Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə28/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Uğrunda gülə- gülə. 

 

İNAM   ALPOUT 

 

İFTİXAR  ŞƏRQİSİ 

 

«Yol ver türkün bayrağına! » 

Əhməd Cavad 

 

Əyiləcək səcdə ilə 

Cahan türkün bayrağına; 

And içəcək, gəlib dilə 

Hər yan türkün bayrağına! 

 

Deməyin ki, sadədilik, 

Varlığımız çilik- çilik, 

Yazılıbdır əbədilik 

Üsyan türkün bayrağına! 

 

Tanrı verib rizasını, 

Bol eləyib qəzasını; 

Qanla qoyub imzasını 

Sultan türkün bayrağına! 

 

Gedəmməzdi mürgüsüylə, 

Yarandı can vergisiylə, 

Doğdu ölüm süngüsüylə 

Bu dan türkün bayrağına!.. 

 

 

Ələklərdən ələnmişdir, 

Azadlığa bələnmişdir, 

Haqq əliylə çilənmişdir 

Bu qan türkün bayrağına! 

 

ANALARDIR  ADAM  EDƏN  ADAMI 

 

 

CƏFƏR   CABBARLI 

 

ANA 

 

Əgər bütün bəşəriyyət  ədüvvi - canım ola, 

Ürək süqut eləməz aldığı mətanətdən. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ricavü xəvfə məkan vermərəm gər alimlər 

Min il də vəz edələr dəhşəti - qiyamətdən. 

 

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, 

Və ya ki, vəd edələr dövləti - cahanı mənə 

Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim, 

Əyilmərəm nə ki yer, versələr səmanı mənə. 

 

Yanımda gər dura cəllad əlində şəmşiri, 

Ölüm gücilə mənə hökm edə, olum təslim, 

Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun 

Gücilə xalqa həqiranə eyləyim təzim? 

 

Cahanda yox elə bir qüvvə baş əyim ona mən, 

Fəqət nə güclü, zəif bir vücud var, yahu, 

Ki, hazıram yıxılıb xaki - payinə hər gün 

Öpüm ayağını icz ilə. Kimdir o ? Nədir o? 

 

Ana! Ana!.. o adın qarşısında bir qul tək 

Həmişə səcdədə olmaq mənə fəxarətdir; 

Onun əliylə bəla bəhrinə yuvarlansam, 

Yenə xəyal edərəm bəzmi - istirahətdir. 

 

Əs, ey külək, bağır, ey bəhri- biaman, ləpələn! 

Atıl cahana sən, ey ildırım, alış, parla! 

Gurulda, taqi - səmavi, gurulda, çatla, dağıl! 

Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla! 

 

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox! 

Fəqət ana! O müqəddəs adın qabağında. 

O pak bağrına bassın məni, desin lay- lay, 

Təbəssüm oynadaraq titrəyən dodağında. 

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, 

Uçar səmalara o aləmi - xəyalətdə. 

Yatar, ölər bədənim, nitqdən düşər bir söz: 

-Ana…Ana …Sənə mən rahibəm itaətdə!.. 

 

ƏHMƏD   CAVAD 

 

 

ANA 

 

Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Nə zaman ki  xəstə könlüm ölgün düşüb inlər, ağlar! 

Fırtınalı göylərimi yıxmaq istər ildırımlar, 

Nə zaman ki  qərib ruhum yad ellərdən cana doyar! 

 

Sən o zaman yetişərsən bir risalət qüvvəsilə! 

Bir analıq ürəyilə … Nədir, allah üçün  söylə, 

Bu ərənlər silahını kimdən aldın, anlat böylə?.. 

 

Ağıldan da əvvəl mənə sən verdiyin o təmiz süd, 

Vicdanıma dinlətdiyin o səmimi, o saf öyüd 

Müqəddəsdir, gücün varsa, insan oğlu gəl də unut?! 

 

Bəzən olur həyatımın dağlarını duman alır, 

O gün sənin titrək laylan yollarıma işıq salır! 

Sənin məmnun olduğun gün ruhum məndən məmnun qalır, 

İnandım ki, cənnət sənin ayağının altındadır! 

 

 

RƏSUL   RZA 

 

 

ANA 

 

Min- min ana içində 

anamı tanıyaram, 

gözlərimi bağlasalar belə. 

Tanıyıram 

ayaq basdığı torpağın qoxusundan, 

qəlbimə dolub, boşalan 

onu itirmək qorxusundan. 

Ana südü təmizdir. 

Analar əzizdir. 

Ancaq mən 

anamı 

çox sevirəm hər kəsdən. 

Əbəs deyil ki, Vətənə ana deyirlər; 

Vətən də əzizdir 

ana qədər. 

 

 

   ANAMIN  KİTABI 

 

Evimizdə bir kitab vardı: 

köhnə, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə