Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə2/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   2   3   4   5   6   7   8   9   ...   101

_______________ Milli Kitabxana _______________ 

 



 

Həqiqətdə  də  Mədain xərabələri yaxınlığında Bisütun dağında həkk 

olunmuş əsrarəngiz xətlər və şəkillər vardır ki, xalq içərisində də bunlara dair 

bir çox əfsanələr yaranmışdır; Fərhad və  Şirin macərası o zaman xalq 

arasında müxtəlif  şəkillərdə söylənilərək bir sıra rəvayət və dastanların 

yaranmasına səbəb olmuşdu. Fərhad və onun yaratdığı  sənət abidələri 

haqqında Azərbaycan ərazisində, xüsusilə, daha rəngarəng rəvayətlər mövcud 

idi. Nizami də öz əsərini yazarkən belə rəvayətlərdən faydalanmışdır. 

Nizami bu mövzunu ilk dəfə yazılı  ədəbiyyata gətirən Firdovsini 

xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı  olan  bu  məşhur 

mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir: 

 

Söylərkən o həkim bu xoş dastanı,  



Çıxarıb içindən eşqi, fəğanı.  

Altmış yaşındaydı yazanda bunu,  

Saxlaya bilmirdi yayda oxunu.  

Altmışda sevginin, eşqin həycanı  

Titrədə bilməzdi yorğun qocanı. 

 

Doğrudan da, Firdovsi "Şahnamə"də bu mövzuya həsr etdiyi bəhsdə 



əsasən Xosrovun şahlıq dövründən geniş danışmış, onun cah-calalını, 

apardığı müharibələri və s. özünəməxsus şahnaməçilik üslubunda canlandırıb 

onun  Şirinlə evlənməsini təsvir etmişdir. Firdovsi öz qəhrəmanının daxili 

aləmi, onların təbii hiss, həyati meyl və duyğularını, mənəvi təkamül yolunu 

işıqlandırmağı  əsas məqsəd götürməmiş, Fərhadın adıın belə  çəkməmiş, 

Şirini isə Məryəmin qatili kimi qələmə almışdır. Nizami isə məhəbbəti əsas 

götürərək, təmiz eşqin saflaşdırıcı təsirindən danışmış, onun insan taleyində 

oynadığı mühüm rolu aydınlaşdırmış, bir sıra canlı, dərin psixoloji surətlər 

yaradaraq insanın mənəvi təkmilləşmə prosesini göstərmişdir. O, tarixi əsası 

olan rəvayətləri də yaradıcılıq məqsədinə uyğun hala salaraq şair xəyalının 

məhsulu olan əlavələrlə  zənginləşdirmiş, xalq ədəbiyyatı  və Firdovsi 

əsərindən fərqlənən orijinal sənət nümunəsi yaratmışdır. 

Qeyd edildiyi kimi, şair  əsərini  əsasən məhəbbət üzərində qurmuşdur. 

Əsərin müqəddiməsində də o, bu məsələyə xüsusi yer ayırmış, eşq haqqında 

maraqlı mülahizələr söyləmişdir: 

  



_______________ Milli Kitabxana _______________ 

 



 

Eşqdir mehrabı uca göylərin,  

Eşqsiz, ey dünya, nədir dəyərin?!  

Eşqin qulu ol ki, doğru yol budur,  

Ariflər yanında, bil, eşq uludur.  

...Eşqsiz olsaydı xilqətin canı  

Dirilik sarmazdı böyük cahanı.  

Eşqsiz bir adam bir neydir - qırıq,  

Yüz canı olsa da, ölüdür artıq. 

 

Dünya  ədəbiyyatının məhəbbət mövzusunda yazılmış  əsərləri içərisində 



müstəsna yer tutan bu dastanda şair insanlara yüksək hisslər aşılayan, onları 

qabaqcıl ideyalar uğrunda mübarizəyə  səsləyən ülvi məhəbbətdən söz 

açmışdır. Şairin tərənnüm etdiyi bu məhəbbət oxucuya ilham verir, onu daim 

irəliyə, qəhrəmanlığa, fədakarlığa sövq edir. 

Nizami bu əsərində yeri gəldikcə dövrünün aktual məsələlərinə toxunmuş

ədalətli hökmdar, dövlətin idarəsi, rəiyyətə qayğı kimi ictimai-siyasi 

əhəmiyyətli fikirlər söyləmişdir.  Şairi bütün yaradıcılığı boyu düşündürən 

ədalətli  şah arzusu bu poemada da aydın  şəkildə öz əksini tapmışdır. O, 

özünün mütərəqqi ideyalarını poemada yaratdığı Hürmüz şah, Məhin Banu 

və  nəhayət,  Şirin kimi ədalətli  şah obrazları vasitəsilə ifadə etmiş, Hürmüz 

şahın rəiyyətin rahatlığı naminə gördüyü işləri, Məhin Banunun xalqla 

ədalətli rəftarını,  Şirinin hökmdarlıq illərindəki firavan yaşayışı  və s. təsvir 

etmişdir. 

Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunları pozan doğma 

övladını amansız cəzalandırdığını göstərməklə qanun qarşısında hamının 

bərabər olması kimi dövrü üçün çox aktual, həm də qabaqcıl bir ideya irəli 

sürür. Axı orta əsrlərdə qoyulan qanunlar feodal əyanları  tərəfindən pozula 

bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanların, 

xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandırılmasını zəruri 

hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır, 

təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün 

ədalətsizliklərindən şikayətlənir: 

 

Hanı o ədalət, o insaf hanı?  



Verə öz oğluna belə cəzanı.  

İndi yüz yoxsulun tökülsə qanı,  

Durub tərəf çıxan bir adam hanı? 

  



_______________ Milli Kitabxana _______________ 

 



 

Yaxud Şirinin hökmdarlıq dövrünü götürək. Nizami öz qəhrəmanını həm 

də  ədalətli hökmdar kimi təsvir edərək yenə  də müasirlərinə örnək 

göstərmişdir. Xalqla məhəbbətlə  rəftar edən  Şirin zülmü büsbütün ölkədən 

götürür, xalq bacdan azad edilir, kəndlidən xərac alınmır. Şair belə bir ədalət 

sayəsində hər tərəfdə bolluq olduğunu, xalqın firavan yaşadığını qeyd edərək 

ölkə başçısının xalqa qayğısı haqqındakı şəxsi qənaətlərini söyləyir: 

 

Şahın niyyətləri xoş olsa əgər  



Otdan gül yerinə min gövhər bitər.  

Ölkədə rahatlıq, bolluq olurkən  

O yerin şahından verəcək nişan... 

 

Nizami  ədalət haqqındakı mütərəqqi görüşlərini  əsərinin  əsas mövzusu 



olan məhəbbətlə məharətlə əlaqələndirmişdir. Xosrovu mənən ucaldan, onun 

alicənab təbiətli bir insan olmasına kömək edən məhəbbət həm də onu 

ədalətli bir şah səviyyəsinə  qədər yüksəldir.  Əsərin sonlarına yaxın oxucu 

onu elmi məclislərdə, bilicilərin  əhatəsində, elmə, fəlsəfəyə dair 

mübahisələrdə iştirak edən görür. Nizami Şirinin diliylə Xosrova ədalət dərsi 

verən zaman da sanki dövrünün ixtiyar sahiblərinə üz tutur, onları  ədalətə, 

düzlüyə, elmə çağırır: 

 

Bəd duadan saqın, mehriban danış,  



Pusquda durmasın yolunda qarğış.  

Birdən qoca qarı, cavan ah çəkər,  

Hədəfə ox vurar erkən bir səhər...  

Şahların əlində çox ayna, baxsan,  

Qaralıb getmişdir məzlum ahından...  

Dünyada zülm etmək qoçaqlıq deyil,  

Rəiyyət bəsləmək çox yaxşıdır, bil. 

 

Qadınlığa yüksək münasibət bəsləyən şair Şirinin simasında qadınlığın ən 



gözəl sifətlərini toplayaraq Yaxın  Şərq  ədəbiyyatında ilk dəfə olaraq 

hərtərəfli işlənmiş müsbət qadın obrazı yaratmışdır.  Əsərin  əvvəlində 

Şapurun dili ilə  təqdim edilən  Şirin öz yüksək mənəviyyatı, sədaqəti, 

qoçaqlığı ilə elə ilk görüşdən oxucuların rəğbətini qazanır.  Şirin poemanın 

əsas qəhrəmanıdır. Həyati gözəllikləri sevən, 

  



Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə