Microsoft Word vahabzade sonuncu met doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/145
tarix18.06.2018
ölçüsü4,51 Kb.
#49818
1   2   3   4   5   6   7   8   9   ...   145

Б и б л и о гр а ф и й а
 
 
23
siz xidmətdir. Şəxsən mən Nizaminin böyüklüyünü, onun Azərbay-
can milli təfəkkürünə hansı böyük fikirləri gətirdiyini  Süleyman 
Rüstəmin filoloji tərcümələrindən və onlara yazdığı izahatdan 
öyrənmişəm. 
 
*** 
Emin Sabitoğlunu bir bəstəkar kimi xalqa sevdirən mahnıla-
rının özəyindəki melodiyadır. Yalnız mahnı janrında deyil, ümu-
miyyətlə, musiqinin canı, cövhəri melodiya olmalıdır. 
Eminin demək olar ki, bütün mahnılarında romans janrının 
əlamətlərini görürük. Belə ki, bu mahnılarda olmuş bir əhvalat nəql 
olunur. Burda təəssüf qarışıq bir giley, intizar qarışıq bir peşmançı-
lığın fəryadını  eşidirik. Bununla yanaşı bu mahnılarda da vurğu 
əsasən nəqarətin üstünə düşür, hiss, həyəcan nəqarətdə sərgilənir və 
biz uzun müddət mahnısının təsirindən çıxa bilmirik. 
Emin yaradıcılığının ikinci üstün cəhəti seçilən mətnin  şair 
qədər duylmasındadır. O, seçdiyi mətni köynək kimi qəlbinə geyir, 
onun istisinə isinir. Onu öz duyğusuna çevirib, sonra piano arxasına 
keçir. 
 
*** 
Bəkir Nəbiyev müasir ədəbiyyatımızın tədqiqatçısıdır. O, 
bütün ömrü boyu zərgər dəqiqliyi ilə gözlərinin qarşısında boy atan, 
yüksələn ədəbi prosesi izləmiş, onun keçdiyi yolları dəyərləndirmiş, 
yönümünü müəyyənləşdirmişdir. 
Bu, çox çətin məsələdir. Ona görə ki, klassiklərimizi tədqiq 
edən alim, müəyyənləşmiş prosesi izləyirsə, bugünkü ədəbiyyatı 
öyrənən alim, hara gedib çıxacağı  məlum olmayan, tamamlanma-
mış, hələ yolda olan ədəbi prosesi tədqiq edir və yaxşısını-pisini 
göstərməklə ona yön verməyə çalışır. Olanı göstərmək, tədqiq 
etmək bu mənada asandır, hələ yolda olan yolçunun mənzil başına 
qədər hansı cığırlardan keçib ana yola çıxmasına kömək etmək kimi 
çətin iş tənqidçi alimin boynuna düşür. 
 
*** 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
24 
Altmışıncı illərdə  ədəbiyyatımıza gələn yeni nəslin içərisində 
Anarın ayrıca dəst-xətti, ayrıca yeri var. Mən demək olar ki, onun 
bütün  əsərlərini oxumuşam. Anarı bir yazıçı kimi mənə sevdirən 
əsas cəhət onun əsərlərindəki psixologizmdir. Belə ki, o, yaratdığı 
obrazların hərəkətlərinə,  əməllərinə oxucunu inandıra bilir. Ona 
görə ki, yaratdığı obrazlar onun yazıçı duyumundan süzülüb 
obrazlaşır. Buna görə də, mən bu obrazların çölünü (sifətini) deyil, 
iç dünyasını, qəlbindəki təlatümləri, həyəcanları görür, mənfi və 
müsbətliyindən asılı olmayaraq bu xarakterin məhz bu cür hərəkət 
edəcəyinə inanıram. Bu isə yazıçılıqda son dərəcə əsas məsələdir. 
 


Б и б л и о гр а ф и й а
 
 
25
 
 
Görkəmli şəxsiyyətlər 
Bəxtiyar Vahabzadə haqqında 
 
Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün 
formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə  səsləmiş, istiq-
laliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. Siz hər zaman 
azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında 
baş  əyməmiş,  əqidəsindən dönməyən  şair, mübariz millət vəkili
yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışsınız. 
 
*** 
Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində  işləyən zaman 
Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. 
O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoy-
madım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi ver-
dim. Bunlar hamısı onun xatirələridir. Belə bir insan o vaxtlar bö-
yük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona 
görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər 
yazırdı. 
“Gülüstan” poemasını yazmışdı. Ondan ötrü o zaman həbs 
etmək məsələsini qoymuşdular. 
Heydər Əliyev, 
Azərbaycan xalqının ümummilli lideri 
 
Sizin yüksək bədiiliklə qələmə aldığınız əsərlər milli qaynaqlar-
dan bəhrələnərək vətənpərvərliyin tərənnümü, insanın mənəvi uca-
lığı və fəlsəfi düşüncələrlə səciyyələnir. 
 
*** 
Siz yaradıcılığını  Vətənimizin azadlığı, müstəqilliyi və bütöv-
lüyü uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mü-
hüm rol oynamış  və  gənc nəslin milli-mənəvi dəyərlər sistemində 
tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımız-
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
26 
dansınız. Poeziya sənətimizin  ənənələrini zamanın sınaqlarından 
çıxaran və yaşadan bir şair kimi adınız ölkəmizdə daim ehtiramla 
çəkilir. 
İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
 
Hörmətli Bəxtiyar Vahabzadəyə! 
Sizi, Azərbaycan xalqının böyük istiqlal şairini anadan olma-
ğınızın 70 illiyi münasibətilə təbrik etməkdən böyük şərəf duyuram. 
Sizin ədəbi yaradıcılığınız bütün türk dünyasının mənəvi birliyi və 
yüksəlişi ilə  də yaxından  əlaqəlidir. Odur ki, sizə sadəcə azərbay-
canlı qardaşlarımızın deyil, çağdaş türk dünyasının böyük bir qələm 
ustadı olaraq salamlayıram. 
Əsərləriniz ölkəm Türkiyədə  də böyük maraqla oxunmaqda, 
tədqiq edilməkdə  və  bəyənilməkdədir. Türkiyə Cümhuriyyətinə 
bəslədiyiniz sevgi xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqə-
lərinin güclənməsinə əhəmiyyətli dərəcədə təkan vermişdir. Bu isti-
qamətdə xeyirxah fəaliyyətinizi bundan sonra da davam etdirəcəyi-
nizə əminəm. 
Sizə Azərbaycanın haqq işi və inkişafı yolunda apardığınız mü-
barizədə uğurlar, cansağlığı və səadət diləyirəm. 
Süleyman Dəmirəl, 
Türkiyə Cümhuriyyətinin sabiq prezidenti 
 
Bəxtiyar hər nə yazırsa, ürəkdən yazır, təbii yazır, təmənnasız 
yazır. Biz onun lirikasının avazında saxta notlar hiss etmirik. 
Bəxtiyarın sənətkar kimi təqdirəlayiq cəhətlərindən biri də onun 
şeir dili və doğma ana dilinə  dərin bir məhəbbət duyulur. Doğma 
ana dilinə münasibət, bu dildə yazıb-yaratmaq dünya mədəniyyəti-
nin, dünya ədəbiyyatının böyük ənənələrindəndir. Hər xalqın  ədə-
biyyatı həmişə onun doğma ana dilində yaranmışdır. 
İlyas Əfəndiyev, 
Xalq yazıçısı 
 
B.Vahabzadə Azərbaycan xalqının yetirdiyi o sənətkarlardan 
biridir ki, qələmini əlinə aldığı gündən etibarən öz doğma xalqının 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə