Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   2   3   4   5   6   7   8   9   ...   101

_______________ Milli Kitabxana _______________ 

 

10 



 

təbii nemətlərdən bacardıqca səmərəli faydalanmağa çalışan bu Azərbaycan 

gözəlini  şair həm də elmə, biliyə  rəğbət bəsləyən, ilk məhəbbətinə son 

nəfəsinə qədər sadiq olan fədakar bir sevgili kimi təsvir edir. Biz at oynadan, 

qılınc vuran, ox atan, çövkan oynayan şən və qəhrəman bir qızın qiyabi bir 

məhəbbətin ardınca getdiyini görürük. 

Yaratdığı bu ideal qadın obrazı ilə çox tez itirdiyi sevimli qadını Afaqa 

əbədi abidə ucaltdığını qeyd edən şair onu vətən qızlarına xas cəsarət, qürur, 

ismət, mənəvi yüksəklik, mərdlik kimi gözəl sifətlərlə  səciyyələndirmiş, öz 

qəhrəmanını  hər cür yaramaz, alçaq hərəkətlərdən uzaq, zəhmət və hünəri 

qiymətləndirməyi bacaran həssas bir adam, yaxşı dost, vəfalı ömür yoldaşı 

kimi əbədiləşdirmişdir. 

Qadını həmişə cəmiyyətin tam ləyaqətli bir üzvu kimi görməyi arzulayan 

böyük  şair tarixdən aldığı bu obrazı öz humanist ideyaları baxımından 

işləyib, qadınlıq haqqında yüksək fikirlərini onun vasitəsilə ifadə etmişdir. 

Şair tükənməz bir məhəbbətlə sevən  Şirini saf mənəviyyata malik, ismətli 

qadınlıq qürurunu yüksək tutan bir adam kimi oxucularına sevdirir. Şirin 

nəhayətsiz dərəcədə sevdiyi Xosrovla kəbinsiz evlənmir. Ona Xosrovun 

gizlicə saraya gəlmək təklifini yetirən Şapura acıqlanaraq: 

 

Mən gövhərəm, neçin gərək əksiləm,  



Çağrılmamış gedəm, məgər mən yeləm? 

 

- deyərək öz şərəfini alçaltmayacağını qəti bildirir. Şair xarici görkəmcə çox 



gözəl təsvir etdiyi sevimli qəhrəmanının daxili aləmini də olduqca zəngin, 

onun gözəl hüsnü ilə  səsləşəcək səviyyədə göstərir. O, sərxoş halda qəsrə 

gələn Xosrova qapı açmır, onu rədd edir, kəbinsiz evlənməyəcəyini söyləyir. 

Nəhayət, kəbin kəsildikdən sonra evlənir və sevgilisindən əli üzüldüyü zaman 

isə özünü öldürür. Şirinin öz sevgilisinin məzarı üstündə intihar etdiyini 

təsvir edərkən də  şair onun bu fədakarlığını alqışlamaqla bərabər qadınlıq 

haqqında danışmış, qadını ülvi bir varlıq kimi tərifləmişdir: 

 

Alqış bu ölümə, əhsən Şirinə,  



Öldürən Şirinə, ölən Şirinə.  

Məhəbbət yolunda ölüm budur, bax, 

  



_______________ Milli Kitabxana _______________ 

 

11 



 

Canana belədir canı tapşırmaq...  

Çox gözəl arvad var mərdlikdə bir şir,  

Çox ipək içində şirlər gizlənir. 

 

Şirin dahi Nizami tərəfindən son dərəcə  məharətlə, hərtərəfli işlənmiş, 



dünya ədəbiyyatı tarixində xüsusi yeri olan bir obrazdır. Belə yüksək, ağıllı 

və hərtərəfli müsbət təsvir edilən qadın obrazlarına Qərbi Avropada sonrakı 

əsrlərdə  Şekspirdə  təsadüf edirik. Dantenin Beatriçesi də bir çox 

xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər. 

Şirin öz sevgilisi Xosrovu ata yurdunu düşmənlərdən qorumağa vadar 

edir, onun mənasız, kefcil həyatını  dəyişdirir, elmə, fəlsəfəyə  cəlb edir. 

Beatriçe də öz sevgilisinə düzgün istiqamət verir, onu yüksəldir,  əbədi 

səadətə çatdırır. Lakin Şirin həyat qızıdır, həqiqət rəmzidir, məhəbbət 

mücəssəməsidir. Beatriçe isə ilahiyyatın, teologiyanın mücəssəməsidir. 

Dantenin "İlahi komediyası"nda olan mistika, xristian görüşləri Nizami 

poemasındakı  dərin həyat fəlsəfəsi ilə müqayisə edilə bilməz. Bu cəhətdən 

Şirin surəti Beatriçedən fərqlənir. Biz Şekspirin qadın surətlərini Şirinlə daha 

yaxşı müqayisə edə bilərik. Bu cəhətdən Cülyetta surəti daha səciyyəvidir. 

Cülyetta Qərbi Avropa ədəbiyyatının Leylisidir. Lakin bir çox cəhətdən onun 

Şirin surətinə də yaxınlığı vardır. İdeal məhəbbətin qarşısına çıxan əngəllərlə 

mübarizə bacarığı, sədaqət və  həyatilik dünya ədəbiyyatının bu füsunkar 

qadın surətlərinin müştərək cəhətləridir. Cülyetta da ilk gündən Romeoya 

məhəbbəti kəbinlə möhkəmlətməyi təklif edir. O da bütün əzablara dözür və 

nəhayət, Şirin kimi sevgilisinin cənazəsi üzərində intihar edir. 

Poemanın  əsas qəhrəmanlarından olan Xosrov da şairin ictimai-siyasi 

görüşlərini ifadə edən obrazdır. Nizami hələ ilk poemasında qoyduğu 

"pisliklərdən qayıtmağın mümkünlüyü və  zəruriliyi" kimi mühüm bəşəri 

fikrini bu əsərində daha aydın və olduqca maraqlı hadisələr fonunda 

oxuculara çatdırır. Bu baxımdan Xosrov obrazının mənəvi təkamülə doğru 

inkişafı daha səciyyəvidir. Şair həyatın mənasını ancaq əyləncələrdə axtaran, 

kef məclislərində  əylənməyə alışmış qayğısız bir şahzadəni mənəvi inkişaf 

prosesində alaraq yüksək insani keyfiyyətlər əxz etmiş müsbət obraza çevirir. 

Şair Xosrovun mənəvi təkamülə doğru inkişafını  təsvir etməklə  həm də 

dövrünün şahzadələrinə təsir etmək istəmiş, onları tərbiyələndirmək məqsədi 

izləmişdir. 




_______________ Milli Kitabxana _______________ 

 

12 



 

  

Şair söz sənətinin öyrədici təsir qüvvəsinə inanaraq naz-nemət içərisində 



böyümüş, hələ ilk gənclik illərindən atasının ədalət naminə verdiyi qanunları 

pozan, daha sonralar isə Şirinin saf məhəbbətini dəfələrlə təhqir edən, ölkə və 

xalq qeydindən uzaq, Fərhad kimi əzəmətli sənətkarın ölümünə bais olan və 

dəfələrlə düşüncəsiz hərəkətlərə yol verən Xosrovun şahlıq qürurundan, 

mənəvi boşluqdan birdən-birə deyil, tədricən yaxa qurtara bildiyini göstərir. 

O, sevgini əsl mənada dərk etməyə başlayaraq,  əsərin sonlarına doğru 

alicənab bir insan səviyyəsinə yüksəlir. Uzun müddət keçirdiyi ruhi iztirablar 

Xosrova təsir edir. Məğrur şah məhəbbətin bütün mənəvi təkmilləşdirici təsiri 

ilə yüksəlir,  Şirinin iradəsi, saf eşqin qüdrəti onu məğlub edir. O, Şirinlə 

evləndikdən sonra əxlaqi cəhətdən yüksək bir insan olaraq həyatı anlayır. 

Əsərin sonunda Xosrovun dünya, həyat, ölüm məsələləri ilə 

maraqlandığını, alim və bilicilərin məsləhətlərini dinlədiyini, artıq dövlət 

işlərində də ədalətli bir şah olduğunu görürük. Xosrov Şiruyənin göndərdiyi 

qatil tərəfindən ölümcül yaralandığı zaman da susuz can verərək həyatla 

əbədi vidalaşır, ancaq yenicə yuxuya getmiş yorğun  Şirini narahat etmək 

istəmir. Bu səhnə məğrur şahın necə dəyişdiyini daha aydın göstərir. 

Nizami Xosrov surətini belə inkişafda verməklə dövrünün şahzadələrinə 

ibrət dərsi vermiş, insanların tərbiyə vasitəsilə  əxlaqi cəhətdən yüksək 

səviyyəyə qalxa biləcəyinə inamını ifadə etmişdir. 

"Xosrov və  Şirin" poeması  əməyin tərənnümü, insan hünərinə, insan 

zəkasına inam, zəhmətə, əməkçi xalqa məhəbbət kimi misilsiz keyfiyyətlərilə 

seçilməkdədir. Bu baxımdan əsərdə çox gec görünüb tez də səhnədən çıxan 

Fərhad obrazı xususilə  səciyyəvidir. Nizaminin əməkçi insanlar içərisindən 

seçərək böyük məhəbbətlə  təsvir etdiyi bu obraz sənətkar vüqarı, insan 

hünəri, ləkəsiz mənəviyyat, saf, ülvi bir məhəbbət təcəssümü olub şair 

tərəfindən bədii yaradıcılığa gətirilən idealları aydınlaşdırır. Nizami mahir bir 

sənətkar, fədakar aşiq kimi təsvir etdiyi bu qəhrəmanını  əsərin  əsas obrazı 

olan Xosrova qarşı qoyur, əsərinin bir yerində bu iki aşiqi qarşılaşdırır. 

Xosrovla Fərhadın üz-üzə  gəldiyi bu səhnə poemanın  ən maraqlı, dramatik 

hissələrindəndir. Burada iki məvəviyyat, biri-birindən kəskin fərqli 

məhəbbətlə sevən iki aşiq üzləşir: bunlardan birisi tacidar, ikincisi isə sadə 

xalq nümayəndəsidir. Lakin bütün həşəmət və cahü-calalına 




Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə