Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə6/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   2   3   4   5   6   7   8   9   ...   101

_______________ Milli Kitabxana _______________ 

 

19 



 

"Məhəbbət  əfsanəsi"  əsərində  məhəbbət problemini xalqla bağlılıq, el 

yolunda fədakarlıq kimi keyfıyyətlərlə zənginləşdirmişdir. 

Müasir türk şairi Ceyhun Qansu özünün "Fərhad və  Şirin" mövzusunda 

yazdığı poemasında Fərhadı xalqına su yetirən fədakar qəhrəman kimi təsvir 

etmişdir. 

Göründüyü kimi, dahi Nizaminin mühüm bəşəri ideallar ifadə edən bu 

ölməz əsəri həmişə görkəmli söz ustalarının ilhamına qüvvət vermiş, müxtəlif 

əsrlərdə yaşamış  sənətkarlar bu mövzuya dəfələrlə müraciət edib həmin 

mövzuda yeni-yeni gözəl sənət əsərləri yaratmışlar. 

"Xosrov və Şirin" əsəri Şərq məhəbbət poemalarının yaranmasında böyük 

rol oynamışdır.  Şərq  ədəbiyyatında iki qəhrəmanın məhəbbət macərasından 

bəhs edən poemaların əksəriyyətində Nizaminin bu əsərindən, xüsusən şairin 

eşq haqqındakı mülahizələrindən geniş faydalanmışlar. 

Nizaminin bu əsəri türk epik şeirinə  də qüvvətli təsir göstərmiş, orta 

əsrlərdən başlayaraq dəfələrlə türk dilinə  tərcümə olunmuşdur. Hələ XIV 

əsrin tanınmış türk şairi  Əhmədi özünün "Cəmşid və Xurşid" adlı  əsərində 

Nizaminin bu poemasından faydalanmış, hətta oradakı  bəzi parçaları, o 

cümlədən məhəbbət haqqında yazılmış parçanı türkcəyə çevirmişdir. Bu növ 

tərcümələrə  Əhməd Rizvan, Cəlili kimi türk şairləririn "Xosrov və 

Şirin"lərində də təsadüf etmək olur. 

Nizaminin "Xosrov və Şirin" poeması XIV əsrin ortalarında yaşamış Qızıl 

Orda  şairi, xarəzmli olduğu təxmin olunan Qütb təxəllüslü  şair tərəfindən 

qədim özbək dilinə  tərcümə edilmişdir. Qütb tərcuməsinin 1383-cü ildə 

İskəndəriyyədə  Bərgə  Fəqih adlı  qıpçaq bir ziyalı  tərəfindən köçürülmüş 

yeganə  əlyazması Paris milli kitabxanasında saxlanılır. 1959-cu ildə  həmin 

əlyazması Polşa alimi Zaynçkovski tərəfindən  əsərin foto surəti ilə birlikdə 

yeni əlifba ilə iki cilddə nəşr edilmişdir. Qütb əsərin müqəddiməsində: 

 

Qazantək qaynab uş sevda pişürdüm,  



Nizami balidən həlva pişürdüm.  

Xanım atınğa uş bu parsi dilni  

Çevürdüm, tüzdüm uş nəzm üzrə qılnı. 

 

- deyərək əsəri tərcümə etdiyini bildirir. İndi artıq elm aləmi üçün maraqlı 



tədqitat obyekti olan, Qazanda və Daşkənddə dəfələrlə nəşr 


_______________ Milli Kitabxana _______________ 

 

20 



 

olunan bu əlyazması  təkcə özbək xalqının deyil, bütün türkdilli xalqların 

mədəniyyət tarixinin öyrənilməsində dəyərli bir abidədir. 

XV əsr türk şairi Şeyxinin "Xosrov və Şirin"i isə Nizami poemalarının ən 

yaxşı  tərcümələrindən biri kimi məşhurdur.  Şeyxi bəzi fəsilləri ixtisar edib

bir çox əhvalatlar əlavə etməsinə baxmayaraq, əsasən Nizami əsərinin dərin 

məzmunu və bədii gözəlliyilə türk oxucusunu tanış edən dəyərli bir tərcümə 

əsəri yaratmışdır.  Şeyxi həmin tərcuməni Sultan Murada təqdim etdiyindən 

qəhrəmanların ölüm faciəsini qəsdən tərcümə etməmişdir. Onun bu tərcüməsi 

həmin mövzuda yazılan digər türk poemalarına da böyük təsir göstərmişdir. 

Poema 1949-cu ildə görkəmli türk alimi Əli Nihat Tərlan tərəfindən 

məzmunca türk dilinə  tərcümə olunmuşdur. Bu tərcümədə Əli Nihat Tərlan 

Nizami əsərinin məzmununu türk dilində qısaca nəql edərək, poemadakı bəzi 

parçaları eynilə  nəsrə çevirmişdir.  Əsər Nizami poemasının eynilə  sətri 

tərcüməsi olmayıb məzmunun müxtəsər şəkildə türkcə əksidir. 

1955-ci ildə isə türk yazıçısı Səbri Sevsevil Nizami poemasını tam şəkildə 

lazımi şərh və izahlarla nəsrlə türk dilinə çevirmişdir. Ancaq Səbri Sevsevil 

Vəhid Dəstgirdinin nəşrindən faydalandığından öz şərhlərində onun 

dediklərini təkrar etmiş,  əsərdə  və  şairin özü haqqındakı qeydlərində  də 

Vəhid Dəstgirdidən irəli gedə bilməmişdir. Tərcümədə şərhlərin bəzi hallarda 

məzmun yerində  işlənməsi və  şairin bir çox mənalı beytləri, təbiət 

mənzərələrinin təsvirinə  həsr edilmiş giriş hissələrin ixtisar edilməsi 

hallarına, ara-sıra məna təhriflərinə rast gəlinir. 

"Xosrov və Şirin" əsəri 1947-ci ildə K.A.Lipskerov tərəfindən rus dilinə 

tərcümə edilmişdir. Poema bir sıra Avropa dillərinə də tərcümə olunmuşdur. 

Əsərin Azərbaycan dilinə  tərcüməsinə isə XIX əsrdən başlanmışdır. 

Poemanın ilk mütərcimlərindən biri Mustafa Ağa Nasirdir (1824-1873). Şair 

tərcüməyə ömrünün sonlarında başladığından  əsəri bütünlüklə  tərcümə edə 

bilməmişdir. Sonra XIX əsr  şairlərindən  İsmayıl bəy Nakam (1836-1906) 

"Xosrov və  Şirin"in Fərhadın  Şirinə  məhəbbətini təsvir edən hissəsini 

tərcümə etmişdir. Poemanın orta əsrlər, eləcə  də sonralar edilmiş bütün 

tərcümələrində bir çox sərbəstliyə, ixtisar və  əlavələrə, mütərcim 

müdaxiləsinə yol verildiyindən onların heç birini orijinalın dəqiq əksi hesab 

etmək olmaz. 

  



_______________ Milli Kitabxana _______________ 

 

21 



 

"Xosrov və  Şirin"  əsərinin indiki mənada başa düşdüyümüz tərcüməsi 

1947-ci ildə görkəmli şairimiz Rəsul Rza tərəfındən edilmişdir. Bu tərcümə 

müəyyən dəyişikliklərlə 1948-ci ildə Azərbaycan Mədəni Rabitə  Cəmiyyəti 

tərəfindən ərəb əlifbası ilə də nəşr olunmuşdur. 

Mütərcim öz tərcüməsini 1962-ci ildə elmi tənqidi mətn ilə yoxlayaraq, 

yenidən işləmiş, bədii məna cəhətdən onu təkmilləşdirərək nəşr etmişdir. 

Mütərcim heca vəzni ilə etdiyi tərcümədə orijinalın  əsas məziyyətlərini 

saxlamağa müvəffəq olmuş, Nizaminin bədii ifadələrini, aforizmlərini, dərin 

məna ifadə edən hikmətli beytlərini Azərbaycan dilində dürüst ifadə edə 

bilmişdir.  Əvvəlki çaplarda nəzərə çarpan orijinaldan uzaqlaşma halları, bir 

beyti bir neçə beytlə ifadə etmək və  məna təhrifləri  əsasən aradan 

qaldırılmışdır. Bu tərcümə orijinala nə  qədər yaxın olsa da, yenə  də  şairin 

bəzi beytlərinin dəqiq verilməməsi halları özünü göstərirdi. Bu son nəşrdə isə 

elmi redaktorun səyi nəticəsində ara-sıra görünən məna təhrifləri aradan 

qaldırılmışdır. 

Həmin nəşr mətnə verilən  şərhlərin mükəmməlliyi və  zənginliyi ilə  də 

əvvəlkindən fərqlənir. 

Çətin anlaşılan beytlər və ayrı-ayrı sözlər sıra nömrəsi ilə kitabın axırında 

izah edilmişdir. 



Həmid Araslı 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə