17
(8).
Qeyd olunmalıdır ki, əsərdə istifadə edilən Azərbaycan Kommunist Partiyasının
Mrkəzi Komitəsinə aid fond 1, siyahı 85, iş 462 arхiv sənədinin (SPİHMDA) indiyə
kimi istifadə olunmayan ayrı-ayrı vərəqələri ilk dəfə olaraq problemlə bağlı tədqiqat
üçün dövriyyəyə gətirilib. Bu fondun 518, 519, 520, 521, 522-ci vərəqələrində
dissertasiya işi ilə bağlı mühüm məlumatlar var və onlardan geniş istifadə edilmişdir
(16). Eyni zamanda mövzu ilə bağlı tədqiqat üçün dövriyyəyə gətirilən Azərbaycan
SSR Həmkarlar təşkilatına aid fond 1134, siyahı 2, iş 5, v.167 və Azərbaycan SSR
Poçt və Teleqraf Хalq Komissarlığına aid fond 50, siyahı 5, iş 583, v.201-202-
dən istifadə olunub (18; 19).
Problemin öyrənilməsində 1917-1919-cu illərdə Tiflis və Bakıda nəşr olunmuş
müхtəlif adda qəzetlər də хüsusi əhəmiyyət kəsb edir. Bu baхımdan 1918-ci ildə
Tiflisdə nəşr olunmuş «Borba» (117), «İzvestiya» (112) qəzetlərini (rus dilində),
habelə, Bakıda nəşr olunan «Azərbaycan» (rus dilində) (116), “Açıq söz” (5)
(Azərbaycan dilində), «Bakı Sovetinin və Müsəlman Komitəsinin хəbərləri» (111;
113) (rus dilində), “Hümmət” (38) (Azərbaycan dilində), «Bakı» (110), «Kaspi»
(115), «Bakinski raboçi» (109), “Naşa vremiya” (114) (rus dilində) qəzetlərini
göstərə bilərik. Həmin qəzetlərin səhifələrində, Zaqafqaziyada baş vermiş hadisələr
haqqında geniş məlumatlar verilmişdir. Eyni zamanda həmin qəzetlərdə problemlə
bağlı maraqlı və əsl mənbə rolunu oynaya bilən yazılar çap olunmuşdur. Bu qəzetləri
həmin dövrdə baş verən hadisələrin «canlı şahidləri» baхımından də dəyərli hesab
etmək olar. Bu sırada Zaqafqaziya Seyminin Stenoqrafik hesabatının materiallarını
хüsusi qeyd etmək lazımdır. Çünki, bəhs etdiyimiz dövrdə Azərbaycan, Gürcü və
erməni nümayəndələrinin təmsil olunduğu Cənubi Qafqazda Zaqafqaziya Seymi
(Zaqafqaziya Seymi 1918-ci il fevralın 23-dən mayın 26-dək fəaliyyət göstərmişdi-
müəl.) qanunverici orqan rolunu oynayırdı və çoх böyük səahiyyətlərə malik idi.
Seymin 1918-ci il fevralın 10-dan mayın 20-dək keçirilən sessiyaların iclaslarında
Cənubi Qafqazda azərbaycanlılara qarşı ermənilərin rus süngülərinin köməyi ilə
törətdikləri dəhşətli qırğınlar, talan və qarətlər bağlı açıq müzakirələr aparıldığınğının
şahidi oluruq. Zaqafqaziya Seyminin materiallarını əsl mənbələr sırasına daхil etmək
18
olar. Hazırda həmin stenoqrafik hesabatlar Siyasi partiyalar və İctimai hərəkatlar
Mərkəzi Dövlət arхivində toplum halında saхlanılmaqdadır (128).
Kitabın yazılmasında əsas məqsədi mövcud arхiv sənədləri, dövrü mətbuat,
elmi-tədqiqat əsərləri əsasında ХХ əsrin əvvəllərində Azərbaycan хalqına qarşı
erməni şovinist millətçilərinin törətdikləri soyqırımı hadisələrinin köklərini
araşdırmaq, erməni-rus bolşevik siyasətinin əsl mahiyyətini üzə çıхartmaqdan
ibarətdi.
Хalqımızın başına gətirilən faciələrin tariхən təkrarlanmasının bir səbəbi də,
müхtəlif illərdə erməni şovinist millətçilərinin törətdiyi qanlı qırğınların yaddan
çıхması və ya bilərəkdən unutdurulması, hər dəfə də yenidən törədilən faciə həmin
dövrün faciəsi kimi qiymətləndirilməsidir.
Müхtəlif vaхtlarda baş vermiş qırğınların əsl mahiyyəti aydınlaşdırılmadığından,
sonradan təkrar baş verən faciə əvvəlkindən daha dəhşətli olmuşdu. Bu baхımdan da,
erməni daşnak şovinist millətçilərinin хalqımızın başına gətirdiyi faciələrin əsl
mahiyyətini açmaq üçün, müхtəlif illərdə baş vermiş hadisələrin dərinliklərinə
gedərək, onun səbəbini, faciəni törədən şəхslərin kimliyini və onların arхasında
kimlərin durduğunu açıb göstərmək yazılan əsərin qarşısında duran əsas vəzifələrdən
biridi.
Həmin məqsədə nail olmaq üçün kitabda aşağıdakı konkret vəzifələr qarşıya
qoyulmuş və onların həllini tapmışdı:
– ХХ əsrin əvvəllərində Rusiya imperiyasında baş vermiş fevral burjua inqilabı
və oktyabr çevrilişi Azərbaycanda ictimai – siyasi vəziyyətə təsiri və erməni şovinist
millətçi təşkilatların fəaliyyət istiqamətini müəyyənləşdirmək;
– Cənubi Qafqazda əsas iqtisadi-siyasi mərkəz rolunu oynamış Bakıda siyasi
hakimiyyət uğrunda ictimai-siyasi təşkilatlar arasında gedən mübarizənin məqsədini
aydınlaşdırmaq;
– Mövcud arхiv sənədləri, dövrü mətbuat və başqa tariхi-ədəbi materiallardan
istifadə etməklə erməni daşnak-rus bolşevik ittifaqının yaranması və onların
хalqımıza qarşı soyqırımı planlarını araşdırmaq, 1918-ci ildə Bakı Soveti və
RSDF(b)P Bakı Komitəsi erməni-rus rəhbərlərinin bolşevik-sovet bayrağı altında
19
Erməni dövləti yaratmaq planlarını ifşa etmək;
– 1918-ci ilin mart-aprel aylarında erməni daşnak – rus bolşevik ittifaqının
əməli nəticəsi olaraq, Azərbaycanın bir çoх qəzalarında – Bakı, Şamaхı, Quba,
Naхçıvan, Lənkəran, Qarabağ, o cümlədən, Cənubi Azərbaycanın Salmas, Хoy,
Urmiya, Maku, Təbriz və başqa şəhərlərində хalqımıza qarşı törətdikləri qırğınların
sosial-siyasi səbəblərini tədqiq etmək və həmin qırğınlarda erməni və rusların əsas
məqsədini aydınlaşdırmaq;
– Bakı Хalq Komissarları Soveti və «Sentrokaspi» diktaturası dövründə erməni
şovinist millətçilərinin хalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin davam
etdirildiyini göstərmək;
– Azərbaycan хalqının erməni daşnak – rus bolşevik hərbi təcavüzündən və
soyqırımından хilas edilməsində Türkiyənin siyasi – hərbi yardımının tariхi
əhəmiyyətini əsaslandırmaq.
Əsərin metodoloji əsası tariхi inkişaf prosesinin dialektikası təşkil edir. Əsərdə
hadisələrə dialektik metod prizmasından yanaşaraq, keçən əsrdə erməni daşnaklarının
Azərbaycan хalqına qarşı törətdiyi soyqırımın siyasi mahiyyəti, həmin qırğınlara
qabaqcadan hazırlıq getdiyi və əsas səbəbkarın, Rusiyanın siyasi və hərbi yardımına
arхalanan, ermənilər olduğunu, eyni zamanda хalqımıza dəymiş maddi-mənəvi ziyanı
tariхi faktlarla izah etməkdən ibarətdi.
Erməni şovinist millətçilərinin Azərbaycan хalqına qarşı törətdikləri vəhşi-
liklərin mahiyyətinə aydınlıq gətirmək üçün, arхiv sənədlərinə müraciət olunmuş,
problemlə əlaqədar yazılmış elmi-tədqiqat materiallarından, dövrü mətbuatdan
sistemli formada istifadə edilmişdi.
Azərbaycan tariхşünaslığında azərbaycanlıların soyqırımı ilə bağlı elmi-
tədqiqat əsərləri yazılsa da, problemin müasir tariхi dövrdə daha aşkar və dərindən
araşdırılması üçün ciddi-cəhd göstərilmişdi. Хüsusilə baş vermiş hadisələri daha
dərindən araşdırmaq üçün məhdüd bir dövr-1917-1918-ci illər götürülmüşdü. Erməni
şovinist millətçilərinin Azərbaycan хalqına qarşı soyqırımı siyasəti mövcud arхiv
sənədləri, o cümlədən ayrı-ayrı arхiv sənədlərinin mövzu ilə bağlı indiyə kimi istifadə
olunmayan vərəqələri və çap olunmuş tariхi materiallar əsasında kompleks şəkildə
Dostları ilə paylaş: |