Microsoft Word vahabzade sonuncu met doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/145
tarix18.06.2018
ölçüsü4,51 Kb.
#49818
1   2   3   4   5   6   7   8   9   10   ...   145

Б и б л и о гр а ф и й а
 
 
27
hiss və həyəcanlarını ağ kağıza köçürmüş, ağ kağızda ifadə etmiş-
dir. Xalqın sevinci ilə yaşamış, xalqın dərdinə, qəminə, ələminə şə-
rik çıxmışdır və Bəxtiyar Vahabzadə şübhəsiz xoşbəxt sənətkardır. 
Xoşbəxt bir sənətkardır ona görə ki, xalq onu sevir, onun özünün 
nüfuzlu, mötəbər sirdaşı, dərddaşı hesab edir. Bəxtiyar Vahabzadə 
xoşbəxt sənətkardır ona görə ki, onun sənəti son dərəcə milli olma-
ğıyla bərabər, eyni zamanda, bəşəri bir səciyyə daşıyır. Və ona görə 
də onun çoxmilyonluq oxucu auditoriyası var. Onun şeiri coğrafi və 
milli çərçivələr, sərhədlər tanımır. 
Elçin, 
Xalq yazıçısı 
 
Torpağımıza azadlıq, müstəqillik baharının gəlməsini ilk du-
yan, bu baharın gəlməsi üçün illər boyu çarpışan və bu baharı ilkin 
salamlayan, müjdələyən  şairlərimizdən biri də  Bəxtiyar Vahabza-
dədir. Sovet senzura sisteminin dar çərçivələri içində  də  Bəxtiyar 
Vahabzadə öz sözünü deyə bilmiş, hələ o illər  Şəki qəzetində çap 
etdirdiyi “Gülüstan” poemasında xalqımızın tarixi faciəsi haqqında, 
bölünməsi, ikiyə ayrılması, parçalanması  və  əsarətə düşməsi haq-
qında təsirli, yanıqlı bir dillə söz açmışdı. Son beş-altı ildə də azad, 
müstəqil Azərbaycan uğrunda mübarizənin çətin yollarında 
Bəxtiyar müəllimi həmişə ön sıralarda görmüşük, görürük və inşal-
lah, hələ çox illər görəcəyik. Hər bir böyük şairimiz kimi Bəxtiyar 
Vahabzadənin də bəzən başa düşülmədiyi, niyyətinin, sözünün tərs 
yozulduğu məqamlar olub. Amma bütün böyük sənətkarlar kimi o
səbir, dözüm sınağından da ləyaqətlə keçə bilib. 
Anar, 
Xalq yazıçısı 
 
Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. 
Bu, müstəsna dərəcədə  zəruri haldır ki, sən övladı olduğun xalqın 
nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına 
öz töhfəni verə biləsən. 
Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti da-
ha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri fövqə qal-
xır. Milli və beynəlmiləl münasibətlər problemi günümüzün canlı 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
28 
mübahisələrə çevrilən məsələlərindən biridir və bu problem... öz 
mütərəqqiliyini, obrazlılığını, nadir əhatəliyini və  məhsuldarlığını 
bir daha Vahabzadə yaradıcılığında tapıb. İndiki halda sən azərbay-
canlı şairi oxuyanda - dünyanı oxuyursan. 
Bundan başqa mən Vahabzadənin görkəmli sənətkar - şair 
üstünlüklərini, çox güclü cəhətlərini qeyd etmək istərdim. Lirizm və 
vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa simlərdir və bu 
simlər onun şəxsi və ictimai dünyagörüşünün qüdrətliliyinə bir daha 
şəhadət verir. 
O, vətənpərvərdir, o aqildir, sözün yaxşı  mənasında nəsihət 
verən, yol göstərən sənətkardır. Vahabzadənin başqa kamil cəhətlə-
rindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər 
yaşada bilir. Keçmişə görə  əzab çəkmək, ona bu günün gözüylə 
baxmaq - Bəxtiyarın mövzu dairəsinin genişliyindən, mürəkkəb-
liyindən və zənginliyindən xəbər verir. 
Çingiz Aytmatov, 
Qırğızıstanın Xalq yazıçısı  
 
Bəxtiyarın müxtəlif millətlərdən olan oxucuları, həmkarları 
onun son dərəcə milli və beynəlmiləl şair olduğunu ayrıca qeyd və 
təsdiq etmişlər. Bu millilik və beynəlmiləlliyin vəhdəti onun bey-
nəlxalq mövzuda yazdığı  əsərlərində  və ümumiyyətlə, siyasi 
lirikasında çox parlaq ifadəsini tapmışdır. 
Məmməd Cəfər, 
akademik 
 
Mən Vahabzadənin ədəbi portretini yazmıram, məqsədim onun 
poeziyasına təhlil vermək də deyildir. Mən yalnız onu demək istə-
yirəm ki, B.Vahabzadə son dərəcə sürətlə artan, yaradıcılığının həm 
mövzu dairəsini genişləndirməyə, həm də müstəqil bədii üslubunu 
yaratmağa inadla çalışan və bunun üçün də get-gedə oxucuların da-
ha da rəğbətini qazanan görkəmli bir şairdir. Tənqidçilər, adətən, 
lirik və epik əsərlər yaradan şairin bu janrlardan hansında daha artıq 
müvəffəqiyyət qazandığını  təyin eləməyə meyl göstərirlər. 
Vahabzadə  hər iki janrda eyni dərəcədə  tələbkardır. Onun yaradı-
cılığı öz fikri-bədii istiqaməti etibarilə müasir şeirimizin baş xəttinə 


Б и б л и о гр а ф и й а
 
 
29
sadiqdir və bu yolda şairi daha böyük nailiyyətlər gözləyir. Mənim 
buna heç şübhəm yoxdur. 
Mehdi Hüseyn, 
Xalq yazıçısı 
 
Bəxtiyar Vahabzadənin ən çox cəlb edən mövzular sırasına bir 
də zaman və sürət, zaman və kosmos haqqında düşüncələrini daxil 
etmək olar. O, qitələri və planetləri birləşdirən, ömrü gələcəyə ya-
xınlaşdıran sürəti tərənnüm edir. çox vaxt yanaşı, qoşa işlətdiyi sü-
rət və zaman anlayışlarına, onlar arasındakı vəhdət və əlaqələrə şai-
rin verdiyi poetik mənalarda zamanı  ləngitmək, anında ömrünü 
uzatmaq haqqında hələ Faustunelan etdiyi poetik çağırışın davamını 
görürük. 
Yaşar Qarayev, 
AMEA-nın müxbir üzvü  
 
Bəxtiyar Vahabzadə azad fikirli qəhrəmanlarını mütəfəkkir şair 
və  şəhidlər, onların düşmənlərini isə doğma övladlarının belə üz 
döndərməyə hazır olduğu amansız, kütbeyin ehkamçılar kimi təsvir 
etməkdə haqlıdır. Onların davranışında xeyirxahlıq və şəxsi mənafe 
güdmək cəhdindən daha güclüdür. Müəllif tarixi həqiqəti təhrif et-
məyib. Çünki qədim türklərə  təmənnasızlıq, rəşadət və öz ideal-
larına sədaqət xas idi. Məhz bu keyfiyyətlər türklərə  bəşəriyyət 
tarixində şərəfli yer tutmaqda kömək etmişdir. 
Lev Qumilyov, 
rus tarixçisi,akademik 
 
...Bəxtiyar Vahabzadənin əsərlərində müasirlik hissi çox güclü-
dür. O, qələmə aldığı bütün ictimai-tarixi məsələlərə  də insanın 
maddi ehtiyacları  və  tələbləri baxımından yanaşır. Elə fikirləri və 
hissləri diqqət mərkəzinə çəkir ki, onlar bu gün İnsanı düşündürən, 
həyəcanlandıran fikir və hisslərdir. Şair bu günün insanını zaman və 
məkandan təcrid olunmuş halda təsvir etmir. O yerdə ki, bədii me-
yar imkan verir, orada Bəxtiyar insanın yerini, yurdunu, ünvanını 
göstərir. O yerdə ki, imkan vermir, orada qəhrəmanın kimliyi və 
Б я х т ий ар   Ва щ аб з а д я
 
 
30 
haradan olduğu hissiyyatından, fikirlərindən, danışıq tərzindən
əxlaqi sifətlərindən aydın bilinir. 
 
*** 
Bəxtiyar Vahabzadə  şeirimizin Füzuli, Vaqif, Sabir, Səməd 
Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə 
gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə 
döndərir, elə  dərinləşdirir və  fəlsəfi ümumiləşdirmələr səviyyəsinə 
elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və  mənəvi-
estetik ləzzət duyursan. Lakin bu, sadəcə, adi sevinc və ləzzət deyil, 
fikir və məna ilə doludur, insanı mütləq düşündürür. 
Mirzə İbrahimov, 
Xalq yazıçısı 
 
Bəxtiyar Vahabzadənin yaradıcılığında mənim xoşuma gələn 
nədir? Bu suala belə cavab verərəm: ilk növbədə vətəndaşlıq, azər-
baycanlılıq, sonra da cəsarət, dərinlik. Onun respublikamızdan kə-
narlarda çap olunan şeirlərində imzasının yanında “Azərbaycan” sö-
zünü yazmamaq da olar. Sanki onun bütün yaradıcılığında “Azər-
baycan” möhürü vurulmuşdur. “Vətəndaş”  şeiri buna yaxşı sübut-
dur. 
Süleyman Rüstəm, 
Xalq şairi 
 
Bu gün müasir Azərbaycan şeirini – bu böyük milli mədəniyyə-
timizi ləyaqətlə təmsil edən, biz oxucularına yeni-yeni, təzə-tər mis-
ralar bəxş edən vətənpərvər bir şair ürəyi həmişəki eşq ilə çırpınır. 
O oxunur, sevilir, sevir. 
Nəriman Həsənzadə, 
Xalq şairi 
 
Rus dinləyicisi üçün Azərbaycan dili, hətta kin-küdurətin ifadə 
anlarında belə, çox yumşaq səslənir. Dilin fonetikasının özülündə 
bir qılıq, istilik, həzinlik, nəğməlilik gizlənmişdir. Bəxtiyarı din-
ləyəndə, dili bilməsən də, onun şeirləri adama şirin-soy gəlir. Hətta 
sətri tərcüməni oxuyanda dilin gözəlliyi arxasında gizlənmiş  dərin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə