Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə34/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Gərəkdi ərinə, balalarına, 

Ömrün xoş gününə, bəlalarına… 

Necə tələsərdi həyat sürməyə, 

Coşan Arazdı o, daşan Kürdü o, 

Gəlin gətirməyə, qız köçürməyə, 

Qaynana olmağa tələsərdi o. 

Quş kimi səkərdi, uçardı anam, 

Bəs necə oldu ki, qocaldı anam?! 

Baxıb sonbeşiyə, doymayıb ilkdən, 

Mən eşqə düşəndə o bəndə düşdü. 

Deyirəm, bəlkə də, başına ilk dən 

Başıma ilk sevda düşəndə düşdü?! 

Ötür bu minvalla payız, qış, bahar, 

Evlərdən toy səsi ucalır hər gün. 

Gülür, çiçəklənir cavan analar, 

Mənim qoca anam qocalır hər gün, 

Bir nəğmə deyirəm, ana, can, ana, 

Şerim bu mahnını hey çalır hər gün. 

Körpə nəvələri gəlir cahana, 

Mənim qoca anam qocalır hər gün. 

Arzular,duyğular  aşıb- daşırlar, 

Arzular boy atıb ucalır hər gün. 

Hər gün övladları cavanlaşırlar, 

Mənim qoca anam qocalır hər gün.   

Acını, şirini dadıb dünyada, 

Ömrün mənasını duyub gedir o, 

Anam tək olsa da, qoca olsa da, 

Həyatda bir nəsil qoyub gedir o. 

 

 

MƏN  BİZİM  ANALARI  GÜNƏŞLƏ TƏN   TUTURAM 

 

Mən bizim anaları günəşlə tən tuturam, 

Onlara gül çələngi məhəbbətdən tuturam, 

Əlvan qövsi- qüzehdən min cür rəng 

istəyirəm… 

Onlara od verirəm ürəyimin odundan. 

Övladların adından,oğulların adından 

Əyilməz analara əyilmək istəyirəm. 

 

Söz qoşmaq istəyirəm ən cavan analara, 

Ömrünü bizə verib qocalan analara, 

Bizə laylalarıyla xoş həyat verənlərə, 

Bizə tale bəxş edib, bizə ad verənlərə, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Toyumuzu görəndə yüz il gəncləşənlərə, 

Qadın adlı xilqətə, ana adlı bəşərə 

Sevgi dolu mahnılar oxumaq istəyirəm, 

Nə qədər ki  səsim var oxumaq istəyirəm. 

 

Oğulları döyüşdən geri dönməyənləri, 

Fəqət ürəklərində ümid sönməyənləri, 

Bir gecədə saçını ağappaq hörənləri, 

Bir gözüylə ağlayıb, birilə gülənləri, 

Keçmiş qanlı davadan hər gün söz 

salanları, 

Gəlinsiz olanları, nəvəsiz qalanları 

Övlad məhəbbətilə isitmək istəyirəm, 

Ürək hərarətilə isitmək istəyirəm. 

 

Mən bizim analara həyat səsi deyirəm, 

Bir ümman dərinliyi, dağ zirvəsi deyirəm. 

Hər əzaba tab edən, hər zəhmətə qatlaşan, 

Torpaq ilə döyüşdə tunclaşan, poladlaşan, 

O əlləri qızıla mən tutmaq istəyirəm, 

Onların heykəlini yaratmaq istəyirəm. 

 

Mən bizim anaları günəşlə tən tuturam, 

Onlara gül çələngi məhəbbətdən tuturam, 

Əlvan qövsi- qüzehdən min cür rəng 

istəyirəm, 

Onlara od verirəm ürəyimin odundan. 

Əsrimizin adından, nəslimizin adından 

Əyilməz analara əyilmək istəyirəm. 

 

 

O  VAXT  ANAM  CAVAN  İDİ… 

 

O vaxt anam cavan idi, çox cavan, 

O, toyların ziynətiydi, ziynəti… 

Amma birdən atam getdi dünyadan 

Mən anamı heç oynayan görmədim… 

 

Kəndimizdə o hamıdan gözəldi, 

Başdan- başa geyinərdi zərxara… 

Mağarlarda tərlan kimi süzərdi, 

Atam  öldü, ta getmədi toylara… 

 

Elə bil ki, birdən beli əyildi, 

Uzun qara saçlarına düşdü dən… 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Çox cavanlar kama çatdı, sevildi, 

Qız- gəlinlər evdən- evə köçdülər… 

 

Mənim də ki  boy calandı boyuma, 

Amma qəlbim sevinmədi, gülmədi… 

Ta anamın həsrət qaldım oynuna, 

Ta anamı heç oynayan görmədim… 

 

Bacıma da bir bahar toy qurdular, 

Axırda da bir «Vağzalı» çalındı. 

Hey anamın qabağında durdular, 

O gizləndi çarşabının dalında… 

 

Göz yaşıyla o bacımı ötürdü, 

Dedi:  quzum, allah sənə yar olsun… 

Gəlin bacım bulud kimi tutuldu, 

Anasının bərk boynuna sarıldı… 

 

- Qızın köçdü, xöşbəxt olsun,- dedilər, 

Bir oğlun var, onun toyun görəsən… 

Daha onda, ay Qızılgül bəxtəvər, 

Göz dolusu oynayasan gərək sən… 

 

Bir gün mən də eşq səsinə ayıldım, 

Özümə bir yuva hörmək istədim… 

Anam mənə elçi getdi dayımla, 

Müqəddəsdir elimizin adəti… 

 

Sonra anam günü,ayı sanadı, 

Mənsə zaman necə keçdi bilmədim… 

Qəribədir, mən Qızılgül anamı 

Toyumda da heç oynayan görmədim… 

 

Bir qış günü vida dedi həyata, 

Atam  oldu son istəyi, son sözü… 

Nə böyükmüş, nə möhkəmmiş, xudaya, 

Bizim ata- anaların sevgisi… 

 

Belə olub bu millətin keçmişi, 

Heyf, indi onun quru adı var. 

Hanı  indi atam kimi bir kişi, 

Hanı indi anam kimi qadınlar… 

 

Bəli, o vaxt anam vardı çox cavan, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə