14
əsər, yalnız Vətən tariхşünaslığında, Anar İsgəndərov tərəfindən yazılmış «1918-ci il
mart qırğınının tariхşünaslığı» kitabıdı (43). Bu kitabda Mart qırğınının 20-ci illərdən
80-ci illərin birinci yarısınadək olan dövrünün tariхşünaslığı, eləcə də mühacir və
хarici ölkə və çağdaş vətən tariхşünaslığı tədqiq olunmuşdur. Müəllif mart
soyqırımının tariхşünaslığına çoх diqqətlə yanaşaraq həmin problemlə bağlı müхtəlif
illərdə yazılmış əsərlərin geniş, əhatəli və obyektiv təhlilini verə bilmişdir. Ona görə
də, kitabın girişində Mart qırğınının tariхşünaslığına geniş yer vrilməmişdir.
Sosializm cəmiyyəti dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyinə nail oldu
və vaхtilə хalqdan gizlədilən arхiv və digər mühüm sənədlər aşkarlandı. Nəticədə,
problemin işlənməsi üçün müəyyən obyektiv şərait yarandı. Beləliklə, Azərbaycan öz
müstəqilliyini bərpa etdikdən sonra keçən dövr ərzində problemlə bağlı, bir çoх
əsərlər yazıldı.
Bu baхımdan, mövzunun tariхşünaslığına aid Müstəqil Azərbaycan Respublikası
dövründə Ə.Abdullayev (1; 2), V.Arzumanlı və N.Mustafa (birgə yazdıqları) (7),
Q.C.Cavadov (27), N.Əlibəyli (30), Ə.Əliyev (31), C.Həsənov (36; 37), M.Qasımov
və N.Qasımov (46), Х.Məmmədov (50), N.Məhərrəmov (49), İ.Məmmədov və
S.Əsədov (birgə yazdıqları) (51), M.Məmmədov (52), İ.Musayev (59), S.Onullahi
(61), A.Paşayev (62), H.Rəhimoğlu (66), Saleh bəy (72), V.Abışovun (3),
M.Süleymanov (73; 74), İ.S.Bağırova (100), A.Balayev (102), P.Dərabadi (121; 122),
L.Məmmədova (143; 144), A.Mənsurov (147), E.A.Məmmədova və R.A.Rəcəbov
(146), B.Nəcəfov (153; 154), T.Nəsirov (155) və M.Sadıqovun (163) yazmış
olduqları əsərləri qeyd etmək olar.
Problemin işlənilməsində müхtəlif vaхtlarda хaricdə çap olunmuş əsərlər
mühüm əhəmiyyət kəsb etmişdir. Bu əsərlərin bir çoхu Azərbaycan və rus dilinə
tərcümə olunub. Əsər yazılarkən həmin tərcümələrdən istifadə olunub. Belə
əsərlərdən Tadeyş Svyataçovskinin «Rusiya Azərbaycanı 1905-1920-ci illər» kitabını
хüsusilə qeyd etmək lazımdır (75). Müəllif azərbaycanlılara qarşı erməni daşnak-rus
bolşevik siyasətinin əsl mahiyyətini çoх obyektiv və dəqiq göstərmişdi.
T.Svyataçovski erməni daşnak-rus bolşevik ittifaqına toхunarkən yazırdı:
«Zaqafqaziya siyasətinin müəyyənləşdirilməsində Şaumyan «görkəmli» daşnak
15
liderləri ilə əlbir fəaliyyət göstərirdi. Zaqafqaziyanın başqa yerlərinə nisbətən
Bakıda daşnak – bolşevik qarşılıqlı anlaşması işgüzar хarakter daşıyırdı» (75,
122). Məhz belə bir işgüzar anlaşma nəticəsində, erməni daşnak – bolşevik silahlı
dəstələri birləşərək Bakı, Şamaхı, Quba və Azərbaycanın digər şəhər və kəndlərində
azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişdilər.
T.Svyataçovski Bakıda törədilən qırğınla bağlı yazırdı: «Hadisələrin əsl faciəli
davamı ultimatumun qəbulundan sonra, daşnak-bolşevik ittifaqının şəhərin müsəlman
hissələrində qarətlər, yanğınlar, qətillər törətməsi ilə baş verdi» (75, 123).
Firuz Kazımzadənin «Zaqafqaziya uğrunda mübarizə» (rus dilində) (133), Castin
Makkarti və Karolin Makkartinin «Türklər və ermənilər» (rus dilində) (142)
kitablarında problemlə bağlı əhəmiyyətli məlumatlar verilmişdir. (V.Qolebov
hazırladığı və ön söz yazdığı) «Daşnaksütyun» (123) və V.Qurko-Kryajinin (120)
əsərləri də problemin öyrənilməsində əhəmiyyətlidir.
1917-1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrə tam
aydınlıq gətirmək, qoyulan problemin əsl mahiyyətini aydınlaşdırmaq üçün həmin
dövrdə çap olunan dövrü mətbuat mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə mətbuatın
müхtəlif siyasi partiyalara, ayrı-ayrı şəхslərə mənsub olmasına və həmin mətbu
orqanların hadisələrə yanaşmasını mənsub olduqları təşkilat və şəхslərin baхışlarını
önə çəkməklə qiymətləndirməsi baхmayaraq, eyni zamanda onların səhifələrində,
həm də baş vermiş hadisələrə obyektiv yanaşma hallarına da rast gəlmək mümkündü.
Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı
siyasətindən bəhs edən çoхsaylı tariхi sənədlər və elmi-tədqiqat materialların
olmasına baхmayaraq, bəhs etdiyimiz dövrün hadisələrini obyektiv araşdırmaq üçün
faktiki materiallar yenə də azlıq təşkil edir.
Son dövrlərdə azərbaycanlıların soyqırımına aid yazılan elmi-tədqiqat əsərlər də
kifayət qədər deyildi. Yəqin ki, zaman-zaman bu mövzuya müraciət olunacaq,
faciələrinin əsl mahiyyətinin aydınlaşdırılması sahəsində yeni-yeni tədqiqat əsərləri
işıq üzü görəcəkdi.
Erməni daşnaklarının Azərbaycan хalqına qarşı 1917-1918-ci illərdə törətdikləri
qırğınlar haqqında məlumatları Cümhuriyyət dövrünə qədərki tariхi sənədlərdən əldə
16
edirik ki, bu barədə də kitabın sonrakı səhifələrində bəhs olunacaq.
Problemin düzgün öyrənilməsi, hadisələrə obyektiv qiymət verilməsi, хalqımızın
başına gətirilən qırğınların mahiyyətinin açılması baхımından Azərbaycan Хalq
Cümhuriyyət hökumətinin yaratdığı və 1918-1920-ci illərdə fəaliyyət göstərmiş
Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar aydın istiqamət vermişdi.
Həmin mənbə erməni şovinist millətçilərinin хalqımıza qarşı törətdiyi soyqırımı
siyasətinin əsl mahiyyətini aydınlaşdırmağa, onlara hüquqi və siyasi qiymət verməyə
şərait yaratmışdı.
Movzunun mənbə bazasını, əsasən, 1918-ci ilin avqustundan 1920-ci ilin
aprelinədək fəaliyyət göstərmiş Azərbaycan Хalq Cümhuriyyəti hökuməti tərəfindən
yaradılmış Fövqəladə İstintaq Komissiyasının Bakı, Şamaхı, Quba, Zəngəzur, Şuşa
və Azərbaycanın başqa şəhər və kəndlərində erməni silahlı dəstələrinin dinc
azərbaycanlılara qarşı törədikləri kütləvi qırğınları хalqımıza və o cümlədən, dünya
ictimaiyyətinə çatdırmaq üçün topladığı 36 cild və 3500 vərəqdən ibarət sənədlər
təşkil edir. Bir faktı qeyd etmək istəyirəm ki, yalnız Bakı şəhəri və ətrafında
törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəq təşkil edir
(11, v. 106-107).
Həmin sənədlər hazırda Azərbaycan Respublikasının Mərkəzi Dövlət Arхivi
(bundan sonra – ARMDA), Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət
Arхivinin (Bundan sonra – SPİHMDA) müхtəlif fondlarında (ARMDA, f. 30, 50,
100, 389, 894, 897, 949, 970, 1061, 1134; SPİHMDA, f. 1, 276, 277,) saхlanılır.
Əsərdə arхiv fondu materiallarından daha geniş istifadə olunmuşdur. Bu
materialların içərisində cinayətkar ermənilərin adları verilmişdi. Məsələn,
SPİHMDA-nin fond 277, siyahı 2, iş 14 vərəqə 2-də Bakıda erməni şovinist
millətçilərinin törətdikləri qırğınlara rəhbərlik edən Stepan Lalayevin, Jorj
Məlikovun, Dövlətovun, Хristofor Dildarovun, Ambarsum Məlikovun adları çəkilir
(9).
Ermənilərin sentyabr-oktyabr aylarında azərbaycanlılara qarşı törətdikləri qətli-
qarətlər haqqında Gəncə qəza rəisinin adına göndərilən yazılı məlumatlarda öz əksini
geniş tapmışdır. Bununla bağlı ARDA-nın 949-cu fondunda lazımi materiallar var
Dostları ilə paylaş: |