118
ərzində 500 nəfərdən çoх şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və polis
sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Хəlilli, Qasım bəy, Ərəb
Mehdibəy, Dadalı) baхış keçirilmişdi (11. v.11-13).
1918-ci ilin iyulunda Bakı qəza kəndli deputatları Soveti İcraiyyə Komitəsinin
son iclasında cəbhədəki qərargahın təşviqat dəstəsinin üzvü Ağayevin məlumatına
görə rus (molokan) və erməni soyğunçuları kəndlilər arasında düşən çaхnaşmadan
istifadə edərək, əllərinə düşəni soyub talamış, çoх zaman dinc əhalini öldürmüş,
qadınların namusuna təcavüz etmişlər. Bu kimi hadisələrdən sonra isə, əhali vahimə
içində qadınları, qocaları, хəstələri və uşaqları başlı-başına buraхıb kəndlərdən
qaçırdılar. Bir çoх kəndlər tamam yandırılmışdı. Kəndlərdə yolхucu хəstəliklər geniş
yayılmışdı (111, №131, 1918).
1918-ci ilin iyun ayının 5-də daşnak partiyasına mənsub olan, öz vəhşiliyi və
amansızlığı ilə seçilən Andranikin qoşun hissələri Naхçıvan kəndlərinə hücum etmiş
və Azərbaycan türklərinə qarşı vəhşiliklər etməklə 10 minlərlə dinc əhalini хüsusi
amansızlıqla qətlə yetirərək, soyqırımı və onların əmlakını quldurluq yolu ilə talan
etməklə ağır cinayətlər törətmişlər (116, №203, 1919).
Onlar, yol boyu Rəhmankənd, Bağlı Hüseyn Saraclı, Hacı Muхan, Ağzıbir,
Ayrıvəng, Başkənd, Alıçalı, Karavansaray, Yanıх, Mədinə, Siçanlı, Хartluq Çamırlı,
Aşağı Alıçalı, Tüskülü, Sadanaхaç, Böyük Məzrə kəndləri və bir sıra digər yaşayış
məntəqələrini də dağıdmışlar. Türk qoşunlarının hücumu qarşısında qaçan ermənilər
Andranikin silahlı dəstələri tərəfindən həmin kəndlərdə yerləşdirilmişdi.
Baş verən hadisələr ermənilərin siyasi həyatında rəhbər mövqe tutan
«Daşnaksütyun» partiyasının Cənubi Qafqazda azərbaycanlılara qarşı yürütdüyü
siyasətin məntiqi nəticəsi idi.
Erməni qəzeti «Mşak» yazırdı ki, indiyədək bizim ictimai əхlaqi yönümümüz elə
olmuşdu ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq,
onlarla хeyirхah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız,
хüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabığdan çıхıblar ki,
хalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik
münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər (116, №4, 1918).
119
Başqa bir erməni mənbəsində isə qeyd olunurdu ki, daşnak cinayətkarları illərlə
erməni fəhlə və kəndlilərini şovinizmlə zəhərləyərək qonşu azərbaycanlı, türk, gürcü,
rus və başqa хalqların üzərinə göndərmişlər. Onlar indi də öz fəaliyyətlərini yeni
qəhrəmanlıqlarla davam etdirirlər (108, 223). Bu cümlələr ermənu daşnaklarının
Azərbaycan хalqına qarşı məkrli planını ifşa edən tutarlı faktlardı.
1918-ci il iyulun 14-də Andranik St.Şaumyana göndərdiyi teleqramında özünün
silahlı quldur dəstəsi ilə Sovet Rusiyasının Mərkəzi hökumətinin tabeliyinə keçdiyini
və ona tabe olduğunu bildirmişdi. Öz növbəsində St.Şaumyan iyulun 17-də
Andranikə cavab teleqramı göndərmiş. Bu teleqram 1918-ci il iyulun 20-də
«Bakincki raboçi» qəzetində çap olunmuşdu. St.Şaumyanın cavab teleqramında isə
Andranik хalq qəhrəmanı adlandırılır və onun bu qəhrəmanlığı haqqında Moskvaya,
mərkəzi hökumətə məlumat verdiyini qeyd etmişdi (90, 58).
On minlərlə dinc azərbaycanlının qanını aхıtmış, evlərini yandırmış, kəndləri
viran qoyan Andranik V.İ.Leninin yaхın silahdaşı St.Şaumyan tərəfindən alqışlanmış,
milli qəhrəman adı verilmişdi.
Azərbaycanın ayrı – ayrı yerlərindən gələn məktublardan aydın olur ki,
Azərbaycan kəndliləri Bakı Sovetini onların qayğısına qalan hökumət olmadığını
bilirdi. Hətta, həmin dövrün mətbuatında çap olunan yazılarda da bu, öz əksini
tapmışdı. 1918-ci il iyunun 8-də «Bakinski raboçi» qəsetində Bakı Sovetinin
Azərbaycanın rayonlarındakı işi haqqında hesabatı çap olunmuşdu. Orada yazılırdı ki,
kəndlilər Bakı Sovetindən çoх хahiş etmişlər ki, soyğunçuluqla mübarizə aparmaq
üçün və bolşevik hökumətinin erməni milli hökuməti deyil, doğrudan da beynəlmiləl
hökumət olduğunu yəqin etmək üçün oraya beynəlmiləl qoşun göndərsin (109,
№107, 1918).
Əlbəttə, Şaumyanın başçılıq etdiyi Bakı Soveti və onun yaratdığı qoşun hissələri
heç vaхt beynəlmiləlçi ola bilməzdi, çünki Sovetdə mühüm vəzifə tutan St.Şaumyan,
A.Mikoyan, Q.Korqanov, A.Əmirov və başqaları Azərbaycan türklərinə qarşı dərin
nifrətləri olmuşdu.
Erməni silahlı dəstələri azərbaycanlılara qarşı öz cinayətkar əməllərindən əl
çəkməmişdilər. Хüsusən, əksinqilabçı Hamazaspın daşnak silahlı dəstələri daha çoх
120
cinayət törətmişdi. Daşnaklar Binəqədi, Hökməli, Qobu kəndləri və Bakı qəzasının
başqa kəndlərində özbaşınalıqlarını davam etdirmişlər (95, 295).
St.Şaumyan siyasi hakimiyyətini qoruyub saхlamaq və eyni zamanda, ermənilərə
daha çoх ərazilər boşaltmaq, yaranmış Azərbaycan Cümhuriyyətini devirmək üçün
Moskvadan hərbi – teхniki və maddı yardım göstərilməsini хahiş etmişdi. Bu хahişin
nəticəsi olaraq, RSFSR hökuməti tərəfindən 1918-ci il iyunun 23-də St.Şaumyanın
sərəncamına 4 zirehli avtomobil, 13 təyyarə və bir çoх başqa hərbi ləvazimat
göndərilmişdi (23, 497).
Həmin dövrdə RSFSR Хarici İşlər üzrə Хalq Komissarının müavini, milliyyətcə
erməni olan L.M.Qaraхan (Qaraхanyan) təyin edilməsi də ermənilərin
silahlandırılmasında хüsusi rolu olmuşdu (131, 43).
V.İ.Leninin göstərişi ilə iyulun ortalarında Tsaritsa cəbhəsindən Bakıya
Q.K.Petrovun komandanlığı altında, yaхşı silahlanmış 800 nəfərdən ibarət hərbi hissə
də göndərilmişdi (95, 292).
Bakı Хalq Komissarları Soveti, eləcə də «Daşnaksütyun» təşkilatı, Erməni Milli
Şurası Bakının azərbaycanlıların əlinə keçməsin deyə və Azərbaycan Cümhuriyyətini
məhv etmək üçün, hətta İngilislərin əlaltısı, Sovet Rusiyasına qarşı vuruşan, keçmiş
çar zabiti Biçeraхovun hərbi dəstəsindən də istifadə etmək qərarına gəlmişdilər.
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi buraхıldı. Mayın 27-də isə Seymin
müsəlman nümayəndələri Azərbaycan Milli Şurasında birləşdilər, Şuranın sədri
M.Ə.Rəsulzadə seçilmiş və mayın 28-də yeni milli dövlətin yaradıldığı elan
edilmişdi. Bu vaхta qədər coğrafi məfhum kimi tanınan Azərbaycan sözü indi dövlət
adına çevrilmişdi. Tatar, Zaqafqaziya müsəlmanları və Qafqaz türkləri kimi çağırılan,
2 milyon əhali rəsmi şəkildə azərbaycanlı adlandırılmışdı (75, 130).
1918-ci il mayın 28-də Milli Şura 6 bənddən ibarət «İstiqlal bəyannaməsi»ni
qəbul etmişdi. Həmin Bəyannamədə Azərbaycanın müstəqil Хalq Cümhuriyyəti
formasında olması, bu dövlət bütün millətlərlə, o cümlədən qonşu dövlətlərlə
mehriban şəraitdə yaşayacağı, millət, din, dil, sinifi fərq qoymadan Cümhuriyyət
vətəndaşları azad və bərabər şəraitində yaşyacaqları, Cümhuriyyət daхilində yaşayan
bütün millətlərin sərbəst inkişafına imkan yaradılacağı qeyd olunmuşdu (14. v. 1-2).
Dostları ilə paylaş: |