Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə100/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   ...   93   94   95   96   97   98   99   100   101

_______________ Milli Kitabxana _______________ 

 

500 



 

Ütarid kiçik səyyarədir; o, günəşə çox yaxın olduğundan həyat  əlamətlərindən 

məhrumdur. 

108 


 

 

Səğlab banusiydim - bir gözel çiçək, 



Qalmışam şüşədə indi gülabtək. 

Səğlab - Danub çayı sahilində yaşamış slavyan tayfasıdır ki, bu tayfanın gözəlləri 

nümunə kimi göstərilmişdir. Banu - xanım deməkdir. 

109

 

  Hindularım hələ atəşpərəstdir. 



Sərxoş türklər kimi gözlərim məstdir. 

Burada qara gözlərim mənasında işlədilmiş hindularım - Şirinin hiddet və 

qəzəbini ifadə edir. 

Beytin mənası: qara gözlərim od saçır, onlar sərxoş türklər kimi məstdir (yəni 

onlardan xəta baş verə bilər).

 

110  



 

Maral gözlərimə çox həsrət çəkər, 

Tökər kirpiyimdən tiryək yox, zəhər. 

Tiryək  iki mənalı sözdür. O, həm insanı  məst edici zəhərli maddə, həm də ilan 

zəhərini məhv edən dərmandır. Bu beytdə ikinci mənada işlənmişdir. 

111

   


 

Şirinə şəkərdən dəm vurma, bir bax, 

Qəssabdan qəsəbbaf durur çox uzaq. 

Qəsəbbaf - kətan toxuyan. 

Beytin mənası:  Qəssabla qəsəbbafı müqayisə etmək  Şirinlə  Şəkəri müqayisə 

etməyə bənzər. Yəni - Şirin Şəkərdən üstündür. 

112


 

  Qazandakı hələ bişməyib, xamdır, 

Halva hazır deyil, iş natamamdır. 

Beytin mənası: sənin şüurun həle yetişməyibdir, sən helə kamil deyilsən. 

113 

 

 



Belə yumşaqlıqla sərtlik nə gərək? 

Qaquma yaraşmaz olsun kirpitək. 



Qaqum - yumşaq dərili sincabdır (dovşan fəsiləsindən). Beytin mənası: sən 

qaqum kimi yumşaq ikən, kirpi kimi iynəli olma (sancma). 

114 

 

 



Ləli uzərindən mərcanı açdı. 

Gövhərləri düzdü, mirvari saçdı. 

Yəni Şirin sözə başladı. 

115 


 

 

Qalmadı şüardan bir "şəir" də tək, 



Ərəbcə bilmirsən - bir "arpa" demək. 

Burada şüar sözü şəir (arpa) sözü ilə qarşılaşdırılır. 

Beytin mənası: verilən vədələrdən bir arpa qədər də əlamət qalmadı. 

116 


  Yüz 

Yusif 


yuxusu 

əzbərin olsa, 

Yenə də hamansan, eşşək və İsa. 

"Yusif və Züleyxa" dastanmda Yusif həbsdə ikən məhbusların yuxusunu yozur və 

hadisələr də onun dediyi kimi baş verir. Sonra Əzizi-Misr yuxu görür. Yusif onun da 

yuxusunu düz yozub ölkəni üz verəcək qəhətlik və fəla- 

 

 kətdən xilas edir. Buna görə də yuxu yozmaqda Yusif şöhrət tapır. İsa peyğəmbər isə 



həmişə  eşşək minib gəzərmiş, məlumdur ki, kimin minməyindən asılı olmayaraq 


_______________ Milli Kitabxana _______________ 

 

501 



 

eşşək yenə  də  eşşəkdir. Bu barədə, Nizami kimi, Sədi  Şirazi də demişdir:  İsanın 

eşşəyini Məkkəyə də aparsalar, yenə də hacı olmayıb, eşşəkliyində qalar. 

117


   

 

Bir deyləm idin sən, indi şah oldun, 



Baltanı sataraq bir nizə aldm. 

Deyləmilər Gilan vilayətində  hərbcu bir tayfanın adıdır. Eyni zamanda deyləm 

qul mənası verir. Yəni sən qul ikən şahlıq rütbəsinə yüksəldin. 

118 

 

 



Babil Harutusa onun camalı, 

Hindu cadugərsə o qara xalı. 

Beytin mənası: camalı mələk qədər gözəl idi, qara xalı sehrlər yaradırdı. 

119


   

 

Şirin bu səfram özü duymuşdu. 



Şəkərin altına sirkə qoymuşdu. 

Səfra - sarılıq və ödə işarədir. Məlum olduğu kimi, öd acılıq əlamətidir. Beytin 

mənası: Şirin bu acılığı özü yaradırdı, o, şirin dilinin altına sirkə tökmüşdü; yəni: Şirin 

nazlanaraq qəsdən acı danışırdı. 

120 


 

 

Yarımcan quş kimi səndələyirdi, 



Nərgizdən səmənə dürr ələyirdi. 

Nərgiz - göz; səmən - yanaq; dürr - göz yaşı deməkdir. Beytin mənası: 

həyəcandan çırpmaraq gözlərindən yanaqlarına inci danələri axıdırdı (ağlayırdı). 

121 

  Manqala 



dönmüşdu əlindəki ud, 

Könüllər yanırdı onda, sanki ud. 



Ud sözünün iki mənası var. O həm çalğı aləti, həm də ətirli maddə adıdır. Beytin 

mənası: Onun əlindəki ud (çalğı aləti) manqal xasiyyəti daşıdığından ud (ətirli maddə) 

kimi öz nəğməsilə könülləri yandırırdı. 

122 


 

 

Barbədlə çənk səsi axıb, muxtəsər, 



Tük ilə rəng kimi birləşmişdilər. 

Nizami bu beytdə musiqi sənəti ilə rəssamlıq sənətini yanaşı qoymuşdur. 

123

   


 

Sənin şəkər dolu dodaqlarından 

Qeyri, badamıma olmaz toxunan. 

Beytin mənası: mənim gözlərimdən öpməyə ancaq sənin ixtiyarm vardır. Bu 

səhifədəki beytlərdə  Şirinin bədən üzvləri müxtəlif meyvələrin adı ilə ifadə 

edilmişdir: 



Badam - göz; püstə, innab - dodaq; nar, narınç - məmə; alma - yanaq və s. 

124


 

  Pis 


gözdən gizlənən abi-həyattək 

Məndən yayınmısan, bu nəyə gərək? 



Abi-həyat - dirilik suyu; guya insanların gözündən iraq yerdə - zülmətdə imiş

ancaq Xızr bu sudan içərək, ölməzlər cərgəsinə daxil olmuşdur. 

 

  



_______________ Milli Kitabxana _______________ 

 

502 



 

125 


 

 

Sərxoş əyyar kimi göstərib ülfət, 



Səcdə etdi şaha o gözəl afət. 

Əyyar - olduqca çevik, sürətlə qaçan, bacarıqlı,  əlindən hər iş  gələn adama 

deyilir. 

126  

 

Yenə Xosrov dedi: "Bu ulduz cinni



Nəyə minmiş, söylə, bir kəs bilirmi?" 

Ulduzun cirmi - onun kütləsi deməkdir. Xosrov bilmək istəyir ki, ulduzları 

fəzada saxlayan qüvvə nədir. 

127

 

  Çoxları bu işə meylini vermiş, 



Rəsəd göstərdi ki, mahaldır bu iş. 

Rəsəd - ulduzlar aləminin tədqiqi deməkdir. Buna görə də rəsədxana müasir elmi 

dildə observatoriya adlanır. 

128 

  Qolu 


yorulsa 

da, 


zillət çəkərək 

Tutub küngürədən yapışar bərk-bərk... 



Küngürə  - qala divarlarının üstündə olan diş-diş  çıxıntı. Yıxılmamaq üçün bu 

"diş"dən tutan adamın qüvvədən düşüb onunla birlikdə yıxılacaqı göstərilir. 

129

 

  Büzürgümid 



birdən açıldı gültək, 

Qırx məna açdı, qırx nağıl deyərək. 

Büzürgümid bu beytdən sonra məşhur hind əfsanəsi, alleqorik təmsillərdən ibarət 

olan "Kəlilə və Dimnə"dən ibrətamiz hekayətlər söyləməklə şaha təsir göstərir. 

130

   


 

Fələklər zicini cədvəlbəcədvəl, 

Fikrin üstürlabı eyləmişdir həll. 

Ziç - ulduzların mövqeyini və  səyyarələrin mədarım göstərən cədvəl, ustürlab 

həmin cədvəli tərtib etmək üçün xüsusi alətdir. 

131

   


 

Xətləri müxtəlif olan nöqtədən

İlk gələn hərəkət “Əlif”di bil sən. 

Əlif - ərəb (fars) əlifbasının ilk hərfinin adıdır. Bu hərf iki nöqtəni birləşdirən düz 

şaquli xətdir. Sonrakı beytlərdə xətlərin çarpazlaşmasından cisimlərdə səth (bəsit) və 

həcmin yaranması göstərir, 

132

   


 

Dünya Zöhhak kimi qan içəndir, qan! 

Sənə öz arxandan yaratdı ilan. 

Firdovsinin "Şahnamə"  əsərində  təsvir etdiyi qaniçən Zöhhaka işarədir. Zöhhak 

çiyinlərindən çıxan ilanlara insan beyni yedirərmiş. Beytin mənası: bu qaniçən dünya 

sənin qatilin olmaq üçün öz belindən bir ilan yaratdı. 

Burada ilan - Xosrovun Məryəmdən olan oğlu qatil Şiruyəyə işarədir. 

133 


 

 

Quyuya düşsən də, olma pərişan, 



Yusifi xatırla, təmkinlə dayan! 

Beytdə  məşhur "Yusif və Züleyxa" dastanına işarə edilir. Yusifi öz qardaşları 

paxıllıqdan quyuya salıb getdikdən sonra tacirlər quyu başına gəlir və 

  



Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə