Microsoft Word vahabzade sonuncu met doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/145
tarix18.06.2018
ölçüsü4,51 Kb.
#49818
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

Б и б л и о гр а ф и й а
 
 
35
B.Vahabzadə ziddiyyətləri uydurmur, kəşf edir, onlara şair və 
filosof gözüylə baxır, saf-çürük edir. Müəllif öz kəşflərini yal-nız 
bədii idrak prosesindən sonra əsərlərinə gətirir. Əvvəlki dramlarında 
olduğu kimi “Hara gedir bu dünya?” pyesindəki ziddiyyətlər həyat 
və cəmiyyətdəki ziddiyyətlərin obrazlı əksidir. 
Şahmar Əkbərzadə, 
şair 
 
Vahabzadə şeirlərində zaman içində bir səyahət var. O, götür-
düyü hər bir mövzunu zamanla naxışlayır və bu naxışlamanı bizim 
beynimizə həkk edir. 1976-cı ilin yanvar ayında yazdığı “Qocalar” 
şeiri öz rəng və cizgilərilə başdan-ayağa qədər bir rəssamın çəkdiyi 
lövhəyə bənzəyir: iki əlini əl ağacına, çənəsini də iki əlinin üstünə 
qoymuş düşünən bir qoca tablosu! Fəqət, Vahabzadə bu tabloya 
üçüncü bir obraz əlavə edir: zaman! O, düşünən bir qocanın yadda-
şından zamana yol alır. 
Əhməd Bücan Ercülasun,  
professor, türkoloq, yazıçı 
 
Bəxtiyar Vahabzadə zaman obrazına müxtəlif qütblərdən nəzər 
yetirir: seyirçi-elegiya, reflektiv, təhtəlşüur və  fəal sosial, tarixi, 
ekspressiv yönümlərdə onu mənalandırır. Fəza onu nə formalaşdırır, 
nə  də  səfərbər edir. Bütün bunları  məhz zaman yerinə yetirir. 
Zaman yekparədir, bölünməzdir, əbədiyyət kateqoriyasıdır. Zaman-
da tarixin dəqiq nişanları vardır: İnqilab, Böyük Vətən müharibəsi. 
Qələbə, Xalqın Böyük Tərcümeyi-halını şairin bioqrafiyası ilə ölçən 
də zamandır, vaxtdır. 
Pablo Movçan, 
Ukrayna yazıçısı 
 
Bəxtiyar öz lirikasında lirik olduğu qədər də filosofdur. 
Onun  şeirləri predmetlidir, konkretdir. Şeir nəinki oxunur və 
səslənir, həm də gözlə görünür. Burada təsvirdən əsər-əlamət yox-
dur. Şeirlərin hamısında şairin sinirləri hiss olunur, sözlə ünsiyyəti 
dərk edilir. 
Yeqor İsayev, 
rus yazıçısı 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
36 
B.Vahabzadənin bədii təfəkküründə zaman yaddaşı xüsusilə 
güclüdür;  şairin bütün hiss-həyəcanları konkret zaman hüduduna 
verilir, onu düşündürən təzadların böyük bir qismi də zaman kon-
tekstində meydana çıxır. Zamana münasibət şairin təfəkkürünə sitat 
kimi gəlmir, bədii düşüncənin məntiqi ilə diqtə edilir. 
O, ruhu etibarilə üsyançı idi, sözün yaxşı  mənasında millətçi 
idi. O, öz millətini həmişə öndə gedən millətlərin arasında görmək 
istəyirdi. Ana dilinin saflığı  uğrunda mübariz oldu, bu yoldan 
dönməz oldu. 
Nizami Cəfərov, 
AMEA-nın müxbir üzvü 
 
Bəxtiyar Vahabzadənin düşüncəsi dərin, ürəyi nazik, dili kəskin 
və  qələmi itidir. O, həm düşüncə, həm də duyğu  şairidir. Və eyni 
zamanda, alim və mübariz bir yazıçıdır.  Şeirləri duyğulu olduğu 
qədər düşüncədən də  zəngindir. O, fəlsəfi fikirlərini  şeir dili ilə 
ifadə edən nadir şairlərdəndir. Onun fikirləri bəşəri, lakin duyğuları 
millidir. Mən onu “Gülüstan” poeması ilə tanımağa başlamışam. 
“Gülüstan” poeması ayrılıq nəğməsi olduğu halda, ayrılmışları bir-
ləşməyə çağıran bir manifest kimidir. “Gülüstan” poeması bölünən 
və kökündən ayrılan bir xalqın etiraz qışqırıqlarıdır. 
Cavad Heyət, 
professor 
 
Bəxtiyarı düşünürəm... “Şəbi-hicran” gəlib gözümün önündə 
durur. “Sinəsində qəmdən lalələr açılan, əməllər, arzular şairi” dahi 
Füzuli bir daha xəyalımda canlanır. Xatırlayıram ki, “Leyli və Məc-
nun” poemasının bədii tərtibatını elə təzə qurtarmışdım ki, məmnu-
niyyətlə  Bəxtiyarın “Şəbi-hicran”ı ilə  məşğul oldum. Əvvəllər bir-
birimizi uzaqdan tanıyırdıqsa, böyük Füzulimiz bizi əbədi dost etdi. 
Bu gün dostum Bəxtiyarı - Füzuli yadigarını, nəcib istedad sahibi 
alim-şairi səmimiyyətlə təbrik edirəm, artıq o, yarıməsrlik bir ömrü 
başa çatdırmışdır. 
Mikayıl Abdullayev, 
Xalq rəssamı 
 


Б и б л и о гр а ф и й а
 
 
37
Bir insanın öz xalqını  və öz doğma dilini dəlicəsinə sevə bil-
mək qabiliyyətini mən B.Vahabzadədən öyrəndim. B.Vahabzadə 
realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkib-
lər və əllaməçilik onun sənətinə yaddır. 
Əhməd Şmide Saziyam,   
yazıçı 
 
“Vicdan”, “Yağışdan sonra”, “İkinci səs”, “Yollara iz düşür” 
kimi müvəffəqiyyətlə tamaşaya qoyulmuş pyeslərində B.Vahab-
zadə, əslində, elə şeir və poemalarındakı mənəvi-əxlaqi problemləri 
qaldırır. Lakin bu əsərlər onun istedadının yeni bir sahəsini, 
dramatik təxəyyülün maraqlı imkanlarını nümayiş etdirir. 
Bəkir Nəbiyev, 
akademik 
 
Gənclik illərindən bu günəcən xalqımızın çətin, sınaq günlə-
rində  həmişə öz vətəndaş  qətiyyətini, sənətkar mövqeyini bildirən
kəsərli sözünü cəsarətlə deyən,  əqidəsindən dönməyən bütöv şəx-
siyyət, bir sənətiçi kimi mənanın, fikrin cövhərinə, mayasına, toxu-
muna can atan, oxucusunu yatmağa qoymayıb vətənin, vətən içində 
haqqın,  ədalətin, insafın və  İnsanlığın keşiyində ayıq-sayıq dayan-
mağa səsləyən, yaradıcılığı  təbiət kimi zəngin, bəhrəli olmasına 
baxmayaraq həmişə axtarışda, həmişə narahat, özündən narazı, fəl-
səfi fikirlərlə yanaşı adi hadisələri, sadə mövzuları ruhundakı tükən-
məz lirika qatından, poetik duy-ğusundan keçirərək şeiriyyətə, mah-
nıya çevirməyi bacaran, ənənəvi və milli olduğu qədər bəşəri olan 
canlı klassikimiz sevimli, doğma və əziz Bəxtiyar Vahabzadə... 
Hüseynbala Mirələmov, 
professor 
 
Qüdrətli şairimizin yeni şeirlər toplusu bir daha nümayiş etdirir 
ki, müasir dövrdə xalqın taleyinə yanmayan, el-obaya həqiqətin 
yolunu nişan verməyən, bitərəf, liberal yol tutan, fikir yoxsulluğunu 
yalançı zahiri parıltılar arxasında gizlədən poeziya gücsüz, gərəksiz 
poeziyadır. Ədəbiyyatın ideya və problemləri həmişə xalqın taleyin-
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
38 
dən doğur. Bəxtiyar Vahabzadə isə öz yaradıcılığında xalqın ürəyin-
dəki “sarı sim”ə toxunmağı bacarır. 
Sabir Rüstəmxanlı, 
Xalq şairi 
 
İstər poemalarda, istər  şeirlərdə bir-birini əvəz edən kövrək 
duyğular, zərif düşüncələr, həssas fikirlər, kəskin etirazlar oxucunun 
yarasına məlhəm qoyur, ürəyindən tikan çıxardır. Bu kitaba qədər 
Bəxtiyar müəllim öz oxucularının üzünə otuz doqquzuncu qapını 
açıbsa, yeni kitabda üzümüzə nağıllardakı kimi sirli-sehirli qırxıncı 
qapı açılır. Bu qapıdan içəri girəndə gözümüzə bir sandıq dəyir. 
Qulağımıza sandıqdan səslər gəlir. Bəxtiyar Vahabzadə açır sandığı, 
tökür pambığı. 
Zəlimxan Yaqub, 
Xalq şairi 
  
Ağrı  və  əzab... Bu sözlər xalq şairinin poetik dilində tamamilə 
yeni məna kəsb edir. Əslində, bu sözlər əbədi narahatlığın epitetləri-
dir. Şair özünü dərketmə yollarında kamilliyə, mənəvi yetkinliyə və 
saflığa çağırış şüarını qəbul edir. Bu yol isə ağrılarla, əzablarla gedi-
lir... Ağrı və əzab Bəxtiyar poeziyasında sevincə, nəşəyə aparan yoldur. 
Vaqif Yusifli, 
filologiya elmləri doktoru 
 
Hər bir insanın öz ömür yolu olduğu kimi, hər bir xalqın, millə-
tin də öz ömür yolu var. Bu yol heç də həmişə güllü-çiçəkli çəmən-
liklərdən keçib getmir. Bəzən uçuruma da dirənir. O uçuruma yu-
varlanıb məhv olmaq, dilini, dinini, milli varlığını itirmək təhlükəsi 
meydana çıxanda, qabağa düşüb öz xalqını uçurum üstündəki kör-
püdən keçirən, hətta arada imkan tapıb o körpünün beş-üç qopan 
daşını da yerinə qoyan şəxsiyyətlərə xalq həmişə borcludur. 
Bəxtiyar Vahabzadə belə şəxsiyyətlərdəndir. O, bir şair kimi bizim 
milli varlığımızı  həm ifadə edib, həm də qoruyub. Amma biz onu 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə