Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə35/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



O toyların bəzəyiydi, ziynəti… 

Nə zaman ki atam getdi dünyadan, 

Mən anamı heç oynayan görmədim… 

 

FİKRƏT   QOCA 

 

 ŞƏHİD   ANALARI 

 

Dərd daş atar, ayna sınar, 

Sınar evin sonası da; 

Dönər şəhid anasına, 

Dünyaya gələr analar. 

 

Qar yağar qara saçına, 

Qəm yığar yol boğçasına; 

Öz bağına- bağçasına 

Dərdi əkərlər analar. 

 

Əcəl başlayar biçinə, 

Torpaq ağlar el köçünə; 

Göz yaşı axar içinə, 

Namərdə gülər analar. 

 

Yolu yolsuz güzar olar, 

Mərhəmətdən bezar olar, 

Şəhidinə məzar olar, 

Dərdiylə ölər analar. 

 

     

      ŞƏHİD  RUHUNUN   

ANASINA  PIÇILDADIQLARI 

 

Pəncərənə düşən kölgə 

 mənəm, ana! 

Ürəyində qalan «bəlkə» 

 mənəm, ana! 

Bu el, elat- bütün ölkə 

 mənəm, ana! 

Mən həmişə yanındayam, 

Mən yanına qayıtmışam. 

Ruhundayam, qanındayam, 

 canındayam. 

Qurban olum, təmkinli ol, 

vüqarlı gəz, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Düşmən səni gözü yaşlı 

 görə bilməz. 

Qamətini elə əymə, düzəlt, ana, 

Qoluna girmişəm axı, 

qəşəng ana, gözəl ana, 

Yaxşı- yaman gözlər baxır, 

Axı, oğul anasısan, qızlar baxır, 

Elə danış,  qoy səsindən 

 səsim gəlsin. 

Bilməyən də görsün, bilsin, 

Bilsin əsgər anasısan,bir şəhidin 

 yenilməyən bayrağısan, 

Evimizin çırağısan,sən ruhumun mayağısan. 

Ay üzünü duman alsa, azaram mən, 

Ulduzların arasında   

«ana»- deyib gəzərəm mən. 

 

Sən deyirsən «böyük dərddi», 

Mən deyirəm: «ana üçün 

 qurban getmək 

oğullara ən böyük bir səadətdir.» 

Ana, Vətən, «Ana Vətən», bir də 

 bu dünyaya gəlsəm, 

Sizin üçün bir də şəhid  

olaram mən.  

 

 

 

             İBRAHİM  ƏLƏDDİN   GÖVSƏ 

 

             ANA   SEVGİSİ 

 

Bir ananın iki balası varmış, 

Ən kiçiyi beş yaşında olarmış. 

Bir gün ana sonbeşiyi sevərkən 

Uşaq dedi: 

- Əziz ana, səni mən 

Nə qədər çox sevdiyimi bilməzsən! 

Bəlkə, məni sən o qədər sevməzsən. 

- Niyə oğlum? 

- Çünki balan ikidir: 

Sənin könlün iki eşq ilə vurar, 

Mənim yalnız bir sevgili anam var! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

FİKRƏT   SADIQ 

 

 

   ANA 

 

(Ölkəsinin üzərində düşmən 

 təyyarələri  uçan  analara) 

 

Qitədən- qitəyə, 

Adadan- adaya 

Kədərli, pərişan 

Bir ana adlayır… 

Boynuna sarılmış 

Yaralı körpəsi 

Yatmağa tələsir. 

Ananın qucağı 

Səngərdir elə bil; 

Körpəni taledən gözləyir, 

Körpəni güllədən gözləyir. 

Körpəsi ümidə sığınan 

 

 

xəstəyə bənzəyir. 

Ləçəyi qırılmış 

 

 

çiçəyə bənzəyir. 

Ananın fəryadı 

Dünyanı oyadır. 

Kədəri- vəsiqə, 

 

 

 

körpəsi- icazə, 

  

Qarışır küləyə, yağışa, 

 

 

 

 dənizə, 

Dumana bürünür, 

Hər yerdə görünür. 

Parolu- 

         Yaralı bir haray, 

Sərhədlər açılır taybatay. 

Dillənmir ölkələr, 

Qoşunlar çəkilir geriyə… 

Ananın qucağı bənzəyir  

 

 

 

nənniyə… 

Körpəsi uyumur, 

- Bağlayın göyləri, 

 

 

 

insanlar, 

Balamın dərdi var, uyumur. 

Ulduzu təyyarə bilir o, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə