Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə26/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

BAYRAQ 

 

Ey mavi göylərin bəyaz və qızıl süsü… 

Qız qardaşımın gəlinliyi, şəhidimin son örtüsü, 

İşıq - işıq, dalğa - dalğa bayrağım, 

Sənin dastanını oxudum, sənin dastanını yazacağam. 

 

Sənə mənim gözümlə baxmayanın 

Məzarını qazacağam. 

Səni salamlamadan uçan quşun 

Yuvasını pozacağam. 

 

Dalğalandığın yerdə nə qorxu, nə kədər, 

Kölgəndə mənə də, mənə də yer ver! 

 

Sabah olmasa; günəş doğmasa, 

Yurda ay - ulduzunun işığı yetər. 

 

Savaş bizi qarlı dağlara götürdüyü gün 

Qızıllığında isindik. 

Dağlardan çöllərə düşürdüyü gün 

Kölgənə sığındıq. 

 

Ey indi süzgün, rüzgarlarda dalğalı, 

Barışın göyərçini, savaşın qartalı… 

Yüksək yerlərdə açan çiçəyim, 

Sənin altında doğuldum, 

Sənin kölgəndə öləcəyəm. 

 

Tarixim, şərəfim, şerim, hər şeyim, 

Yer üzündə yer bəyən, 

Haraya sancılmaq istərsən, 

Söylə, səni oraya sancım! 

 

FARUQ  NAFİZ   ÇAMLIBEL 

 

BAYRAQ  ALTINDA 

 

Bu gün gənc, ixtiyar, qadın, qız, oğlan 

Uzanıb yatsaq da çardaq altında, 

Şeypuru çalınca sabah borazan* 

Dərhal toplanarıq bayraq altında. 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bizi heç qayğılı görməz bu yerlər, 

İgidlər ölürkən belə gülürlər. 

Yetər ki, yaşayan ər oğlu ərlər 

Bizi çiynətməsin ayaq altında. 

 

Qəlbimiz çırpınar yurdu andıqca, 

Gözlərdə zəfərin nuru yandıqca. 

Üstündə bu bayraq dalğalandıqca 

Könlümüz rahatdır torpaq altında. 

 

*Borazan-nəfəsli musiqi aləti çalan şəxs 

 

 

                       FİKRƏT  SADIQ 

 

 

 

   UCAL, BAYRAĞIM 

 

 

 

Türkün ömür möhürüdür, 

 

 

 

 

Zəfər tarixidir 

 

Onun üstündəki Ay- ulduz, 

 

Bu möhürlə tanı bizi! 

 

Yerə baxan- 

 

 

 

      yerə yaxın 

 

 

 

       alt zolağı- yaşıl. 

 

Təzəcə cücərmiş taxıl, 

 

 

 

çiçəkli çöl- çəmən, 

  

 

 

 

barlı bağlar. 

 

Qalın ormanlar, meşələr, 

 

 

 

məğrur dağlar, 

 

Ana yurd, Ana torpaq, 

 

 

 

 

Ana Vətən. 

 

Dinclik, gənclik, təmizlik. 

 

İslam ümmətinin sevdiyi rəng. 

Ey öz doğma ocağına 

     Bir də qayıtmış 

Üç rəngli bayrağım, ucal! 

Ucal başımızın üstündə, 

Ucal bütün ölkələrdə 

Özgələrə tanıt bizi, 

Əsarətdən azad olmuş  

 

 

             ölkəmizi! 

 

 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



VAHİD 

 ƏZİZ 

 

 

BİR  DƏFƏ  YÜKSƏLƏN  BAYRAQ 

 

 

Azərbaycan 

                 bayrağını ucaldanlar 

gəldi yenə, 

Qocalmadın, yorulmadın, 

qayıdırsan gəncliyinə, 

bayrağının üç rəngində 

Torpaq gəldi, 

Səma dindi, 

Günəş axdı, 

Bir dəfə yüksələn bayraq 

Zaman yetdi, 

                  yenə qalxdı! 

Bu bayrağı ucaldanlar 

                   qeyrətini 

çəkənlərdir, 

Yollarında çıraq 

                olub, önündə 

diz çökənlərdir, 

Bayrağının üç rəngində 

Ürək də var, 

Zəka da var, 

Nəğmə də var, 

Bir dəfə yüksələn bayraq- 

Həmişə 

                  göylərdə qalar!.. 

Ana Vətən, adındakı 

                             əzəmətə 

qurban olum, 

Bəxtəvərəm, 

                 sənə görə alovlardan 

Keçdi yolum, 

Bayrağının üç rəngində 

Ulum da var, 

Mən də varam, 

Körpəm də var, 

Səninlə 

               yüksələn bayraq 

Həmişəlik 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə