Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

 
 
125 
Bayaq tələssə  də,  düşünmüşdü ki, çıxanda ona siqaret alıb 
versin. Qızına hiss etdirmədən baxışları ilə onu axtardı. O isə 
gözə  dəymirdi. Yəqin gedib... Ola bilsin ki, sabah da siqaret 
tapmayacaq çəkməyə... 
Həmişə  çoxlu suallar verən qızının indi susduğunu görüb 
ona nəzər saldı. Aytəkinin isə gözləri kimisə axtarırdı. 
– Qızım, kimə baxırsan belə maraqla? 
– Bayaq burada bir dilənçi var idi. Gəlib gedəndən siqaret 
istəyirdi. Amma heç kim ona bir dənə olsun vermədi. Hətta 
yoldan keçən uşaqlar onu ələ salırdılar. Onu sənə  göstərmək 
istəyirəm ki, siqaret verəsən, yazıqdır... 
– Yəqin gedib... – Ramil indilərdə daxili bir heyrət hissi 
keçirirdi. Hətta o, dilənçinin nəyə görə onların diqqətini belə 
çox çəkməsi sualına da cavab tapmaq istəyirdi. 
– Heyf... – deyərək qız da atası kimi susdu. İndi hər ikisi yaşı 
on səkkiz – iyirmi arası olan həmin dilənçi oğlan haqqında 
düşünürdülər.  
 
 
 


 
 
126 
 
 
 
 
 
 
 
 
 
18. Qara qarğa 
 
Aprelin 12-si idi... Təbiət oyanmışdı. Dörd divarlı məhkum 
məntəqəsinin pəncərəsinin olmaması indi daha xoş  gəlirdi. 
Çünki qışın çovğunu kiçik deşiklərdən elə hiss olunurdu ki, elə 
bil,  Şimalda iki böyük dağın arasında idik. O balaca 
deşiklərdən gələn külək sanki sümüyümüzə  işləyirdi. Adyala 
bürünüb, bir-birimizə sığınıb soyuqdan qorunmağa çalışırdıq.  
Səhərlər isə betonun üstündə yatdığımızdan ayaqlarımız 
tutulur, böyrəklərimiz ağrıyırdı.... Amma insanın verdiyi 
əzablar o qədər böyük və zəngin idi ki, təbiətin göstərdiyi sərt 
üz bizi çox da ağrıtmırdı. 
İndi isə  təbiət canlanmışdı. Gülün,  çiçəyin qoxusu kiçik 
deşiklərdən sel kimi içəri axırdı, necə ki soyuq, şaxta axmışdı. 
Qarabağ 
təbiəti dünyanın nadir təbiətlərindən idi. 
Avropalıların da bu gül-çiçəyə maraqları az deyildi. İndi isə 
bu torpağın vətəndaşı, doğmaları ola-ola gözümüzün giləsi 
boyda olan deşikdən baxırdıq bu yaşıllığa, bu gözəlliyə. Heç 
uşaqlıqdan qırmızı yumurtasını, səmənisini,  şəkərburasını 
səbirsizliklə, anbaan gözlədiyimiz Novruz bayramının da necə 
keçdiyini bilmədik.  
 
 


 
 
127 
Səhər saat yeddi olardı.... Uca səslə qarıldayan qara 
qarğanın səsi bizi ayıltdı. Qarğalar elə  səs salmışdı ki, elə bil 
nəsə itiriblər. Bu qara qarğalar el adətinə  görə, o qədər də, 
yaxşı qəbul edilmirdi. Onlar kəndə uçub gələndə nəsə bəd bir 
şeyin olacağına işarə kimi baxırdılar. Sadəcə inaq olmuş, 
öskürək xəstəliyinə tutulmuş insanlara dərman olan qara 
qarğa qanı bu quşu el arasında lazımlı edirdi. Başqa heç cürə
heç  nəyə lazım olmurdu. Bir də  həyət-bacadan cücələri 
aparanda yada düşərdi. İndi isə bu səs Qədim dayının fikrinə 
görə bizi xilas edəcək səs idi. Bunda nə isə bir xoş  xəbər 
görürdü Qədim dayı. O, deyirdi ki, əgər bu gün biz sağ qalsaq, 
deməli, bizə  ölüm yoxdur. Ya öldürüləcəyik, ya da 
qaytarılacağıq.  Əgər bu gün qaytarılmasaq, ermənilərin 
soyqırım adlandırdıqları 24 apreldə  yüz faiz bizi işgəncə ilə 
öldürəcəklər. Amma nəsə  ürəyimə damıb ki, yaxşı bir şey 
olacaq.... 
Biz bu sözlərə istehza edirdik. Dünyagörmüş bir insanın 
nədən yapışdığını, nədən kömək gözlədiyini qəbul etmək 
istəmirdik. Amma nəsə mənim də qəlbimdə buna inam var idi. 
Bəlkə  də, bu, inam yox, sadəcə inanmaq istəyi idi. Axı  ümid 
dolu bir fikir idi. Bütün insanlar belə olur. Özü üçün xoş olanı, 
ürəyindən keçəni mifləşdirir, onun həyata keçməsinə qəlbində 
canlandırdığı kimi inanır. Halbuki inandığı bu fikir həyata 
keçməsi mümkün olmayan bir utopiyadır. Axı bu insandı, 
onda yaşam sevgisi var. Qara qarğanın səsindən məna 
çıxardığımız istər ölüm, istərsə də qaytarılma fikri mənim üçün 
müqəddəs idi. Əgər belə olsa idi, mən o qarğaya  ömrüm boyu 
totem kimi baxardım.  Əlbəttə ki, yaşasaydım...  Yəqin ki, 
qədim inanclar da belə yaranır. Təsadüflə üst-üstə düşən könül 
arzusu istənilən hadisəni inanca çevirə bilər, hətta sitayiş  də 
etdirərdi. Yəqin ki, sonralar Qədim dayı da bu hadisəni 
danışacaq, qara qarğanın xoş  xəbər daşıyıcı olduğunu 


 
 
128 
vurğulayacaqdı. Onu gördükcə ona hörmət etməyə 
çalışacaqdı. Hətta nəvələri həyətə  gələn qara qarğanı 
daşlamaq istəyəndə “bala, onunla işiniz olmasın, babanıza 
xilas xəbərini gətirən o olub”, deyəcək, kövrələcəkdi. Nəvələr 
də bu hadisəni başa düşmədiyi üçün sual verəcək, bu hadisəni 
danışmasını istəyəcəkdilər. Qədim baba da bu günləri 
xatırlayacaq, göz yaşlarını gizlətməyə  çalışsa da, qəhərdən 
boğulacaq, bəlkə də, danışmaqdan vaz keçəcəkdi.... 
Bu qara qarğa hadisəsi kafirlərin  əlindən gizlənən 
Məhəmməd peyğəmbərin mağarasını  hörümçək toruna 
bürümüş  hörümçək məsələsinə bənzəyirdi. Həmin  hörümçək 
də o zaman peyğəmbəri xilas etmişdi. Onun üçün də 
müsəlmanlar ona müqəddəs heyvan kimi baxır, öldürmürlər.  
Günortaya yaxın qarğanın səsini unudur, ümidlərimizi 
basdırırdıq. Amma Qədim dayı israrlı idi. Nəsə olacaq... buna 
adım qədər əminəm, mən heç nəyə bu qədər əmin olmamışam, 
deyirdi. 
Əgər Qədim dayı  bütün günü bizim yanımızda olmasa idi, 
şübhələnərdim. Yəqin ki, “nəsə deyiblər” deyərdim. Axı neçə 
gün idi, heç Veneks də növbəyə çıxmırdı. Bu kişini belə əmin 
edən nə idi? Qarğa səsi məlumdur, amma başqa bir şey də 
olmalı idi. Bu altıncı hiss də ola bilərdi. Həmin gün mən buna 
inandım. Altıncı hissin varlığını  təsdiqlədi bu hadisə. Ya da 
“qara daşa inansan, şəfa taparsan” ideyasının tərənnümü idi 
bu. Bəzən deyirlər ki, insan nəyinsə  həyata keçməsini  çox 
istəyirsə, o da həyata keçir. Biz şübhələnmişdik. Samirə  də 
təbiətindən gələn şıltaqlıqla buna etiraz edirdi, mən də, Həyat 
da. Amma Rəna və  Həlimə xala bəxtlərə  ağ  günün xəbərini 
gətirən bu qara qarğaya Qədim dayı qədər inanırdı.  
Günorta saat dörd olardı. Venekslə növbə dəyişdirən qapıçı 
içəri girdi. Qədim dayını  və onunla yanaşı  iki nəfər  qadının 
çıxmasını əmr etdi. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə