Microsoft Word vahabzade sonuncu met doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/145
tarix18.06.2018
ölçüsü4,51 Kb.
#49818
1   ...   4   5   6   7   8   9   10   11   ...   145

Б и б л и о гр а ф и й а
 
 
31
qəm və kədəri hiss edirsən. Elə bil ki, Azərbaycan narıdır: şirəsini 
içirsən - şirindir, qabıqlı yesən acıdır. 
Yevgeni Yevtuşenko
rus şairi 
 
Bəxtiyar Vahabzadə sözün əsl mənasında şairdir. Onun poetik 
fırçasının çəkdiyi lövhələr rəngarəng və maraqlıdır. Dili şirəli və 
koloritlidir. Vahabzadənin poeziyası - düşüncələr poeziyasıdır. Bu 
düşüncələr bəzən həyatın üst qatlarına toxunsa da, şeirlərinin bir 
qismində ayrı-ayrı motivlər - məsələn, yaxınlaşmaqda olan qocalı-
ğın kədərli müjdəçisi olan ağaran saçlar motivi təkrar olunsa da, 
ümumiyyətlə, Vahabzadənin poeziyası müasir Azərbaycan  ədəbiy-
yatının maraqlı hadisələrindəndir.  Şair  ən yaxşı  şeirlərində oxucu-
ları ilə məhrəmanə söhbət edir. Adama elə gəlir ki, o daha bir şeir 
yazmaq istəməmiş, öz dəruni fikirlərini ən yaxın dostları – oxucu-
ları ilə bölüşməyi arzulamışdır.  Şairin ovqatı qeyri-ixtiyari olaraq 
sizə sirayət edir sizi sevinc, kədər bürüyür. Siz əvvəllər, bəlkə  də, 
qəlbinizdə bu cür emosiyalar doğurmayan  şeylərin, hadisələrin 
mənası haqqında düşünməyə başlayırsınız. 
İndi isə həmin şeylər, hadisələr dəqiq tapılmış şairanə sözlərin 
gücü ilə qat-qat mühüm əhəmiyyət kəsb edir. Onlar sizi fəaliyyətə, 
məhəbbətə, nifrətə çağırır. 
 
*** 
Şair Bəxtiyarın bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə böyük 
olan poetik istedaddır. Bu yaradıcılıq istedadı ona dərin xalq m-
əhəbbəti qazandırmışdır. Onu Vətənin sevimli şairi etmişdir. Belə 
bir tale səadətdir. Belə bir İnsan həqiqətən bəxtiyardır. Bu bəxtiyar-
lıq bir insan, bir vətəndaş, bir nəğməkarın bəxtiyarlığıdır. Mən 
Bəxtiyarı belə tanımışam, belə duymuşam, belə sevmişəm. 
Rəsul Rza, 
Xalq şairi 
 
Bəxtiyar Vahabzadə deyir ki, elə uşaq doğan kimi adam ana ol-
mur. Analıq qadın üçün çox böyük rütbədir. Qeyrəti, namusu yaşa-
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
32 
da bilən qadınlar axırda gəlib ana olurlar. Analıq müqəddəslik mər-
təbəsidir. Qeyrət, namus isə ağrıya-acıya dözə bilmək tələb eləyir. 
Fikrət Qoca, 
Xalq şairi 
 
Şeirlər, poemalar, radio-pyeslər... 
On ildən artıqdır ki, radioda Bəxtiyar Vahabzadənin şeirlərinin, 
poemalarının, radio-pyeslərinin ifaçısı olmuşam. 
İndi də radionun “Qızıl Fond”unda olan həmin lent yazıları səs-
lənəndə bu əsərləri maraqla dinləməyə məcbur olursan. Çünki bun-
lar, eyni zamanda ifaçını da düşündürür, hisslərini coşdurur, gözəl-
liyə, təmizliyə çağırır. Bəxtiyarın dram əsərlərində  iştirak etmək 
mənə  də  nəsib olmuşdur. Yadımdadır: “Yağışdan sonra” əsərinin 
rol bölgüsündə mənə Qədim bəy surəti tapşırılmışdı. Mən nədənsə 
ilk məşqlər zamanı özümü bu rolda tapa bilmirdim. Bir aktyor kimi 
romantik obrazlar məni daha çox maraqlandırırdı. Lakin iş zamanı 
aydın oldu ki, məhz Qədim bəy də yaşına, təcrübəsinə, sərt xasiy-
yətinə baxmayaraq, son dərəcə romantikdir. Yəni, başqa cür də ola 
bilməzdi. Bəxtiyarın dram əsərləri də bir növ, mən deyərdim, lirik 
poemadır. 
Əli Zeynalov
Xalq artisti 
 
B.Vahabzadə poeziyasında istər tarixə, istərsə müasir həyata 
münasibətdə əsas meyar vətəndaşlıq duyğusudur, bunsuz şair qələ-
mi işləməz, Vətən və  vətəndaş haqqında poetik söz deyilə bilməz, 
deyilsə də alayarımçıq olar. 
Əkbər Ağayev, 
professor 
 
Mənim fikrimcə, Bəxtiyarı xalqa və oxucularına sevdirən cə-
hətlərdən ən başlıcası şeirlərindəki vətəndaşlıq hissinin güclü olma-
sıdır. Sən dünyamızda baş verən hadisələri həssaslıqla izləyən şair-
lərimizdənsən. Həyatda baş verən müsbət hadisələri ürək açıqlığı, 
ilhamla tərənnüm etdiyin kimi, mənfi hallarla, onları törədən dönük-
lərə, elinə, obasına arxa çevirənlərə, dilini, millətini, vətənini ağala-


Б и б л и о гр а ф и й а
 
 
33
rına xidmət müqabilində dananlara qəzəbini gizlədə bilmirsən. Belə 
hallarda Bəxtiyarın səsi daha da gur eşidilir. 
Balaş Azəroğlu, 
Xalq şairi 
 
İnanırsan ki, Bəxtiyar  şeirinin bulaqları bolluqdadır, bu çeş-
mələr axa-axa, birləşə-birləşə bütün bir çaya çevrilməkdədir. Bəxti-
yar şeiri xalqımızın şeriyyət ieşmələrindən bəhrələnməkdir. Bu şeir 
hələ daha da gur şəlalə kimi çağlayacaqdır. Vaxtilə “çəlimsiz oğlan” 
kimi görünən bu şair şeir dünyasında çox qüdrətli, bir sel olmuşdur. 
Nə Bəxtiyar, nə də Bəxtiyar şeiri mövsümi əlbəsə kimi dəyişməyə-
cəkdir, onun addımları əbədiləşəcəkdir. O, Azərbaycan şeirində abi-
də kimi qalacaqdır. Şair Bəxtiyar bir şeir bəxtiyarı kimi bu gün də 
bəxtiyardır, sabahına-gələcəyinə öz əlidoluluğu, alnıaçıqlığı ilə bəx-
tiyardır. Bu gün Bəxtiyarın şeirləri, şeir kitabları dil-dil, əl-əl gəzir. 
Süleyman Rəhimov, 
Xalq yazıçısı 
 
B.Vahabzadə poeziyası  əzabkeş fikrin, dünya, İnsan, sevgi və 
azadlıq haqqında çırpıntıların poeziyasıdır. Bu poeziya tarixin şah 
damarını axtarır, bir sözün, bir obrazın maqnit sahəsində keçmişi, 
bu günü və gələcəyi qovuşdurur. Hər dəfə də dünyanın taleyinə bir 
nöqtədən - bütün mənəvi qüdrətini  İnsanların yolunda sərf etməyə 
hazır olan fədakar humanizm zirvəsindən yanaşır. 
Aydın Məmmədov, 
türkoloq-alim 
 
Bəxtiyar poeziyası döyüşdür - o, ictimai haqsızlıqla, biganələr-
lə, şöhrətpərəstlərlə, ikiüzlülərlə, qorxaq və əxlaqı natəmizlərlə dö-
yüşür. Bəxtiyarın zəkalı, tutarlı, qaynar, xoşsözlü  şeiri gözümüzün 
qarşısında doğma lövhələr yaradır; başı qarlı Kəpəz, Şahdağ, Sava-
lan, Kürün, Arazın uğultulu qıjovları, Muğanın, Şirvanın il boyu ya-
şıl donlu, ucsuz-bucaqsız vadiləri vəsf olunur; onun şeirində coşğun 
Xəzər, mavi, zümrüd səma, mehriban cənub günəşimiz canlanır. 
Niyazi, 
Xalq artisti 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
34 
Bəxtiyar son dərəcə pak, ürəyitəmiz adamdır, dərin bilikli, hey-
rətamiz dərəcədə rəngarəng duyğular və fikirlər aləmi olan adamdır, 
bir sözlə,  əsl  şairdir.  İnsana xidmət  şairin fəaliyyətinə istiqamət 
verən əsas qayədir. Onun təravətli, gözəl şeirləri oxucunu dərhal bu 
şeirlərdə təsvir edilən aləmlə yaşamağa məcbur edir və biz onunla 
birlikdə  şərlə mübarizə aparır, sevir, qurub-yaratmağa can atırıq, 
həyatımız dəruni duyğularla zənginləşir, arzu və ümidlərimiz qa-
nadlanır. Həm  şair, həm də  İnsan kimi mən Bəxtiyar müəllimdən 
çox  şey öyrənmişəm. Zənnimcə,  şairin poeziyası ilə  təmasda olan 
hər kəs bu halı keçirir. 
Rimma Kazakova, 
şair, tərcüməçi 
 
Məndə Bəxtiyar Vahabzadənin yaradıcılığına məhəbbət oyadan 
onun  şeirinin vətənpərvər ruhudur, şairin vətəndaş mövqeyi - fəal 
həyat mövqeyidir. Mətninə musiqi bəstələdiyim “Bu torpağa borc-
luyam”, “Vətən torpağı”, “Vətənim”, “Vətən qədər ucalar”, “Yara-
dan əllər”, “Həyat, sən nə şirinsən” və s. mahnılarımda olduğu kimi. 
Şəfiqə Axundova, 
Xalq artisti 
 
B.Vahabzadənin  şeir və poemalarının  ən yaxşı nümunələri öz 
xalqının tarixi mövqeyini dərindən dərk etmiş ayıq gözlü, cəsarətli, 
vətəndaş şair qələmindən çıxmışdır. B.Vahabzadə sənətin yoxuşları 
ilə irəliləyən bir sənətkardır. Bu yolda onun hər bir qələbəsi həm də 
Azərbaycan şeirinin qələbələrindəndir. 
Xəlil Rza Ulutürk, 
Xalq şairi 
 
Vahabzadəyə görə  şairin vücudu Vətən torpağı, nəfəsi Xəzər 
dənizindən əsən rüzgar, qanı Kür, Araz çaylarıdır. Hər şey Vətənsiz 
yaşaya bilər, amma şair vətənsiz, millətsiz yaşaya bilməz. Şairin ən 
böyük vəzifəsi də  vətəni sevməkdir.  Şair haqq və  həqiqət yolunda 
savaşan, cibi boş, qəlbi dolu bir İnsandır.  Şair Vətən və millət 
əqidəsinin Məcnunudur. 
Əli Yavuz Akpınar, 
ədəbiyyatşünas-alim 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə