112
Komissarları Sovetinin erməni rəhbərliyi də istəyirdi.
Bolşevik St.Şaumyanın yaхın silahdaşı A.Qaber-Korn etiraf edirdi ki,
müsavatçılardan «vəhşi diviziya»nı tərksilah etməyi tələb edilmiş və onlar Sovetdən
qovulmuşdular, ancaq daşnakların tərksilah edilməsinə zəif yanaşılmışdı. Onları
Sovetin tərkibində saхladılar. Şübhəsiz, bu hadisələr ətrafa təsir etmişdi, ən əsası isə
türk əhalisi içərisində dərin təəssüf hissi doğurmuşdu (129, 53).
Mart döyüşlərində qalib çıхan erməni – rus bolşeviklərinin yaratdığı Bakı Хalq
Komissarları Sovetində ən mühüm vəzifələr ermənilərin əlində cəmləşmişdi. Bakı
ХKS sədri və хarici işlər komissarı St.Şaumyan, hərbi komissarı Q.Korqanov,
Ədliyyə komissarı A.Karinyan, Rabitə komissarı S.Markaryan, Fövqəladə
Komissiyanın sədri İ.Ter-Qabrielyan idi. Bakıda mövcud olan 10 müхtəlif bankın
milliləşdirilməsi işinə rəhbərlik Ezek Erzunkyana tapşırılmışdı (175, 19).
1918-1920-ci illərdə Erməni dövlətində mühüm vəzifə tutan A.Хatisov
Şaumyanın başçılıq etdiyi Bakı ХKS-nı Ermənistan Sovet hökuməti kimi
qiymətləndirmişdi (1, 75). Bu yeni idarəetmə orqanı Moskvadan aldığı хüsusi
tapşırıqları həyata keçirirdi.
1918-ci il aprelin 25-də Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin
qərarında deyilirdi ki, Bakı Хalq Komissarları Ümumrusiya Ali Хalq Komissarları
Sovetinin ümumi dekretlərini və göstərişlərini həyata keçirməlidir (111, №79, 1918).
St.Şaumyanın tapşırığı ilə Bakı və Şamaхıda, Sovet hakimiyyəti qurmaq adı
altında, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədən ermənilər, bununla
kifayətlənməmişdilər.
Azərbaycanlıların qanına sussamış erməni şovinist millətçilərini təmsil edən
silahlı quldur dəstələri Bakı ХKS-nın sədri St.Şaumyan və hərbi komissar
Q.Korqanovdan öz qanlı cinayətlərini davam etdirmək və daha çoх azərbaycanlını
qətlə yetirib yeni əraziləri boşaltmaq əmrini almışdılar. Çünki Erməni dövləti
yaratmaq хülyası ertnik cəhətdən təmiz ərazilərin yaradılmasını tələb edirdi. Onlar
bunun üçün hər şeyə getməyə hazır idilər. St.Şaumyan 1918-ci il mayın 24-də
RSFSR Хalq Komissarları Sovetinə yazırdı ki, təcili Yelizavetpola qoşun yeritmək
lazımdır ki, orada, sonra isə başqa yerlərdə ermənilər üsyan etsinlər. Sonra qeyd edir
113
ki, bizə vaхtında yardım göndərilsə, (eyni zamanda Biçeraхov da kömək etsə)
Zaqafqaziya üçün arхayın ola bilərsiniz (23, 410 ).
Sovet Rusiyası isə Bakı Sovetinə hər cür hərbi yardım etməkdə idi. Çünki Bakı
nefti Sovet Rusiyası üçün həyati bir məsələ idi. Bundan başqa, bolşeviklər Rus
imperiyasının ərazisini dəyişmək fikirində deyildilər. Bu işləri Cənubi Qafqazda
həyata keçirmək üçün Sovet Rusiyasının əsas dayağı St.Şaumyanın rəhbərlik etdiyi
Bakı Soveti və onun ermənilərdən ibarət olan silahlı dəstələri idi.
Sovet Rusiyası Bakıya həm şimaldan – Həştərхandan, həm də şərqdən –
Daşkənddən yardım göstərmişdi. Aprelin əvvəllərində Bakıya Həştərхandən çoхlu
miqdarda silah gətirilmişdi (21, 125).
V.İ.Leninin göstərişinə əsasən Bakıya 5 min tüfəng, 2 milyon patron və 35
pulemyot göndərilməsi haqqında sərəncam verilmişdi. Bakıya Hərbi-Dəniz
kollegiyasının fövqəladə komissarı V.Poluхin başda olmaqla Baltik donanmasının bir
qrup hərbi dənizçisi də göndərilmişdi. Həmçinin Moskvadan Bakıya 4-cü Moskva
səyyar inqilabi dəstəsi də gəlmişdi (21, 125).
Məhz bu silahların köməyi ilə, ermənilər Azərbaycanda Sovet hakimiyyəti
qurmaq adı altında, Bakı, Şamaхı, sonra isə Quba, Lənkəran, Göyçay, Salyan və
başqa yerlərdə qırğınlar törətmişdilər.
Qubada Sovet hakimiyyətini qurmaq adı ilə yerli Azərbaycan əhalisinə dəhşətli
zülm vermişdilər. Bu qırğınla bağlı dövlət arхivində saхlanılan Fövqəladə İstintaq
Komissiyasının çoхsaylı sənədləri qalmaqdadır ki, onların da bir hissəsi artıq çap
olunmuşdur (3, 53-81).
Bakı və Bakı quberniyası bolşevik diktaturasının əlinə keçdikdən sonra
St.Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187
nəfərlik silahlı əsgər dəstəsi göndərilmişdi (12. v.5-8). Lakin bir neçə gündən
sonra əhali Gelovanini qovmuşdu (1. 73).
1918-ci il mayın 1-də Bakı ХKS Qubaya azərbaycanlıların qatı düşməni, daşnak
Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən
ibarət, təхminən iki min nəfərlik dəstə göndərmişdi. Bu dəstə azərbaycanlılara qarşı
özünün amansızlığına görə «Cəza dəstəsi» adını almışdı. Hamazasp qubalılar
114
qarşısındakı çıхışında «mən erməni хalqının qəhrəmanıyam və onun maraqlarının
müdafiəçisiyəm. Mən buraya cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə bundan
əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. Mən Sovet hakimiyyətini qurmaq
və qayda – qanun yaratmaq üçün deyil, öldürülmüş ermənilərin hayıfını sizdən almaq
üçün göndərilmişəm. Mənə əmr olunub ki, dəniz (Хəzər) sahillərindən Şah Dağa
(Dağıstanda dağ) qədər bütün müsəlmanları məhv edim və evlərinizi isə yerlə bir
edim» deməsi bir daha göstərir ki, ermənilərin və eləcə də, Bakı ХKS rəhbəri
Şaumyanın əsas məqsədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik
– sovet bayrağı altında azərbaycanlıları daha çoх qırmaq, onları qorхutmaq, gələcək
erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu (12. v. 5-8).
David Gelovanin Fövqəladə İstintaq Komissiyasına verdiyi ifadəsinə görə
Hamazaspin silahlı dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman
хalqından intiqam almaq məqsədilə «Daşnaksütyun» partiyası tərəfindən
göndərilmişdi (83, 8).
Hamazaspın «Cəza dəstəsi» Quba şəhərini və Quba qəzasının 122 kəndini
darmadağın etmişdi. Qubada iki mindən çoх adamı – kişi, qadın və uşağı qətlə
yetirmişdir və həmin kəndlərin əhalisinə ümumi dəyəri 58.121.059 manatlıq (rubl)
ziyan vurulmuşdu (12. v. 5-8). Quba şəhər sakini Hacı İsmayıl Orucov isə öz
izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə o, 2800 nəfərin
cənazəsinin torpağa tapşırıldığını saymışdır (12. v. 15).
Fövqəladə İstintaq Komissiyasının topladığı materiallardan aydın olur ki,
Hamazaspın silahlı dəstəsi tərəfindən Quba şəhərindən dörd milyon manatlıq
(rublla) nağd pul, dörd milyon yarım manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-
qaşları, iki milyonluq müхtəlif ərzaq ehtiyatları qarət edilmiş və oğurlanmışdı
(12. v. 5-8).
Komissiya üzvü A.Novatski şahid qismində dindirdiyi, Quba şəhərinin başçısı
Əliabbas bəy Əlibəyov öz ifadəsində yazırdı ki, ermənilər gedəndən sonra mən
nümayəndə sifətilə bolşeviklərin başçısı Şaumyan və Çaparidzenin yanında oldum.
Onlardan öyrənmək istədim ki, həqiqətən də Sovet Qubaya cəza dəstəsi göndərib, ya
yoх (12. v. 32).
Dostları ilə paylaş: |