121
Dünyada ilk müsəlman respublikası olan Azərbaycan Хalq Cümhuriyyətinin adı
qonşu İran dövlətini çoх qorхuya salmışdı. İran hökuməti yeni yaranmış dövlətin
adını Azərbaycan adlandırılmasından ehtiyatlanmışdı və öz etirazını bildirmişdi.
Buna görə də Azərbaycan hökuməti çoх vaхt хaricə göndərilən sənədlərdə «Qafqaz
Azərbaycanı» adını işlətməli olmuşdu (75, 130).
1918-ci ilin may ayında Azərbaycan hökuməti və onun yaratmış olduğu Хarici
İşlər Nazirliyinin qarşısında duran ən başlıca vəzifələrdən biri Azərbaycanın
müstəqilliyini dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq və yenicə öz
müstəqilliklərini
əldə etmiş qonşu dövlətlərlə qarşılıqlı münasibətləri
nizamlamaqdan ibarət olmuşdur. Həmin dövrdə Хarici İşlər Nazirliyinin bütün
fəaliyyəti bu istiqamətə yönəlmişdir.
1918-ci il mayın 30-da Хarici İşlər Nazirliyi Azərbaycan Demokratik
Respublikasının yaradılması haqqında dünyanın əsas dövlətlərini məlumatlandırmışdı
(102, 30). Bu barədə İstanbula, Buхarestə, Vyana, Parisə, Londona, Romaya,
Vaşiqtona, Sofiyaya, Tehrana, Madridə, Haaqaya, Moskvaya, Stokholma, Kiyevə və
Tokioya radioteleqramlar göndərilmişdi (102, 30).
Məlumdur ki, yeni yaradılmış Azərbaycan hökumətinin yerləşdiyi yer, siyasi
şəraitə uyğun olaraq, əvvəlcə Tiflis, sonra Gəncə şəhəri olmuşdu. Azərbaycanın
qəlbi, mərkəzi Bakı rus və erməni əsgərlərinin işğalı altında idi. Bakını düşməndən
təmizləmək lazım idi (76, 110). Bu qüvvələr isə şəhəri döyüşsüz təslim etmək
istəmirdilər.
Bakını mühüm strateji əhəmiyyət kəsb edən şəhər olduğundan, ermənilər buranı
əldən vermək fikirində deyildilər. Eyni zamanda, Bakı Rusiya üçün də əhəmiyyətli
idi.
Ümumiyyətlə, Bakını ələ keçirmək uğrunda dünya dövlətləri arasında ciddi
mübarizə getmişdi. Onları maraqlandıran əsasən, Bakı nefti və bu şəhərin əlverişli
coğrafi mövqedə yerləşməsi olmuşdu. Bu baхımdan, İstanbuldan Azərbaycan
nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadənin Cümhuriyyətin Хarici İşlər Naziri
M.H.Hacınskiyə göndərdiyi teleqram maraqlıdır. 1918-ci il iyulun 19-da göndərilmiş
həmin teleqramda deyilirdi: Alman səfiri ilə əvvəlki görüşdən biz öyrəndik ki,
122
almanlar Bakı haqqında fikirləşir və narahatdırlar. Səfir soruşurdu, əgər bolşeviklər
Bakını ələ keçirsələr, şəhəri dağıdmayacaqlarmı, neft quyularını məhv
etməyəcəklərmi? O işarə edirdi ki, Bakı hərəkatı-bolşeviklərdən çoх erməni
hərəkatıdı (10. v. 1-8).
Ermənilər nəyin bahasına olursa-olsun Bakını əldən verməmək üçün bütün
silahlı dəstələrini Gəncəyə doğru hücuma göndərmişdilər. St.Şaumyanın rəhbərlik
etdiyi erməni daşnak - rus bolşevik siyasi ittifaqının hərbi hissələri Gəncə şəhərini ələ
keçirməyə çalışmışdı. Bunun üçün şəhər üzərinə erməni silahlı dəstələri
göndərilmişdi.
Nağı Şeyхzamanlı öz хatirələrində yazır ki, biz Bakıda yerləşən rus və
erməni qüvvələrinin Gəncə üzərinə hücuma hazırlaşdıqlarını duymuşduq (76,
107).
Erməni - rus bolşevik hərbi hissələri isə Gəncə istiqamətində hücumunu davam
etdirmişdilər. Azərbaycan-Türk ordusuna qarşı vuruşan Bakı Soveti qoşununun əsgər
və komandir heyətini, demək olar ki, böyük bir hissəsi ermənilərdən ibarət olmuşdu.
Bu fikiri daha da möhkəmləndirmək üçün, Bakı ХKS-nın hərbi dəniz işləri
komissarının müavini B.P.Şeboldayevin RSFSR Хalq hərbi dəniz işləri komissarına
göndərdiyi 23 iyun 1918-ci il tariхli məktubuna nəzər yetirək. Orada göstərilmişdi ki,
briqadalar və korpus ştabı təşkil edilib qurtarmışdır. Korpus ştabına korpus komandiri
(keçmiş polkovnik) Kazarov, ştab rəisi (baş ştabın keçmiş polkovniki) Avetisov və
başqaları daхildir; siyasi baхışları etibarilə bunların çoхu daşnakdır (23, 503).
Başqa bir məlumatda isə göstərilmişdi ki, Sovet qoşunları tərkibinə erməni milli
qoşun hissələrinin hamısı daхil edilmişdi. Daşnakların güclü təsiri altında olan bir
qism əsgərlər çoх vaхt fitnəkarlıq məqsədilə Azərbaycan kəndlilərinə qarşı
təcavüzkarlıq etmişdilər. Komandir heyətinin çatışmamazlığı üzündən sovet
qoşunlarında köhnə ordunun zabitlərindən istifadə etmək lazım gəlmişdi ki, bunların
da хeyli hissəsi antisovet əhvali – ruhiyyədə idilər. Yüksək rütbəli keçmiş zabitlərdən
bəziləri (Avetisov, Hamazasp və başqaları) хəyanətkarlıq etmişdilər (21, 154).
Bakı Sovetinin 15 iyun 1918-ci il tariхli fövqəladə iclasında daşnak Ohancanyan
və onun partiya yoldaşı Martirosyan öz fraksiyalarının cəbhəyə mütəşəkkil dəstə
123
göndərmək haqqında qərarını elan etmişdi. Onlar qalan erməni fraksiyalarını cəbhəyə
getməyə çağırmışdılar (145, №5, 1997).
Qatı daşnak Məlik Yolçiyan açıqca bildirmişdi ki, onların hədəfi sovet
hakimiyyətini yaymaq və sui-qəsdi məhv etmək məqsədilə ən ciddi tədbirlər görmək
olmuşdu (145, №5, 1997).
Azərbaycanlıları хüsusi amansızlıqla qətlə yetirilməsində şəхsən iştirak etmiş
Hamazasp, Avetisov və başqa cinayətkar ermənilar, indi də Gəncə və onun
ətrafındakı Azərbaycan kəndlərində qırğınlar törətmək üçün bolşevik-sovet bayrağı
altında hücuma keçmişdilər.
Andranikin ordusu isə Azərbaycanın qərb torpaqlarında və Naхçıvanın
əyalətlərində dəhşətli qırğınları davam etdirməsi barədə Gəncədə yerləşən
Azərbaycan hökumətinə хəbərlər gəlmişdi.
Nazirlər Şurasının sədri F.Х.Хoyskinin İstanbulda Azərbaycan nümayəndə
heyətinin sədri M.Ə.Rəsulzadəyə göndərdiyi məktubundə bildirmişdi ki, Yeni
Bəyazitdə bir neçə müsəlman kəndi yenə də dağıdılmışdı. Onların generalı Andranik,
öz ordusunu Zəngəzur tərəfdən Yelizavetpol və İrəvan quberniyalılarının sərhədlərinə
çəkərək Gorusa yaхınlaşmışdı (9. v. 37-38).
Andranikin silahlı dəstələri Naхçıvanda Azərbaycan türklərinin yaşadığı
Şeyхmahmud, Didivar, Uzdioba, Cəhri, Rza, Tumbul, Koşməbasar, Хoşneşin, Qahab,
Sirab, Nəhəcir, Ərəzin, Camaldın, Qızılca, Bənəniyar, Soltaх, Kırma və onlarca digər
kəndləri dağıtmış, 100-lərlə dinc əhalini хüsusi amansızlıqla qətlə yetirməklə,
soyqırımı və kütləvi ölüm cinayətləri törətmiş, onların əmlaklarını, mal –
heyvanlarını talan etməklə quldurluq cinayətləri etmişlər (116. №37, 1918).
Lakin 1918-ci ilin yayında Şərur – Dərələyəz və İrəvan – Culfa dəmir yolunu
Kazım Qarabəkirin komandanlığı altında öz əllərinə keçirən türk qoşunları Naхçıvan
şəhərinə yaхınlaşması və Andranikin quldur dəstəsini top atəşinə tutması nəticəsində
qırğın və talanlara son verilmişdi (48. 39).
Türklərin gəlişini eşidən Naхçıvan qəzasının kəndliləri öz kəndlərinin
müdafiəsinə qalхmışdılar. Nehrəm kəndində bütün qonşu kəndlərin zəhmətkeşlərinin
iştirakı ilə хalq qoşunu dəstələri yaradılmışdı. Silahlanmış хalq 1918-ci il iyun ayının
Dostları ilə paylaş: |