyər səhəri səbri tükənər, 

Kəsər samovar da dığıltısını… 

Elə bil nə varsa, sükuta dönər, 

Eşidər qəlbinin pıçıltısını. 

 

Xəyallar qoynuna alar ananı, 

Heç bilməz ki, nə vaxt açılar səhər. 

Əriyib şam kimi getsə də canı, 

Oğlu gələnədək yaşamaq istər. 

 

 

AĞASƏN   BƏDƏLZADƏ 

 

ANA   KAİNATDIR 

 

Çaşdırmaz yolunu nə ölüm, nə qəm, 

Bir inad bilmirəm bu inad kimi. 

Bir yandan mən səni əzbər bilirəm, 

Bir yandan sirlisən  kainat kimi! 

 

Min sevinc ödəməz bir həsrətini, 

Nəsillər yaşadar sədaqətini. 

Dünyalara dəyən məhəbbətini 

Salmısan üstümə qol- qanad kimi. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə