____________________Milli Kitabxana______________________
204
* * *
Bir deyən yoxdur o məhcəmalə
Aşiqi-nalan gəlsin, gəlməsin?
Həsrəti çoxdur bəzmi-vüsalə,
Bu didəgiryan gəlsin, gəlməsin?
Aşiqi-zarın gülşəni-nazə
Gəlibdir, səndən istər icazə.
Buyur bir görüm, ey güli-tazə.
Nə oldu fərman, gəlsin, gəlməsin?
Aşiqin sənsiz didəgiryandır,
Lalətək bağrı qüssədən qandır.
Hər nə hökm etsən, bəndəfərmandır,
Ey şəhi-xuban, gəlsin, gəlməsin?
Aşiqin sənsiz bil şadlıq etməz,
Ölüncə səndən əl çəkib getməz,
Heç kəs öz yarın belə sinsitməz,
Ey sənə qurban, gəlsin, gəlməsin?
Bülbüli-zarın ruzi-ələstdən,
Nalə çəkməkdən düşdü nəfəsdən,
Ha elə-belə künci-qəfəsdən,
Naləvü-əfğan gəlsin, gəlməsin?
Çox yubandırma, gəl səni tan,
Xaki-dərində Naşiyi-zari,
Di qurtar, kafir, bu biqərari,
Öldü müsəlman gəlsin, gəlməsin?
GƏRAYLILAR
Bu bivəfa, bu bivəfa
Dünyayə bax, dünyayə bax.
Saldı məni Məcnun kimi
Səhrayə bax, səhrayə, bax.
____________________Milli Kitabxana______________________
205
Düş Mebdinin sorağinə,
Gəl yengicə qabağinə,
Təvilələr bucağinə
Qovğayə bax, qovğayə bax.
Gəl bir neçə həmrazı gör,
Dümbəkçi edən nazı gör,
Aşıq əlində sazı gör,
Zurnayə bax, zurnayə bax.
Övrətləri sədrnişin,
Kişilər tərk edib işin,
Gör necə ağardır dişin,
Mollayə bax, mollayə bax.
Məclisə düzülüb yeyin,
Hamı deyir: "Yeyin, yeyin."
Yarı saman, yarı peyin,
Şorbayə bax, şorbayə bax.
Bu sorbayə etmə nəzər,
Əlhəzər, qardaş, əlhəzər.
İçində bir ördək üzər
Dəryayə bax, dəryayə bax.
Bu məclisə əzm eylədim,
Şorba yedim, həzm eylədim,
Otdum bunu nəzm eylədim,
Sövdayə bax, sövdayə bax.
* * *
Səni bir şahi-gülrüxan,
Mən özümü zəlil gördüm.
Səni bir növrəstə cavan,
Mən özümü zəlil gördüm.
____________________Milli Kitabxana______________________
206
Yar yanında əyləşəndən,
Aldım yüz min busə səndən,
Üzün döndərmədin məndən,
Mən səni çox həmil gördüm.
Hümmətini gördüm ali,
Dərdimdən eylədim hali,
Ləblərindən qəndü bali,
Sel, su kimi səbil gördüm.
Mən istərəm səni yeyim,
Dilin, dodağın çeynəyim,
Aclıqdır, axır neyləyim,
Bu ili yaman il gördüm.
Əriyibdir cismi, cani.
Qalmayıb tabü təvani,
Şükuhiyi-binəvani
Bu qapıya dəxil gördüm.
____________________Milli Kitabxana______________________
207
MOLLA AĞA BİXUD
Molla Ağa Hacı Tağı oğlu Bixud 1830-cu ildə Şamaxıda doğulmuş, təhsilini
orada almışdır. "Beytüs-səfa" ədəbi məclisinin nüfuzlu üzvlərindən olmuşdur.
Seyid Əzim Şamaxıda olmadıqda məclisin yığıncaqları Bixudun rəhbərliyi ilə
keçərmiş.
Bixud 1892-ci ildə Şamaxıda vəfat etmişdir.
Əsərlərini Azərbaycan və fars dillərində yazan Bixudun divanı hələlik əldə
edilməmişdir, Burada verilən nümunələr "Poetik məclislər" (1987) kitabından
götürülmüşdür.
QƏZƏLLƏR
Ey dil, barı meyxanə sarı bir güzər eylə
Gör məstlərin haləti-vəcdin, nəzər eylə.
Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,
Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.
Bir gül məni cövr ilə şəhid eylədi axir,
Bülbüllərə, ey badi-səba, get xəbər eylə.
Yan atəşi-hicranə, könül, çək bu bəlanı,
Bu eşqdən axir demədimmi həzər eylə?
Təsir eləməz ol büti-səngindilə naləm,
Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.
Ahım küləyi yıxmadi bünyadını hicrin,
Ey seyli-sirişkim, sən özün bir hünər eylə.
Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,
Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.
____________________Milli Kitabxana______________________
208
* * *
Riyazətsiz, könül, bu nəfs bir tovsəndi, ram olmaz,
Buna cövlangəhi-ərsə ərz ola, seyri tamam olmaz.
Cahanı dost tutduqca edər düşmənçilik peyda,
Bu düşmən kamdan, ey nəfs, hasil hiç kam olmaz.
Cahan məmurəsində künci-izlət ixtiyar eylə,
Qənaət əhlinə, ey dil, belə rahət məqara olmaz.
Əyaqdan düşməmiş səy eylə, əldən vermə mey camın,
Cavanlıq şuri qalmaz başda, bu nəşə müdam olmaz.
Nə təşviş eyləyirsən cam, elində ruzi-məhşərdən,
Əgər piri-muğan vermişsə, o qorxma, haram olmaz.
Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm,
Bu rövşən əmrdir kim, məst olan kəsdə nizam olmaz.
Bürünmə xirqeyi-salusə, Bixud, təndən qorxub,
Bu meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz.
* * *
Çəkmə, ey dust, məni məscidi-viranə san,
Genə çəksən də məni, çək barı meyxanə sarı,
Ələ əbnayi-zəman səngi-məlamət götürüb,
Gör nə şövq ilə baxırlar məni-divanə san!
Vaizin pəndi ki, hərgiz mənə təsir etməz,
Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı.
Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun,
Min kitab oxuna, baxmaz dəxi Quranə san.
Səbhə göstərmə mənə, zahid, əmaməndən utan,
Mürği-zirək ki, görə dami, dönər danə sarı?
Dostları ilə paylaş: |