Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə33/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Dərələr, təpələr batanda qara, 

Evimiz dönəndə soyuq məzara 

Anam söyləyərdi: 

- Dağlar dalında 

Günəş qonaq qalıb yay mahalında. 

Bir gün də bizlərə o gələcəkdir, 

Sırsıra əriyib töküləcəkdir. 

Mənim qaladığım təndir sayağı 

Günəş isidəcək daşı- torpağı… 

 

Ana sözlərində nə qüvvə vardı, 

Onun nağılından canım qızardı. 

 

Hər şeyə inanır uşaq ağılı, 

Anamın ən şirin, gözəl nağılı 

Bolluqdan olardı, 

Xoş güzərandan… 

Hər şey başdan aşan uzaq məkandan. 

Anam sadalardı dövləti, varı- 

Bizim evimizdə olmayanları. 

Tutub yer üzünü meyvə bağları, 

Ətri bihuş edən qovun tağları, 

Qapılar qoyunlu, sağmal inəkli, 

Dəstərxan çörəkli, süfrə çörəkli. 

Axırda deyərdi: 

- Bir gün bizim də… 

Ümid alışardı ana üzündə. 

Ana sözlərində nə qüvvə vardı, 

Onun nağılından qarnım doyardı. 

 

İndi böyümüşəm, 

Dəyişib aləm, 

İstili- soyuqlu günlər görürəm. 

Şaxtaya, çovğuna düşürəm bəzən, 

Bəzən ehtiyacla ömr edirəm mən. 

Nağıl danışanlar olur arabir; 

Nağılda qış gedir, ilk bahar gəlir, 

Nağılda dəyişir güzəran, həyat, 

Bunlar ürəyimi qızdırmır heyhat! 

Heyhat…Qarnımı da doydurmur bunlar! 

Görünür, hər yaşın öz aləmi var. 

Ya mənim qəlbimdə dəyişib inam: 

Hər şirin nağıla inanmayıram, 

Ya da ki, cənnətdən desə də bir kəs, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ana nağılının yerini verməz!.. 

 

 

 

ANAMIN ƏLLƏRİ 

 

Anamın əlləri düşür yadıma: 

Ağac qabığı tək cadar- cadardı. 

Anamın əlləri düşür yadıma: 

Başaq döşürərdi, taya vurardı. 

 

Anamın əlləri düşür yadıma: 

Torpaq belləyərdi, əymə əyərdi. 

Bir ağac əkmişdi mənim adıma 

Lakin bəhərini bir kənd yeyərdi. 

 

Bir təndir salmışdı- evin dirəyi, 

Balaca ehrama bənzəri vardı. 

Ətri yayılanda isti çörəyin 

Hərəyə bir tikə dadızdırardı. 

 

Bir qara qazanlı ocaq çatardı, 

Qazana nə saldı- bir görmədim mən. 

Xörək bir külfətə fəqət çatardı, 

Sən demə «tox imiş özü» səhərdən. 

 

Baxmazdı atamın qazancı azdı, 

Xəzinə deyərdi az maaşına. 

Pulun qıtlığını üzə vurmazdı,  

Onu çatdırardı ayın başına. 

 

Köhnə paltarlara ütü çəkərdi, 

Hayıfdır, nə üçün atım,- deyərdi. 

Sökərdi, təzədən biçib, tikərdi, 

Hamımız növbəylə onu geyərdi. 

 

Bəzən yol çəkərdi qonur gözləri, 

Azalıb çatanda təknə dibinə. 

Atamın arvadı olandan bəri 

O, əl salmamışdı ərin cibinə. 

 

Bəlkə, buna görə güzəranımız 

Hərdən incəlsə də, üzülməzdi heç. 

Gülər gözlərimiz, qızar canımız, 

Ancaq dodağımız büzülməzdi heç. 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bu eşqi, sevinci, səmimiyyəti 

Gətirən anamın öz əli idi. 

O əllər düzlüyün, işin, zəhmətin 

Qüdrətdən yaranmış heykəli idi. 

 

İndi rast gələndə isti təndirə, 

Barlı bir ağaca, təmiz adama.  

Nə üçün bilmirəm heç birdən- birə 

Anamın əlləri düşür yadıma… 

 

CABİR   NOVRUZ 

 

GÖZÜM  GÖRƏ-  GÖRƏ  QOCALIR  ANAM 

 

Gözüm görə- görə qocalır anam, 

Görən niyə belə qocalır anam?! 

Qaynar gəncliyindən əsər qalmayıb, 

Baxırsan, izi də itib- batıbdır. 

Onda güc qalmayıb, kəsər qalmayıb, 

Neyləsin, çiynində illər yatıbdır! 

Əlindən nə gələr övladların da… 

Gözünün işığı keçir, görürəm. 

Böyük qocalığın qanadlarında 

Anam əllərimdən uçur, görürəm. 

Uçur, iti uçur…Qocaldıqca o, 

Uçur…Fikrimi də uçurur hər gün. 

Gödəlir, qısalır boyu- buxunu, 

Nazilir, incəlir, kiçilir hər gün. 

Lap qocalıqdan da uzaqlaşır o, 

Elə qocaldıqca uşaqlaşır o… 

Qocalır əlləri, səsi, baxışı, 

Tək adı, famili cavan qalıbdır. 

Başına ağ duman sanki axışıb, 

Qırışlar üzündə yuva salıbdır. 

Könlü ayrılmayır xatirələrdən, 

Ötənlər necə də şən gəlir ona. 

Boğçadan çıxarıb geyəndə hərdən 

Gəlinlik paltarı gen gəlir ona… 

Uçub yaraşığı, itib bəzəyi, 

Düşür barmağından nişan üzüyü. 

Qocalır bu qoca cahanda anam, 

Ancaq vaxt var idi cavandı anam… 

Bir vaxt qəşəng idi, zirək idi o, 

Bir vaxt yer üzünə gərək idi o. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə