Microsoft Word vahabzade sonuncu met doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/145
tarix18.06.2018
ölçüsü4,51 Kb.
#49818
1   2   3   4   5   6   7   8   9   ...   145

Б и б л и о гр а ф и й а
 
 
13
Cəsarətlə dеyə bilərik ki, B.Vahabzadə mənsub olduğu nəslin bütün 
mənəvi istəklərini şеirə gətirdi. 
…Bu yazını böyük yazıçı Çingiz Aytmatovun “Bəxtiyar 
Vahabzadə öz möhtəşəm poеziya məbədini ucaltmaqdadır. O qüd-
rətlidir. Qoyduğu təməl möhkəm və gözəldir” fikri ilə bitirmək 
istərdim, ancaq Azərbaycan xalqının ümummilli lidеri, müasir 
Azərbaycan dövlətçiliyinin qurucusu Hеydər  Əliyеvin nеçə illər 
əvvəl Bəxtiyar Vahabzadənin “Hara gеdir bu dünya?!” pyеsinin 
tamaşasına baxdıqdan sonra söylədiyi tarixi sözləri xatırlamamaq 
mümkün dеyil: “Bəxtiyar Vahabzadənin hər bir əsəri dəyərlidir
qiymətlidir. Onun hər bir əsəri bizim mədəniyyətimizi, incəsənəti-
mizi, ədəbiyyatımızı inkişaf еtdirir”. 
 
Nizami Cəfərov,  
AMEA-nın müxbir üzvü 
 
 
 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
14 
 
 
Bəxtiyar Vahabzadənin həyat  
və fəaliyyətinin əsas tarixləri 
 
Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqust ayının 16-da 
Şəki şəhərində anadan olub. 
 
1934 
- Bakı şəhərində 136 saylı məktəbin I sinfinə 
gedib. 
 
1942 
- Bakı şəhəri Oktyabr rayonu 172 saylı mək-
təbini bitirib və  həmin il S.M.Kirov adına 
Azərbaycan Dövlət Universitetinin (indiki 
BDU) filologiya fakültəsinə daxil olub. 
 
1943 
- “Ana və  şəkil” adlı ilk şeiri “Ədəbiyyat 
qəzeti”ndə dərc edilib. 
 
1944-1945  
-  “Ədəbiyyat” qəzetində  şöbə mudiri vəzifə-
sində işləyib. 
 
1945 - 
Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə 
qəbul edilib. 
 
1945-1946 
- “Azərbaycan gəncləri” qəzetində  şöbə 
müdiri vəzifəsində işləyib. 
 
1947 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin filologiya fakültəsini bitirib; 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin aspiranturasına daxil olub. 
 
1949 - 
“Uşaqgəncnəşr”də Müasir ədəbiyyat  şöbə-
sində redaktor vəzifəsində çalışıb; 


Б и б л и о гр а ф и й а
 
 
15
- “Mənim dostlarım” adlı ilk kitabı Azərnəşr-
də çap olunub. 
 
1950 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin Azərbaycan  ədəbiyyatı tarixi ka-
fedrasında müəllim işləyib. 
 
1951 - 
“Səməd Vurğunun poeziyası: (lirikası  və 
poemaları)” mövzusunda namizədlik disserta-
siyası müdafiə edib və Ali Attestasiya Komis-
siyasının qərarı ilə filologiya elmləri namizədi 
alimlik dərəcəsinə yiyələnib; 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin Azərbaycan  ədəbiyyatı tarixi ka-
fedrasında baş müəllim vəzifəsinə keçib. 
 
1953    
 
- Sov.İKP üzvlüyünə qəbul olunub. 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin Azərbaycan  ədəbiyyatı tarixi ka-
fedrasında dosent vəzifəsinə keçirilib. 
 
1954 - 
SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı 
ilə  “Əməkdə  fərqlənməyə görə” medalı ilə 
təltif edilib. 
 
1958  
- İki yerə parçalanmış Azərbaycanın tarixi fa-
ciəsini  əks etdirən “Gülüstan” poemasını 
yazıb. 
 
1959 - 
SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 
“Əməkdə fərqlənmə medalı” ilə təltif edilib; 
-  İran,  İraq (Kərbəla  şəhəri), Livan və Misir 
ölkələrində səfərdə olub. 
 
1961  
 
- Afrika boyu ölkələrində səfərdə olub. 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
16 
1962 
- “Gülüstan” poemasına görə “millətçi” dam-
ğası ilə Azərbaycan Dövlət Universitetindən 
çıxarılıb. 
 
1964 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin ixtisaslaşdırılmış elmi şurasında 
“S.Vurğunun həyatı və yaradıcılıq yolu” möv-
zusunda doktorluq dissertasiyasını müdafiə 
edib. 
 
1966 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin “Azərbaycan  ədəbiyyatı tarixi” 
kafedrasında professor vəzifəsinə seçilib. 
 
1967  
- Bakı şəhəri Zəhmətkeş deputatları Sovetinin 
XI çağırışına 320 №-li dairədən deputat 
seçilib. 
 
1970 
- S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin Azərbaycan  ədəbiyyatı tarixi ka-
fedrasının müdiri vəzifəsinə seçilib. 
 
1974 - 
Azərbaycan sovet ədəbiyyatı  və teatr sahə-
sində xidmətlərinə görə Azərbaycan SSR Ali 
Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Azər-
baycan SSR Əməkdar incəsənət xadimi” fəxri 
adına layiq görülüb; 
- Portuqaliyada və Türkiyədə səfərdə olub. 
 
1975 
- Anadan olmasının 50 illiyi münasibətilə Qır-
mızı Əmək Bayrağı ordeni ilə təltif olunub. 
 
1976 
- “Leninlə söhbət” və “Muğam” poemalarına 
görə Azərbaycan Dövlət mukafatı laureatı 
adına layiq görülüb. 
 


Б и б л и о гр а ф и й а
 
 
17
1977  
- Rəsmi nümayəndə heyətinin üzvü kimi 
Türkiyədə olub. 
 
1978 
- Nümayəndə heyətinin üzvü kimi İngiltərədə 
olub. 
 
1980 
- X çağırış Azərbaycan SSR Ali Sovetinə 
Qobustan seçki dairəsi üzrə deputat seçilib;  
- Azərbaycan SSR EA-nın müxbir üzvü seçi-
lib;  
- Almaniya Federativ Respublikasında olub. 
 
1981 
- SSRİ Yazıçılarının VII qurultayında SSRİ 
Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. 
 
1984 - 
Azərbaycan SSR-in “Xalq şairi” fəxri adına 
layiq görülüb; 
- “Bir gəminin yolçusuyuq” əsərinə görə 
SSRİ Dövlət mükafatı laureatı adına layiq 
görülüb. 
- “Oktyabr İnqilabı” ordeni ilə təltif olunub. 
 
1987 
- “Azərbaycantelefilm”də anadan olmasının 
60 illiyinə  həsr olunmuş “Bəxtiyat Vahab-
zadə” adlı qısametrajlı sənədli televiziya filmi 
çəkilib. 
 
1988 
- M.F.Axundov adına  ədəbi mükafata layiq 
görülüb. 
 
1990 
- Azərbaycan SSR Elmlər Akademiyasının 5 
may 1990-cı il tarixli təqdimatına  əsasən 
BDU-nun rektorluğu nəzdində  məsləhətçi 
vəzifəsinə təyin olunub. 
 
1990-1995 
- Azərbaycan Respublikası Ali Sovetinin 
deputatı olub. 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
18 
1991 
- Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyə-
tinin və Ağsaqallar Şurasının üzvü seçilib. 
 
1995 
- Anadan olmasının 70 illiyi münasibətilə 
Azərbaycan Respublikası Prezidentinin Fər-
manı ilə “İstiqlal ordeni” və Təhsil Nazirliyi-
nin Fəxri Fərmanı ilə təltif olunub; 
- Anadan olmasının 70 illiyi münasibətilə El-
mi Bilikləri Yayan Cəmiyyətin Yusif Məm-
mədəliyev adına mükafatına layiq görulüb; 
- Ankara Dövlət Universitetinin fəxri doktoru 
seçilib; 
- Azərbaycan Respublikası Yeni Konstitusiya 
layihəsini hazırlayan V Komissiyanın tərkibi-
nə daxil olunub. 
 
1995-2000 
- Azərbaycan Respublikası Milli Məclisinə 
deputat seçilib. 
 
1999 
- Türk Kültürünə Hizmət Vəqfi tərəfindən 
təsis olunmuş Türk dünyası – Türk Dili Şərəf 
Ödülünə layiq görülüb. 
 
2000-2005 
- Azərbaycan Respublikası Milli Məclisinin 
deputatı olub. 
 
2000 - 
Azərbaycan MEA-nın həqiqi üzvü seçilib. 
 
2002 
- Rumıniyanın mədəniyyət sahəsində  ən ali 
mükafatı olan Komandor dərəcəli “Ləyaqət” 
milli ordeni ilə təltif edilib
- Türkiyənin Gedze şəhərində yerləşən Gənc 
Sənayeçi və İş Adamları Dərnəyi şairi 2001-ci 
ildə “Dünyada ilin ən başarlı  şairi” adına 
layiq görüb. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə