Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə43/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   38   39   40   41   42   43   44   45   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Üzündən, gözündən şəfəq dağılmır, 

Könlünün evindən ümid yığılmır. 

Hayıf ki, əbədi saxlamaq olmur, 

Səni də, ay ana, bu həyat kimi! 

 

 

SÜCAƏT 

 

ANAMIN 

 

Deyin, dustaqları buraxacaqlar, 

Qoy qəm bozartmasın üzün anamın. 

Deyin, qırılacaq zülmün zənciri, 

Birtəhər başını yozun anamın. 

 

Zəhər gizlənibmiş aşımın altda, 

Bir dərya var imiş qaşımın altda, 

Yastıq daşa dönüb başımın altda, 

Burda hardan tapım dizin anamın? 

 

Taleyi şil- şikəst, fikri sağ oldum. 

Sevinci bir zərrə, dərdi dağ oldum. 

Gah xəstə, gah əsgər, gah dustaq oldum, 

Quruyan görmədim gözün anamın. 

 

Sücaət, etdilər talan ömrümü, 

Kor olsun daşlara çalan ömrümü. 

Talanan talanıb, qalan ömrümü 

Ömrünün üstünə yazın anamın. 

 

 

ƏLLƏRİN 

 

Ay ana, yamanca yadıma düşdü 

Hər işi bir canlı əsər əllərin. 

Nə həkim, nə loğman, əgər sən olsan, 

Sığallar ağrımı kəsər əllərin. 

 

Öz ömrün talansa eyninə gəlməz, 

Məni qəmli görsən dodağın gülməz, 

Bilirəm, qocalıq əsdirə bilməz, 

Əssə intizardan əsər əllərin. 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sücaətəm, qəm üstümə yeridi, 

Xəstə canım dərdə düşdü əridi. 

Ver öpüm,  ömrümün son günləridi, 

Öpməmiş ölərəm, küsər əllərin. 

 

 

                             MUSA   ƏLƏKBƏRLİ 

                                           

  ANALAR 

 

Kövrəlib bir layla çalıbsız deyə, 

Həzinlik, kövrəklik tapıb gecələr. 

Bəlkə də, yuxusuz qalıbsız deyə, 

Sizin saçınıza hopub gecələr. 

 

Uyudub hər yanı həzin bir səda, 

Nəğməli gecəni qəhər boğubdu. 

Ahınız günəşi salanda oda, 

O da sizin üçün səhər doğubdu. 

 

İçin bu səhərdən, için doyunca, 

Durulaq, nurlanaq bircə baxışdan. 

Xeyir- dua verin ömür boyunca, 

Qorunaq şimşəkdən, yağan yağışdan. 

 

Məhəbbət, sədaqət gülməsə üzə, 

Azmış durna kimi qəribsiniz Siz, 

Çox zaman dözməyib bir nahaq sözə 

Selə dönsəniz də, çağlasanız da 

Bir kəpənək kimi zərifsiniz Siz. 

 

Hər təzə körpəylə doğulmağınız, 

Övladı ömrünüz sanmağınız var. 

Bir damcı kədərdə boğulmağınız, 

Bir çınqı sevincdən yanmağınız var! 

 

Zəhmətlə, hünərlə ucalırsınız, 

Həmişə dincliyə qənim analar. 

Niyə belə erkən qocalırsınız, 

Ağrınız- acınız mənim, analar!? 

 

Düşsə saçınıza dağların qarı, 

Özümü odlara qalayım gərək. 

İşıqlı yolları, uzun yolları 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sizin ömrünüzə calayım gərək! 

 

MƏMMƏD  İLQAR 

 

ANAMIN  SAÇININ  QARA  VAXTLARI 

 

(ixtisarla) 

 

Hopub yaddaşıma göy qurşağı tək, 

Göynəyir sinəmdə, sinə dağı tək, 

Ovunmur evimin kür uşağı tək 

Anamın saçının qara vaxtları. 

 

Ah, necə duruydu eşqim, ay Allah, 

Nə qədər təmizdi ürəyim onda… 

Nələr vəd etməzdi mənə xəyallar, 

Nə daşqın dənizdi ürəyim onda- 

Anamın saçının qara vaxtları. 

 

Belə hərlənəsi başım yoxuydu, 

Belə sellənəsi yaşım yoxuydu, 

Sevgi məktubları yazırdım hələ- 

Bu gidi dünyayla işim yoxuydu, 

Anamın saçının qara vaxtları. 

 

Hələ ümidlərin sıx vaxtlarıydı, 

Arzumun çoxunun sağ vaxtlarıydı, 

Baxtımın, günümün ağ vaxtlarıydı 

Anamın saçının qara vaxtları. 

 

Deyim ki, yuxuydu- 

yuxu deyildi, 

Deyim ki, nağıldı- 

axı deyildi! 

Bir onu bilirəm, ay ağ saçlarım, 

Anamın ömrünə yağı deyildim 

Anamın saçının qara vaxtları. 

 

 

AĞALAR   MİRZƏ 

 

*** 

 

Səsimçün darıxan anam, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə