Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   2   3   4   5   6   7   8   9   ...   101

_______________ Milli Kitabxana _______________ 

 

13 



 

baxmayaraq Xosrov Fərhadın əqli, zəkası, cəsarəti qarşısında özünü itirir. Bu 

mərd insanın əzmi və fədakar məhəbbəti şahı çıxılmaz vəziyyətə salır. Fərhad 

öz sənəti, zəka və inadlı  zəhməti ilə  də qalib gəlir. Bu qalibiyyət eyni 

zamanda hünərin, saf məhəbbətin xəbislik və zorakılıq üzərindəki mənəvi 

qələbəsi kimi səslənir. Xosrov onu yalnız hiylə  və  xəyanətlə öz yolundan 

götürə bilir. 

Nizami  əməkçi insanlar içərisindən seçdiyi qəhrəmanını  şaha qarşı 

qoyaraq  əməyin, sənətin  şahlıqdan üstünlüyü kimi öz dövrunə görə çox 

cəsarətli bir fıkir irəli sürür. Təsadüfi deyildir ki, bu səhnə Nizami 

ardıcıllarının  əsərlərində bir qədər dəyişdirilmişdir. Xosrov Dəhləvi, Arif 

Ərdəbili, Nəvai və başqa  şairlər  əzəmətli  şahı sadə  zəhmət adamı ilə 

qarşılaşdırmaqdan çəkinmişlər. Fərhadı  şahzadə kimi təsvir edərək mənşəcə 

bərabər, eyni hüquqlu iki şəxsi üz-üzə gətirmişlər. 

"Xosrov və  Şirin"  əsərində  əsas qəhrəmanlardan başqa hadisələrin 

təsvirində bir sıra  şəxsiyyətlər də  iştirak edirlər. Məhin Banu, Büzürgümid, 

Hürmüz, Barbəd,  Şapur,  Şirinin rəfıqələri və başqaları. Bunların içərisində 

Məhin Banu, Hürmüz kimi ədalətli hökmdarlarla yanaşı Barbəd, Nikisa kimi 

sənətkar obrazları da diqqəti cəlb edir. Sənətin insan mənəviyyatına təsiri 

kimi bütün poema boyu müşahidə edilən xüsusiyyət bu obrazlar vasitəsilə 

özünü göstərir. Nizami Şapurun məharətli sənətindən danışır, gözəl sənətin 

mənəviyyata təsir edib, insanda nəcib duyğular oyatdığını çox təbii göstərir. 

Poemada şair Büzürgümid kimi bilici obrazı yaradaraq onun diliylə həm 

həyati nəsihətlərini, həm də dünya, yaradılış  və s. haqqındakı görüşlərini 

ifadə edir. 

"Xosrov və  Şirin" poemasının quruluşu da çox maraqlı  və orijinaldır. 

Əsər bütün orta əsr poemaları kimi minacat, nət, kitabın yazılması  səbəbi, 

Toğrul Arslan, Məhəmməd Cahan Pəhləvan və  Qızıl Arslanın tərifi, eşq 

haqqında  şairin mülahizələri kimi giriş  fəsillərlə başlanır. Bütün bunlardan 

sonra  əsərin məzmunu gəlir. Hadisələr Xosrovun atası Hürmüzün 

hakimiyyətinin təsviri ilə başlayır. Xosrovun doğulması, böyüməsi

Hürmüzün ədaləti və s. təhkiyə tərzində verilir. Sonra Şapur Şirin haqqında 

danışır. Mükalimələr, deyişmələr, Xosrovla Şirinin umuküsüsü və s. çox 

maraqlı  və  təbii  şəkildə, bir çox hallarda musiqi məclislərində, çalğıçıların 

nəğmələrində canlandırılır. Hər iki aşiqin məhəbbət yolundakı iztirabları, 

qarşılaşdıqları maneələr, meydana çıxan əngəllər və s. əsəri daha da maraqlı 

edir, oxucunun həyə 

 

  




_______________ Milli Kitabxana _______________ 

 

14 



 

canını artırır.  Şair ana xəttin aydın ifadə  və inkişafına kömək edən  əlavə 

sərgüzəştlərlə  məzmunu zənginləşdirmiş, həyatın ağır sınaqlarından keçmiş 

əsl məhəbbəti qələmə almışdır.  İnsan taleyində  həyatın, gözlənilməz 

hadisələrin və təsadüflərin böyük rolunu göstərən sənətkar insan səadətinin

xoşbəxtliyin asan deyil, ağır zəhmət, olmazın dəyanət, mübarizə bahasına 

qazanıldığını göstərmək istəmişdir. 

 

Düzəltmək istəsə bir işi fələk  



Əvvəlcə min oyun çıxarsın gərək.  

Xəznə vermiş olsa bir əkinçiyə  

Gərək o əkinçi əvvəl inciyə.  

Həyatın yolunda olmasa tikən  

Olarmı güllərin qədrini bilən? 

 

Nizami yaratdığı xarakterik obrazların səciyyəsini onların yalnız iş  və 



hərəkətlərini təsvir etməklə deyil, daxili aləmlərini açmaqla göstərir. O, insan 

mənəviyyatını bütün incəliyi ilə  şərh edərək qəhrəmanlarının dəruni 

hisslərini, düşüncə  və duyğularını, psixoloji gərginliklərini, ruhi, mənəvi 

sarsıntılarını, həyəcan və iztirablarını çox bədii, həm də inandırıcı bir tərzdə 

qələmə alır, insan təbiətini bütün məxsusi ziddiyyətləri ilə göstərməyə 

müvəffəq olur. 

Şair eyni zamanda lirik haşiyələrlə hadisələrə öz münasibətini bildirir. Bu 

məzmundan kənar haşiyələr isə qədim bir tarixlə bağlı olan mövzunu şairin 

öz zəmanəsilə bağlayır, onun zəmanə va müasirləri haqqındakı  tənqidi 

görüşlərini ifadə edir. Elə buna görə  də  şair belə ricətlərini ötəri  şəkildə 

qələmə alır. Poemada hadisələrin təsviri içərisində belə haşiyə-beytlərə 

təsadüf edirik: 

 

Çox kəndli zəhmətlə yığar yüz xirmən,  



Bircə arpa almaz bu yüz xirməndən.  

Əkmədən çox məhsul alanlar da var,  

Gör nələr törədir qoca ruzigar. 

 

Belə bədii haşiyələrdə şairin həyati nəsihətləri, təsvir edilən əhvalatlar və 



təbii hadisələrdən aldığı  qənaətləri də öz əksini tapmışdır. Bu isə  əsərin 

ictimai  əhəmiyyətini bir daha artıraraq ona müasirlik ruhu bəxş edir. Şairin 

oxucuya etdiyi həyati nəsihətlər içərisində 

  



_______________ Milli Kitabxana _______________ 

 

15 



 

həddindən artıq özunə güvənməmək, yersiz qürurdan, xudpəsəndlikdən 

qaçmaq, təvazökarlığa dəvət, qənaətlə yaşamaq və s. haqqındakı 

mülahizələrilə qarşılaşırıq. Xüsusilə övlad məsələsi, ata-oğul münasibəti, 

gəncliyin tərbiyəsi, ata qayğısı  və s. ilə  əlaqədar  şairin maraqlı görüşləri 

diqqəti cəlb edir. Şair ləyaqətli övladı valideyn üçün böyük səadət hesab edir: 

 

Övladın iqbalı əgər yar olar,  



Ata sevincindən bəxtiyar olar. 

 

- deyərək gəncliyi cəmiyyətin gələcəyi hesab edir. Şair həm də  gəncliyə 



nikbin bir ruh aşılayaraq həyatı, gözəllikləri dərindən duymağı, ömrün ən 

əziz çağını şad keçirməyi, mənalı ömür sürməyi təlqin edir: 

 

Həyat aləmidir hər şeydən üstün,  



Cavanlıq günüdür ən qiymətli gün.  

Həyatdan yaxşı şey dünyada nədir?!  

Gənclikdən gözəl şey bir əfsanədir. 

 

Nizami təmiz ad, mənəvi gözəlliklər haqqında danışanda da ilk növbədə 



gəncliyə üz tutur, yüksək  əxlaq, təmiz mənəviyyat haqqında bu gün də öz 

əhəmiyyətini itirməyən tərbiyəvi fikirlər söyləyir: 

 

Dünyanın yarısı əgər xoş gündür,  



Yarısı yaxşı ad qoymaq üçündür. 

 

Yaxud Məhin Banunun Şirinə elədiyi nəsihətləri götürək. Burada da şair 



gəncliyə müraciət edir, Məhin Banunun diliylə təmiz əxlaq haqqında danışır, 

həya, ismət dərsi verir. 

Nizami öz müasirlərini mübarizliyə, qarşıya çıxan maneələrə müqavimət 

göstərməyə çağırır, çətinliklərə mərdliklə sinə gərməyi öyrədir: 

 

Kimin ki, alnının aynası bərkdir,  



Xoş günü dünyada o görəcəkdir.  

Bənövşələr kimi utancaq olan 

 

  



Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə