Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə5/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   2   3   4   5   6   7   8   9   ...   101

_______________ Milli Kitabxana _______________ 

 

16 



 

Dünyada boy atmaz heç vaxt, heç zaman.  

Nərgiz gülü kitni utanmaz olan  

Başı taclı olar, hər işi asan. 

 

Nizami müasirlərini həmişə nikbinliyə, çətin anlarda da ümidi 



itirməməyə, səbrli olmağa, qarşıya çıxan ağır vəziyyətə dəyanət göstərməyə 

səsləyir.  Şair bütün bunları çox təsirli, poetik bir gözəlliklə oxucuya 

çatdırmağa çalışır. Misal olaraq yenə də Məhin Banunun Şirinə təsəlli verdiyi 

səhnəni alaq. Dahi şair Şirinə təskinlik verən bu ağıllı qadının diliylə dediyi 

öyüdləri məharətlə ümumiləşdirir: 

 

Dedi: "Bir neçə gün səbr elə, çalış,  



Heç kəs həmişəlik darda qalmamış.  

Gül kimi tez açıb görünmə aşkar,  

İti axan sular tez körpü yıxar...  

Top kimi yıxılıb qalxsan yaxşıdır,  

Hər yıxılan bir gün qalxacaq axır...  

Bu günkü sərtliyə dözəsən gərək,  

Kim bilir ki, sabah nə göstərəcək!" 

 

Nizami hamını şad görmək istəyən, humanist bir sənətkar olaraq insanlara 



xudpəsənd, xəbis olmamağı, xoşbəxtliyi digərlərilə bölüşdürməyi,  şəxsi 

şadlıqdan hamıya pay verməyi, öz səadəti ilə başqalarını da sevindirməyi 

təlqin edir: 

Təkbaşına kimsə dünyanı udmaz,  

Təkcə bir insanın şadlığı tutmaz.  

Ağıllılar bilir tək yesə bir kəs  

Təklikdə də ölər, dost-aşna görməz.  

Çay suyu olsa da sən içmə yalqız,  

Dəniztək olarsan acı, qılıqsız. 

 

Şairin qəhrəmanları da ətrafdakılarla belə davranır, öz sevinclərini yaxın 



yoldaşlarla bölüşürlər. Vəfalı dost, yaxşı yoldaş haqqında  şairin maraqlı 

mülahizələri nəzəri cəlb edir. 

 



_______________ Milli Kitabxana _______________ 

 

17 



 

Heç bir işdə olma yarsız, yoldaşsız,  

Dünyada misilsiz Allahdır yalnız.  

Dünyada çox iş var yoldaşdan aşar,  

Yaman gündə çatar dada yoldaşlar. 

 

Başqa bir yerdə: 



 

Dost qəlbi torpaqdır, ona əl vursan  

Əlin paka çıxar o saat, inan. 

 

Belə haşiyə-hissələrdə  şairin təsvir elədiyi hadisələrdən qəhrəmanların 



vəziyyəti, psixoloji anları, onların ruhi, mənəvi halları və s. son dərəcə poetik 

bir gözəllik, bədii sözün ecazları, həyatdan alınmış ibrətamiz məsəllər, təbii 

bənzətmələrlə ifadə olunur. Dahi şair  əsl sənətkar kimi öz qəhrəmanlarının 

həyatı ilə yaşayır, sevincli günlərini məhəbbət və  şadlıqla, kədərli 

dəqiqələrini isə məyusluqla təsvir edir. 

Belə anlarda şair bəzən bədbinliyə  də qapanır, həyatın amansız 

qanunlarından söz açır, dunyanın vəfasızlığını bildirir. O, təbiət təsvirlərini 

də hadisələrə uyğun  şəkildə  tərənnüm edir. Azərbaycan təbiətinin 

gözəlliklərini, xüsusilə Bərdənin çəmənliklərini, Kəpəz dağının və Göy gölün 

fusunkar mənzərəsini oxucuya sevdirir. Bu təbiət təsvirləri hadisələri 

tamamlayır.  Şair hər bir hadisədən çıxardığı  nəticəni qısa misralarla 

yekunlaşdırır. Bu misralar atalar sözləri kimi mənalı səslənir. 

Şair bir sıra Azərbaycan sözləri də işlədərək Qədir xan, Qara xan, Toğrul 

xan ifadələrini  ənənəvi Cəmşid, Nuşirəvan, Kəsra ifadələri kimi ədəbiyyata 

daxil edir. 

Qabaqcıl siyasi-ictimai əhəmiyyətli fıkirləri aydm və  bədii ifadə etmək 

bacarığı, dilinin yığcamlığı, hər fıkrin yeni və son dərəcə  bədii məcazlarla 

canlandırılması, söz ehtiyatının çoxluğu,  şairin mübaliğə, təşbeh, istiarə, 

təzad və s. bədii vasitələrdən yerli-yerində və məharətlə faydalanmaq qüdrəti 

bu poemaya dünya şeir xəzinəsində layiqli yer tutmaq haqqı verir. 

"Xosrov və  Şirin" öz dərin məzmunu və yüksək  şeiriyyəti, orijinal 

kompozisiyası, dilinin bədiiliyi, obrazlar aləminin zənginliyi ilə Yaxın Şərq 

ədəbiyyatında yaranan Nizami adı ilə bağlı yeni ədəbi məktəbin - Nizami 

ədəbi məktəbinin ilk müvəffəqiyyətli nümunəsidir. Hələ 

 

  



_______________ Milli Kitabxana _______________ 

 

18 



 

XIII əsrdə məşhur hind şairi Əmir Xosrov Dəhləvi (1253-1327) 1298-ci ildə 

Nizaminin bu əsəri mövzusunda "Şirin və Xosrov" adlı poemasını yazmışdır. 

Yaxın  Şərq  ədəbiyyatında Nizami ənənələrinin ilk davamçısı kimi 

tanıdığımız bu qüdrətli səvətkar öz poemasında Nizami əsərindəki sosial-

ictimai kəskinliyi yumşaltmağa çalışsa da, əsasən Nizami ideyaları ilə bağlı 

olmuş  və  şairin  Şərq  şeirinə  gətirdiyi ölməz  ənənələri izləmişlər. XIV əsr 

Azərbaycan  şairi Arif Ərdəbili isə ilk dəfə Nizami tərəfındən epik şeirdə 

canlandırılan Fərhadı  əsas qəhrəman götürərək özünün "Fərhadnamə" 

poemasını yazır. Arif əsasən Azərbaycan ərazisində mövcud tarixi nişanələrə 

istinad etsə də, Nizami əsərindən çox faydalanmış, dahi şairin əmək, zəhmət, 

sənət haqqındakı yüksək fıkirlərini əks etdirən bir poema yaratmışdır. XV əsr 

şairlərindən Marağalı  Əşrəf də bu mövzuya müraciət etmişdir. Nizami  

dühasından bəhrələnib şairin "Xəmsə"sinə özbək dilində layiqli cavab  yazan 

Əlişir Nəvainin "Fərhad və  Şirin"  əsəri də bu mövzuda yazılmış qiymətli 

sənət nümunəsidir. Əlişir Nəvai "Xəmsə"sinə daxil olan digər poemalarında 

olduğu kimi bu əsərində  də Nizamini hörmətlə xatırlamış, dahi şairin 

mövzularında  əsər yaratmağı bir sınaq meydanı kimi aşağıdakı beytlə 

qiymətləndirmişdir: 

 

Sanma bu meydanda asandır durmaq,  



Nizamilə pəncə-pəncəyə vurmaq 

 

"Xosrov və Şirin" mövzusunda Kövsəri, Vəhşi Kirmani, türk şairlərindən 



isə Ahi, Cəlili,  Əhməd Rizvan, Lamii kimi şairlər də maraqlı  əsərlər 

yaratmışlar. Bu mövzu xalq ədəbiyyatında geniş yayılmış, Yaxın Şərq şairləri 

Fərhad və Şirin adlarını qüdrət, məhəbbət, gözəllik, sədaqət, fədakarlıq rəmzi 

kimi işlətmişlər. Aşıqlar tərəfındən xüsusi "Fərhad" dastanı yaradılmışdır. Bu 

mövzu öz aktuallığını dövrümüzə qədər qoruyub saxlamışdır. Şairin anadan 

olmasının 800 illiyi münasibətilə Azərbaycanın xalq şairi Səməd Vurğun 

(1906-1956) özünün məşhur "Fərhad və  Şirin"  əsərini yazmışdır. Səməd 

Vurğun öz böyük sələfinin zəhmət, mərdlik kimi ideyalarını  əsas götürərək 

onları  əsrinin mühüm siyasi hadisələri ilə  sənətkarcasına  əlaqələndirmiş, 

vətənpərvərlik, el məhəbbəti, vətən uğrunda qəhrəmanlıq kimi günün zəruri 

problemləri ilə  səsləşən cəhətləri ön plana çəkmişdir. Məşhur türk şairi 

Nazim Hikmət də 1948-ci ildə qələmə aldığı 

 

  



Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə