____________________Milli Kitabxana______________________
164
QƏSİDƏ
Bilmirəm, ya rəb, yenə qəlbimdə bu qovğa nədir,
Axiri-ömrümdə bu başımdakı sövda nədir,
Gəh çəkər deyrə, gəhi bütxanə, gah məscidə,
Bilmirəm məscid nədir, deyrü kəlisa həm nədir,
Hər nə gəzdim məscidü meyxanəvü bütxanədə,
Bilmədim kimdir müsəlman, kafərü tərsa nədir.
Aqiləm ya cahiləm ya möminəm ya kafirəm,
Bilmədim cahil nədir dünyada ya dana nədir.
Zahidü müftiyü şeyx şəhnəvü ya zöhdü fisq,
Nurü zülmət, xeyrü şər ya ziştü ya ziba nədir.
Eşq Məcnun eyləyib saldı məni səhralərə,
Bilmədim Məcnun nədir, Leyla nədir, səhra nədir.
Güldə nə hüsnü təravət, ya nədir bülbüldə şur,
Gül nədir, gülşən nədir, ya bülbüli-şeyda nədir.
Neçə müddətdir təkəlüm eylərəm mən nikü bəd,
Bilmədim bu dil nədir, ya dildəki guya nədir.
Ey məni xəlq eyləyən xaliq, özün imdad qıl,
Qalmışam valeh ki, bu dünya nədir, üqba nədir.
Gündə yüz yol kafir ollam, yüz yol iman istərəm,
Bilmədim Firon kimdir, həzrəti-Musa nədir.
Turi-Sinadə münacat eylərəm xəllaq ilə,
Gəh əsanı əjdəha etmək yədi-beyza nədir.
Gah nəfsə əql olur qalib deyir: key nəfsi-şum,
Munca gəl sərkeşlik etmə, xahişi-bica nədir.
____________________Milli Kitabxana______________________
165
Bircə insaf eylə sən də zahidi-bidin tək,
Bir belə hər gündə nahəq verdiyin fitva nədir.
Bir gecə bu fikr ilə yatdım dedim: Ya zülcəlal,
Sən mənə bildir görüm surət nədir, məna nədir.
Hatifi-qeyb ol zaman verdi cavab; - Ey bixəbər,
Bir belə bihudə fikrü-zahirü ixfa nədir.
Bilməsən kimdir bu övzayə səbəb ruzi-əzəl,
Bəsi-icadi-aləm, Adəmü Həvva nədir.
Sirri-həq damadi-peyğəmbər əmirül-möminin,
Görmüsən sən ol Əliyyi-aliyü əla nədir.
Dilsuza, qıl müxtəsər bu qisseyi-dilsuzi sən,
Əcz ilə ərz et xudayə bu qəmi-üzma nədir.
Lənət eylə sən Yəzidə həşr olunca dəmbədəm,
Zülmi-bihədd etdi zalim, bilmədi fərda nədir.
____________________Milli Kitabxana______________________
166
MİRZƏ MƏHƏMMƏD TAĞI QUMRİ
XIX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən olan
Məhəmməd Tağı İbrahim oğlu Qumri 1819-cu ildə Dərbənd şəhərində
doğulmuşdur. O, məktəb təhsili almış, ana dilindən başqa fars va ərəb dillərini
öyrənmişdir. Gənc yaşlarından ticarətlə məşğul olmuş və "mötəbər tüccarlardan
biri" (F.Köçərli) kimi tanınmışdır.
"Cavanlıq əyyamını bir müddət eyşü işrətdə keçirib, ömrünü gözəllərin xəttü
xulına və əbruyi-hilalına və naz-işvəsinə sərf edən" Qumri təxminən 30 yaşında
Kərbəla ziyarətinə gedərək, özünü "İmam Hüseynə dəxil salır və ona növhəgər
olub", yaradıclığını Kərbəla şəhidlərinin vəsfinə həsr edir. Onun "Kənzül-
məsaib" əsəri, mərsiyə və növhələri XIX əsr Azərbaycan şerinin ən gözəl
nümunələrindəndir.
Lakin şairin bədii iri XX əsrdə uzun müddət geniş oxucu kutləsinə naməlum
qalmışdır. Bu kitabda verilən örnəklər şairin XIX əsrdə çap olunmuş "Divan
"ından və Firidun bəy Koçərlinin "Azərbaycan ədəbiyyatı" (II cild, 1981)
kitabından götürülmüşdür.
QƏZƏLLƏR
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.
Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.
Qivami-ünsüriyyətdən qivayi-xəmsə süst oldu,
Yəqin abai-ülvi iltifatından əyan keçdi.
Yavuqlaşdı dəmi-rehlət, təravətdən düşüb qamət,
Olub əfsürdə bərgi-tari çün sərvi-rəvan keçdi.
Ağardı muyi-sər, qaldı ziyadən çeşmi-nurani,
Məqali-söhbəti-əhli-ləbi-şəkkərfişan keçdi.
Münadi qeybdən eylər nida, ey bixəbər, yatmış,
Oyan bir xabi-qəflətdən, yatıbsan çox, zaman keçdi.
____________________Milli Kitabxana______________________
167
Cərəs fəryad edər, qom-qom vurarlar kus peydərpey,
Qətari-köç yükləndi sərasər, karivan keçdi.
Sərayi-ariyətdə hər gələn beş gün qalır mehman,
Rəfiqü aşina getdi, təmamən həmzəban keçdi.
Rəcul səyyadi müstəhzər durubdur can sorağında,
O
vaxt agah olursan kim, çıxıb əldən inan keçdi.
Dayanmaz masələf gəl ma-sə-yəti üstə fikr eylə,
Görürsən bir zaman əldən behişti-cavidan keçdi.
Gedər dünyayi-fani, axirət əmrində qıl çarə,
Keçənlər ya qəminü ya həzin, ya şadiman keçdi.
Gəlir bir gün deyər qədrin bilənlər heyf dünyadan,
Qoyub nəzmi-dürəfşan Qumriyi-şirinzəban keçdi.
* * *
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,
Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Rəvadır təşneyi-cami-məhəbbət meydən əl çəksin,
Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?!
Ol anda
fəsli-gül tər qönçənin arayiş əyyami,
Qoyarmı eşq şeyda bülbülü gülzardən keçsin?!
Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq
Və lakin müşkül işdir ləzzəti-didardən keçsin.
Olur keçmək Bədəxşan ləlinin alafü əlfindən,
Çətindir aşiqə ləli-ləbi-göftardən keçsin.
Mənim mehrabü qibləm taği-əbruyi-bütan olmuş,
Məazəllah ki, zabid qibleyi-əxyardən keçsin.
Olub Qumridən ötrü rişteyi-can gisuyi-canan,
Məgər candan keçib ol türreyi-tərrardən keçsin?!
Dostları ilə paylaş: |