Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə97/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   ...   93   94   95   96   97   98   99   100   101

_______________ Milli Kitabxana _______________ 

 

491 



 

Şadab olmaq - şən, təravətli olmaq deməkdir. 

33

 



 

 

Qur - yer adıdır. 

34

 

  Qara 



qanad 

qarğa çinədanından, 

Zər yumurta verdi tutiyə bu an. 

Qara qarğa - gecə; zər yumurta - günəş; tuti - gündüz timsalıdır. Beytin mənası: 

gecənin qaranlığı tükəndi, günəş çıxıb dünyanı işıqlandırdı. 

35

 

 



 

Sərsər - çox berk və soyuq külək. 

36

 



 

 

O ay xirmənləri gah geyir mişki... 



Mişki - qara rəngli. Bu misrada gözəllər aya, paltarları isə qara buluda 

oxşadılmışdır. 

37

 

 



 

Qələmlə mən naxış çəkən zamanda, 

Mani "Ərjəng"ini pozar bir anda. 

Mani - eramızın üçüncü əsrində yaşamış və "Ərjəng" ("Ərtəng") adlı əsər yazaraq 

onu müxtəlif  şəkillərlə  bəzəmiş  və müqəddəs kitab kimi qələmə vermişdir. O, yeni 

məzhəb yaratdığını iddia etdiyi üçün öldurülmüşdür. 

38 


 

 

Dəri dürlərini deşdiyi zaman



Belə nəql etmişdir bilici insan. 

Dəri - ərəb istilasından sonra Şərqi  İran və  Əfqanıstanda yaranmış fars dili. 

Ümumiyyətlə dəri dili fars dilinin sinonimidir. 

Beytin mənası: bilici insan, fars (dəri) dilində incə rəvayətlər söylədi. 

39

 

 



 

Rəmgilə - yer adıdır. 

40 


  Sincab 

örtüyünə bürünmüş dövran, 

Vaşaq rəngli paltar geydiyi zaman, 

Gecənin samuru yerindən endi, 

Gündüz qaqumundan qaçdı, gizləndi. 

Bu beytlərdə Nizami dan sökülüb səhər açıldığını, günəşin çıxdığını qara və  ağ 

tüklü heyvanlarla bağlı surətdə ifadə etmişdir. 

Sincab - boz rəngli ərəb dovşam (alaqaranlıq simvolu), vaşaq (vəşəq) -sarı rəngli, 

yumşaq tüklü heyvan (üfüqün saralmasına işarədir). 

Qaqum - dovşan ailəsinə mənsub ağ dərili heyvan (gündüzə işarədir). 

Beytin mənası: boz rəngə bürünmüş dövran yavaş-yavaş saraldı, nəhayət, gecənin 

alaqaranlığı gündüzün işığından qaçıb gizləndi. 

41 


 

 

Qılınc oynatmaqda o birincidir, 



Xətiblərə zəfər qılıncı verir. 

Xətib - xütbə oxuyana deyilir. 

Beytin mənası: şah qılınc oynatmaqda mahir olduğu üçün xətiblərə  zəfər qılıncı 

bağışlayır. 

42 


  Orda 

şahın Ferxar kimi qəsri var... 



Fərxar qəsri - Tibetdə olan böyük bir bütxanə  və  qəsrin adı olmuşdur. Qədim 

səyyahlar bu bütxanənin əzəməti qarşısında heyran qalmışlar. 

43 

 

 



Şirinə üz tutdu kənizlər yeyin

Benatinnəş ikən oldular Pərvin. 




_______________ Milli Kitabxana _______________ 

 

492 



 

Bənatinnəş  - Böyük ayı bürcündə bir-birindən aralı olan yeddi sabit ulduza, 

Pərvin İsə bir-birinə yaxın görünən Ülkər ulduzlarına deyilir. 

Beytin mənası: qızlar dağılmış olduqları halda birdən  Şirinə  tərəf qaçdılar və 

Pərvin kimi toplaşdılar. 

44 


  Qorxuram 

sürətdən və hərarətdən, 

Atəş su altında coşar gedərkən. 

Nizami Şirini lətafətdə suya və onun atı Şəbdizi qızğınlıqda oda bənzətmişdir. 

Beytin mənası: qorxuram qızğın at baş alıb səni (Şirini) qaçırar. 

45

 



  Göyün 

Şərası da fətyad qopartdı, 



Şəra  - parlaq ulduzdur. Yəni  Şirinin ağ  bədənini görcək  Şəra ulduzu həsəddən 

fəryad qopartdı. 

46 

  Sincab 



üzərinə qaqum düşəntək, 

Gümüş bədən batdı suya girərək. 

Sincab - gecə simvolu, qaqum - gündüz simvolu. 

Beytin mənası: gündüz gecəni qovan zaman (səhər çağı) ağ  bədənli  Şirin suya 

girdi (çimdi). 

47 


 

 

Ay deyil, civəli bİr ayna - gümüş



Civədən bir Nəxşəb ayı tökülmüş. 

Əfsanəyə görə Müqənnə adlı bir sehrkar dəmirdən Nəxşəb şəhərində ay düzəldib. 

Gecələr bu ay guya quyudan çıxıb ətrafı İşıqlandırarmış. 

48 


 

 

Nə dili, nə də ki, dilbəri gördü, 



Dil - ürək, dilbər - ürəyi ələ alan. 

49 


 

 

"Alışıb yanaydı bu mərdümgiyah" 



Deyərək qəlbindən çəkdi odlu ah. 

Mərdümgiyah  sözü "adamotu" mənası verib, müasir istilahda "jenşen" adlanan 

bitkidir. 

Beytin mənası: Xosrov fiirsəti  əldən verdiyinə görə özünü danlayır və 

bacarıqsızlığına görə özünü "adamotu" adlandırır. 

50 

  Oradan 



yollandı birbaş Ağ bağa. 

Ağ bağ - Bərdədə şah bağı. 

51

 



  Kömür 

hindistanlı bir atəşpərəst, 



O da Zərdüşt kimi oxuyur "Avəst". 

Burada kömürün qara rəngi qara mənası verən "hindu" sözü ilə ifadə edilmişdir. 

Onun od yaratması isə atəşpərəstlərə  bənzədilmişdir. Zərdüşt -atəşpərəstlərin 

peyğəmbəri, "Avesta" isə onun dini kitabı İdi. 

Beytin mənası: kömür odu sevdiyi üçun Zərdüşt kimi "Avesta" oxuyurdu. (Kömür 

yanarkən çırtıltı səslərinə işarədir). 

52 

 

 



Yemək vaxtı Xosrov möbidə dedi

"Bacubərsəm" rəsmin icra eylədi. 

 



_______________ Milli Kitabxana _______________ 

 

493 



 

"Bacubərsəm"  rəsmi - zərdüştilərin dini qaydalarından biri. Onlar yemək vaxtı 

süfrə başında sükut edib dua oxuyarlar. 

Xosrov möbidə yemək vaxtı sükutla dua oxumasını tapşırdı. 

53 


 

 

Açıb zöhrə kimi əl-qol hər biri, 



Mizana qoyurdu orda dəyəri, 

Zöhrə (Venera) səyyarəsi öz hərəkəti zamanı Tərəzi (Mizan) bürcündən keçdiyi 

üçün Nizami "Zöhrə kimi mizana qoyurdu" bədii təşbehini işlətmişdir. 

Digər tərəfdən zöhrə əsatirə görə gözəllik və məhəbbət İlahəsi hesab edildiyindən 

Şirini əhatə edən gözəllər ona oxşadılmışdır. 

54

 

 



 

Ədalət Yusiftək qaçdı divandan, 

Ona çəkdi Yəqub dağını zaman. 

Şərqdə məşhur ola Yəqub və onun sevimli oğlu Yusifə işarədİr. 



Yəqub  - dinlər tarixində peyğəmbərlərdən biridir. Yəqubun 11 oğlu olmuş  və 

bunlardan ən kiçiyi Yusifi çox sevdiyindən o, qardaşlarının həsədinə səbəb olmuşdur. 

Məşhur "Yusif və Züleyxa" dastanında Yəqub  əsas surətlərdən biri kimi təsvir 

edilmişdir. Yəqub dörd yol ayrıcında "Beytülhəzən" adlanan bir otaq qurduraraq 

oğlunu gözləmiş, ağlamaqdan gözləri kor olmuşdur. Bədii  ədəbiyyatda Yəqub oğul 

fərağı çəkən bir ata kimi tez-tez xatırlanır. 

55 

  Bir 


neçə qarınca söylədi pünhan: 

"Biri Bilqeyisdir, biri Süleyman". 

Beytdə Şirin Bilqeyisə, Xosrov isə Süleymana oxşadılmışdır. 

56 


 

 

Günəş ordusunun ilk kəşfiyyatı, 



Bürcislə Zöhrəyə nizələr atdı. 

Birinci misra günəşin şüalarını göstərir. Səmada ən parlaq səyyarələrdən biri olan 

Zöhrə (Venera) və Bürcis (Yupiter) belə bu şüaların təsiri ilə görünməz oldu. Yəni 

gecə keçdi, səhər açıldı. 

57

 

  Vurdu 



filqulağı öküzgözünə. 

Filqulağı, öküzgözü - çiçək adlandır. 

58 


 

 

Müfərrəhlə olmuş nəsimi dəmsaz, 



Ətrindən müşklər edirdi pərvaz. 

Müfərrəh - bitkilərdən alınan, şadlıq gətirən dərmandır. 

59

 



  Taxt 

önündə Şapur dayanmışdı tək, 

"Gənci-badavərd"in xəznədarıtək. 

"Gənci-badavərd" - hərfi mənası yellə  gələn xəzinədir. Burada təsnif adı kimi 

işlənmişdir. 

60

 

 



 

Xoşbəxtlik iqbalın əlini açdı, 

Müştəri Zöhrəyə gəlib yanaşdı. 

Nizami Xosrovun Şirinə yanaşmasını Müştəri (Yupiter) səyyarəsinin zöhrəyə 

(Venera) yanaşması ilə müqayisə edir. Hücum elmində Müştəri (Bürcis) oğlan, Zöhrə 

isə qız kimi təsvir edilir. 




Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə