Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə37/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Siz dərdlər, sevinclər yaşıdısınız, 

Demirəm, allah da, tanrı da xülya, 

Əsl yaradan da, yaşadan da siz. 

 

 

Rədd olsun azarlar - mərdiməzarlar, 

Dünya da abırlı, ismətli olsun. 

Ən gözəl oğlanlar, ən gözəl qızlar 

Görüm balanızın qisməti olsun. 

 

Yoxsa ana ətri, ya ata iyi, 

Söylə kim əsilli, nəsilli olur. 

Vətənin taleyi, xalqın taleyi 

Çox vaxt analardan asılı olur. 

 

Nolaydı bu dünya tapşırılaydı, 

Siz mərd analara - dərd duyanlara. 

Bəlkə, bir haray da qopardı: « Haydı, 

Tökün silahları okeanlara! ». 

 

Ən böyük arzumdur: ölüm kölgəsi 

Çəkilsin göylərdən, 

Həyat var olsun! 

Yaransın dünyada haqq  məhkəməsi, 

Olsun, baş hakimi analar olsun! 

 

Çatılan görməyim qaşlarınızı, 

Sizi körpələri qoruyan görüm. 

Söykəyib beşiyə başlarınızı 

Hərdən şirin - şirin uyuyan görüm. 

 

Hər kəsin xeyirə açılsa ağzı, 

Nur yağar, dürr yağar kəlmələrindən. 

Ən gözəl, ən qəşəng paltarınızı 

Görüm ləkələsin nəvələr hərdən. 

 

Arzular, arzular! Bir arzum da var: 

Yaşayın səksən il, yüz il, analar. 

Tale saçınıza qar səpəndə də, 

Gümüş saçınızı meh öpəndə də 

Belə gözəl qalın, gözəl, analar. 

 

 

QƏHRƏMANIN ANASI 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Zirvəsi ağ çalmalı 

Bir dağ olsaydım əgər, 

Yerdən, göydən güc alar, 

Ucaldıqca ucalar, 

Buludlara dəyərdim, 

Qarşında baş əyərdim. 

 

Döyüşdən qalib çıxan 

Bayraq olsaydım əgər, 

Qızıl şəfəqlər altda 

Baxıb gülümsəyərdim, 

Qarşında baş əyərdim. 

 

Sinəsi xəzinəli 

Torpaq olsaydım əgər, 

Cığırları, yolları 

Bir- birinə 

bağlayar, 

calayardım, 

düyərdim, 

Qarşında baş əyərdim. 

 

 

 

 

 Köklü, budaqlı palıd, 

Qovaq olsaydım əgər, 

Yayda yaşıl, 

payızda 

Al qırmızı geyərdim, 

Qarşında baş əyərdim. 

 

Nə torpağam,  

nə daşam, 

nə də ki, bayrağam mən. 

Nə qol- budaqlı palıd, 

Nə köklü qovağam mən. 

Adicə bir insanam. 

Sənə anam deyirəm, 

Qarşında baş əyirəm. 

 

        NƏRİMAN  HƏSƏNZADƏ 

 

 

 

 

 

 

              ANA 

 

 

 

 

 

        (ixtisarla) 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Anadır əzəli müqəddəsimiz, 

Əsl nəfəsidir o bu həyatın. 

Dünyada ananın südündən əziz, 

Ən halal sərvəti varmı övladın?! 

 

Nədir bu dünyada ilk addım, ilk səs, 

Var- dövlət hayıfdır, ya insan hayıf?! 

Məni anam qədər başa salan kəs, 

Məni anam qədər duyan olmayıb. 

 

Onsuz böyümədik bizim birimiz, 

O qəlb zəriflərin ən zərifidir. 

Anadır, bəlkə, də  ilk şairimiz,- 

Laylanın birinci müəllifidir. 

 

Dünya camalında nura bürünür, 

Yoxdur yer üzündə ona bir əvəz. 

Heyif…sağlığında adi görünür, 

Sonra gözümüzdə dahiləşən kəs. 

 

   MƏMMƏD   İSMAYIL 

 

 

        YAMAN  DARIXMIŞAM   SƏNİNÇÜN,  ANA 

 

Nəfəsin üzümə dəymir nə vaxtdır, 

Əllərin qapımı döymür nə vaxtdır. 

İntizar qalmışıq gör bir nə vaxtdır, 

Yaman darıxmışam səninçün, ana. 

 

Düşmərəm bir özgə arzuya sənsiz, 

Gecələr getmərəm yuxuya sənsiz. 

Yiyəsiz bir evdir bu dünya sənsiz, 

Yaman darıxmışam səninçün, ana. 

 

Səni bu həftələr, aylar istəyir. 

Saçın tək ağaran çaylar istəyir. 

Dünyanın özü də layla istəyir, 

Yaman darıxmışam səninçün, ana. 

 

Ömrüm bir qayıqdır,  limanı sənsən. 

Həyatın beşiyi,  ünvanı sənsən, 

Gümansız könlümün gümanı  sənsən 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə