Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə25/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



                             inam olub, 

                             inad olub, 

Bu torpaqdan qalxıb yenə!.. 

Məsləki var bu torpağın. 

Bəlkə, elə buna görə 

                             məhəbbəti 

Qəlbimizə axıb dolub. 

Dağı- daşı çiçək açıb, 

           çəmən olub. 

Torpaq dönüb sevgi olub, 

          ana olub, 

          Vətən olub. 

          Özümüzlə 

Dönüb bir can olub torpaq. 

Bizim üçün 

AZƏRBAYCAN olub torpaq. 

 

 

SABİR   SARVAN 

 

QAN 

 

Qana bələyirlər bizim elləri, 

Qan deyir torpağı, daşı Vətənin. 

Üzündə - gözündə qəm yuvalanıb, 

Çəkir qovğaları başı Vətənin. 

 

Şeytan ocağına, şər ocağına 

Bəlli yelpiklərin küləyi gəlir. 

Susuram,  köksümü deşir ürəyim, 

Dinirəm, ağzımdan qan iyi gəlir. 

 

Bu yurd neçə dəfə qana çəkilib, 

Quruyan dəniztək sinib özünə. 

Axtarsan Vətənin sərhədlərini, 

Düş tarix boyunca qanın izinə. 

 

Torpağı bölündü yağlı tikətək, 

Bu millət içindən sındı beləcə. 

Hər gedən gecədə bir itiyi var, 

Hər gələn səhəri qandı beləcə. 

 

Gərək qan bağlaya şairin sözü, 

Şair əllərini qandan gen tutub. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Gör hansı zamandı, gör hansı vaxtdı, 

Mən qana çapıram,  məni qan tutub. 

 

 

AYAZ   ARABAÇI 

 

 

SƏNƏ  AND  İÇİRƏM, VƏTƏN  TORPAĞI 

 

Eşqin qürub yeri, eşqin dan yeri, 

Eşqin ürəyimin qan daman yeri, 

Eşqin səcdə yerim, and- aman yerim, 

Sənə and içirəm, Vətən torpağı. 

 

Bu ürək yolunda bir sarı simsə, 

Özgə bir havada çalmadı kimsə! 

Harda duz- çörəyə and içirəmsə, 

Sənə and içirəm, Vətən torpağı. 

 

Azdım dumanda da, azdım çəndə də, 

Sönməz ilhamın var bil ki, məndə də. 

Sənə əyilirəm, əyiləndə də. 

Sənə and içirəm, Vətən torpağı. 

 

Adın var hər dürlü sözümdən qabaq 

Nurlu çeşmələrin gözümdən qabaq! 

Sənə and içirəm özümdən qabaq, 

Sənə and içirəm, Vətən torpağı. 

 

 

 

BAYRAQLARI  BAYRAQ  YAPAN  ÜSTÜNDƏKİ  QANDIR 

 

 

ƏHMƏD   CAVAD 

 

       AL  BAYRAĞA 

 

Gül rəngində bir yarpağın 

Ortasında bir hilal. 

Ey al bayraq, sənin rəngin 

Söylə, neyçün  böylə al? 

 

Hakim olub bir torpağa, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ona etmək böylə naz; 

Səndən başqa bir gözələ 

Söylə, neyçün yaraşmaz? 

 

Bu bənzəyiş nədən, gözüm, 

Şəhidlərin qanına?! 

Uğrunda can verənlər 

Neyçün qıyar canına?! 

 

Yol üstündə dərdli ninni 

Görür səni ağlamaz. 

Sən öylə bir şersən ki, 

Sevməyənlər anlamaz! 

 

Ey sevgili bayrağımın 

O dalğalı duruşu. 

Sandım salam rəsmi sənə 

Buludların yürüşü! 

 

Sən ey hilal, al qoynuna, 

Aldın göydən ulduzu. 

Məftun etdin sən kəndinə 

Ən sevdalı bir qızı! 

 

 

ÇIRPINIRDIN QARA DƏNİZ 

 

Çırpınırdın Qara dəniz 

Baxıb Türkün bayrağına! 

«Ah!..» deyərdin, heç ölməzdim 

Düşə bilsəm ayağına! 

 

 

 

Ayrı düşmüş dost elindən, 

İllər var ki, çarpar sinən!.. 

Vəfalıdır gəldi, gedən, 

Yol ver Türkün bayrağına! 

 

İncilər tök, gəl yoluna 

Sırmalar səp sağ, soluna! 

Fırtınalar dursun yana, 

Salam Türkün bayrağına! 

 

«Həmidiyyə» o Türk qanı! 

Heç birinin bitməz şanı! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



«Kazbek» olsun ilk qurbanı! 

Heyran Türkün bayrağına! 

 

Dost elindən əsən yellər, 

Bana şer, salam söylər! 

Olsun bizim bütün ellər 

Qurban Türkün bayrağına! 

Yol ver Türkün bayrağına!! 

 

 

CƏFƏR   CABBARLI 

 

AZƏRBAYCAN  BAYRAĞINA 

 

Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım 

Şu sevimli üç boyalı, üç mənalı bayrağı! 

Mələklərin qanadımı üzərimə kölgə salan!? 

Nə imiş bu, aman allah! Od yurdunun yarpağı! 

Göy yarpaqlar, al çiçəklər, yaşıl otlar topasımı!? 

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır, 

Fəqət bizim bayrağımız ucaları pək seviyor, 

Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanır… 

Bu görünüş bir ananın şəfqətinə oxşayır, 

Düşündükcə duyduqlarımı, vicdanımı oxşayır. 

         Bu ay- ulduz, boyaların qurultayı nə demək!? 

         Bizcə, böylə söyləmək: 

Şu göy boya göy moğoldan qalma bir türk nişanı, 

          Bir türk oğlu olmalı! 

Yaşıl boya islamlığın sarsılmayan imanı, 

          Ürəklərə dolmalı! 

Şu al boya azadlığın, təcəddüdün fərmanı, 

           Mədəniyyət bulmalı. 

Səkkiz künclü şu ulduz da səkkiz hərfli od yurdu 

Əsarətin pəncəsindən fürsət bulmuş quş kimi 

            Səhərlərə uçmuşdur. 

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı 

            Yurdumuzu qucmuşdur. 

Allah, əməllərim edib şu bayrağa intiqal, 

Birər- birər doğru olmuş, bir ad almış istiqlal! 

Ürəyimdə bir dilək var, o da doğru kəsilsin, 

O gün olsun, bu göy bayraq Turan üstə açılsın! 

 

 

ARİF  NİHAT  ASYA 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə