Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə98/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   ...   93   94   95   96   97   98   99   100   101

_______________ Milli Kitabxana _______________ 

 

494 



 

61

 



Müştəri olarkən nilinə möhtac,  

Nil çayında olsan, yükünü sən aç! 

Beytdə Nil - sözünün iki mənasından istifadə edilmişdir. Birinci misrada nil - isti 

ölkələrdə yetişən bitkidir ki, ondan nəqqaşlıq üçün mavi rəng hazırlayardılar. 

İkinci misradakı Nil Misirdən keçən məşhur çayın adıdır. 

62

 



 

 

Fələk yaqut rəngli camı uzatdı, 



Bir udum içirdib yeri qızartdı. 

Yaqut rəngli cam – günəş deməkdir. Beytin mənası: günəş  çıxıb aləmi al rəngə 

boyadı. 

63 


 

 

Qüstəntəniyyəyə birbaşa gəldi. 



Qüstəntəniyyə - İstanbulun köhnə adıdır. 

64  


 

Əyyuqa yüksələn canlı vizələr, 

Bayraq camlarını qızartdı yeksər. 

Əyyuq - kəhkəşanda olan bir ulduzun adıdır. Məcazi mənada nizələrin çox yüksək 

qaldırıldığı bildirilir. 

65

 

  Pilpayı qaldırıb Bəhrama çaldı... 



Pilpay  sözünun lüğəti mənası fil ayağı deməkdir. Orta əsrlərdə  pəhləvanların 

döyüşdə işlətdiyi əmud şəkilli hərbi silahdır. 

66

 

  Bu 



dünya 

minmişdir ala bir ata, 

Güman var ki, bu at çox təpik ata. 

Dünyanın ala ata minməsi gece və gündüzə işarədir. Beytin mənası: ağ və qara 

rəngli olan (ikiüzlu) bu dünyada hələ çox fəlakətlər baş verə bilər. 

67 

 

  Ay 



yüksələn zaman Balıq burcündən,  

Pərviz Şah bürcündə salmışdı məskən. 



Balıq bürcü - səmada on iki bürcdən sonuncusudur. Ay öz hərəkəti zamanı bu 

bürcdən keçir. Yuxarıdakı beytdə Nizami Xosrov Pərvizin Şah bürcundə (yəni qalada) 

məskən saldığını göstərir. 

Bu səhifədə Nizami ulduzlar aləmindən bəhs edərək günəş  və onun ətrafında 

hərəkət edən səyyarələrin bürclərdən keçməsini və bir-biri ilə qarşılıqlı  əlaqələrini 

təsvir etmişdir. 

68

 

Sövr Zöhrə ilə, Xərçəng Bürcislə,  



Səadət yayırdı Təsiis Təsdislə. 

Burada Sövr - Ökuz bürcü, Zöhrə - Venera səyyarəsi, Xərçəng bürc adı, Bürcis - 

Yupiter səyyarəsidir. Bu səyyarələrin göstərilən bürclərdən keçməsi guya yerdə səadət 

yaradarmış, Təslis - üçləşmə, Təsdis - altılaşma deməkdir. 

69

 

Gah badamdan qəndə su çiləyirdi,  



Gah fındığı innabla dişləyirdi... 

 

  




_______________ Milli Kitabxana _______________ 

 

495 



 

Burada badam - göz; qənd - yanaq; fındıq - dodaq deməkdir. Beytin mənası: Şirin 

göz yaşı ilə üzünü isladır və ara-sıra dodağını dişləyirdi. 

70 


  Yuxusuz 

gözünə səpirdi duzu, 

Nərgizdən laləyə axıdırdı su. 

Bu beytdə bədən üzvləri çiçəklərə bənzədilmişdir. Burada nərgiz — göz, lalə - üz 

deməkdir. 

Beytin mənası: yuxusuz qalaraq ağlayır və gözlərindən axan yaşla yanağını 

isladırdı. 

71

 



 

 

Qarınqulu olma gücsüz bir qurdtek



Yeməkdə belini qarışqatək çək. 

Burada qurd sözü həşərat mənasında işlənmişdir. Təşbeh üsulu ilə şair qarınqulu 

olmamağı, qarışqalar kimi beli incə saxlamağı tövsiyə edir. 

72

 



 

 

Necə oğulsan ki, hörmət edirsən 



Atam öldürən bir hinduya sən? 

Hindu  sözünün üç mənası var: I hindli, II - qara, III - quldur. Nizami həmin 

beytdə hindu sözünü üçüncü mənada işlədərək dünyanı can alan ğuldura bənzətmişdir. 

73

 

  Gülgünün 



belinə yəhər qoyuldu, 

Şapur, rikabında bir kölgə oldu. 



Rikabda getmək atlının arxasınca getmək deməkdir. Yeni Şapur Gülgünə minən 

Şirinin ardınca getdi. 

74

 

 



 

"Gənci-gav" başladı, coşdu üfüqlər, 

Yer öküzün verdi, nisar etdi zər. 

"Gənci-gav" orta əsrlərdə Azərbaycanda musiqi ilə oxunan havalardandır. Lüğəti 

mənası "öküz xəzinəsi" deməkdir. Beytin ikinci misrasında "öküz" və "zər" sözləri də 

həmin "Gəncigav"la bağlıdır. 

Beytin mənası: "Genci-gav" havasını şövqlə oxumağa başlarkən dünya cuşa gəldi. 

75

 

  "Naqusi" 



və "Övrəng" çalınan zaman, 

Zəng səsi qalxırdı övrəng taxtından. 

Bu səhifədəki beytlərdə işlənən istilahlar orta əsr musiqi havalarının adlarıdır ki, 

tərcümə edilməmişdir. Bu beytdə "Övrəng" sözü həm musiqi havası, həm də  şah 

taxtına işarədir. 

76 


  "Sazi-novruz"unu 

çalanda 


tamam... 

Bəzi nüsxələrdə "Nazi-novruz" getmişdir. 

77 

  "Kini-Səyavuş"a vuranda barmaq 



Səyavuş qanıyla dolurdu qulaq. 

"Kini-Səyavuş" bir musiqi ahənginin adıdır. "Şahnamə" surətlərindən biri olan 

Səyavuşun adı ilə bağlıdır.  İran padşahı Keykavusun oğlu Səyavuşun başı Turan 

padşahı Əfrasiyab tərəfindən kəsildiyindən Keykavus və əfsanəvi 

 

  




_______________ Milli Kitabxana _______________ 

 

496 



 

pəhləvan Rüstəmi-Zal onun qisasını almaq üçün "Kini-Səyavuş" deyə böyük 

müharibələrə girişmiş, beləliklə də, İran - Turan müharibələri bir az da qızışmışdı. 

Beytin mənası. "Kini-Səyavuş" havası çalındıqca onlar böyük həvəslə qulaq asır 

və cuşa gəlirdilər. 

78 


  "Kini-İrəc"inə açanda meydan, 

Qisasa başlardı təzədən cahan. 



"Kini-İrəc"də bir musiqi ahənginin adıdır. "Şahnamə" surətlərindən İrəcin adı ilə 

bağlıdır. Dəmirçi Gavə Zöhhakı taxtdan salıb, Cəmşid nəslindən Firidunu taxtda 

oturtdu. Firidunun üç oğlu oldu: İrəc, Tur və  Səlm. Firidundan sonra Tur Səlm ilə 

birləşib  şahlığın yaxşı hissəsinə varis olmuş qardaşları  İrəci öldürmüşdülər. Sonra 

İrəcin oğlanları atalarının qanını almaq üçün "Kini-İrəc" deyə əmiləri ilə müharibələr 

aparmışdılar. 

Beytin mənası: "Kini-İrəc" havası o qədər gözəl çalınırdı ki, eşidənlər qisas almaq 

üçün cuşa gəlirdilər. 

79

 

  Arvad 



bir 

güldana 


əkilmiş güldür, 

Bayırı gözəldir, içisə "güldür. 

Bu beytdə gül sözunün iki mənası var. Cinas yerində  işlənmiş bu söz birinci 

misrada gəfil, ikinci misrada hiylə, kələk mənası verir. Atalar sözündə gül vurmaq - 

aldatma deməkdir. 

80

 



 

 

Sol böyürdən olmuş qadın, deyirlər, 



Soldan sağı ummaq olarmı məgər? 

Dini əfsanəyə görə, Allah qırx gündə Adəmi palçıqdan yaratmış və sonra tək qalıb 

darıxdığı gördükdə onun sol qabırğasından Həvvanı vücuda gətirmişdir. 

Beytin mənası: qadın sol (eyri) böyürdən yarandığı üçün ondan düzlük gözləmə! 

Fars dilində çəp (sol), rast (sağ) sözləri eyni zamanda əyri və düz mənası verir. 

81

 



  Üz 

qoymaq 


istəsə ay üzə əgər, 

De: şah olarmı heç rüxə bərabər? 

Bu beytdə  işlədilən  şah və rux sözləri ikimənalıdır. Beytin birinçi mənası:  Şah 

Xosrov, Şirinin ay üzünə üz qoymaq istərkən onun şahlığı Şirinin camalına dəyməzdi. 

Şahmat oyununda rux top fıquruna deyilir. (Farsça lüğəti mənası isə yanaq, üz 

deməkdir). Bu nöqteyi-nəzərdən, beytin ikinci mənası belə olur: top topla yanaşı 

durduğu zaman şah mat qala bilər. 

82

 



 

 

Çənədən top qapmaq istəyən zaman 



Üzümdəki saçdan yeyəçək çövkan. 

Beytdə orta əsrlərdə at üstündə oynanılan "küy və çövkan" oyununa işarə edilir. 

Nizami  Şirinin çənəsini topa (guy), onun saçlarını isə çövkana (ucu eyri ağaca) 

bənzətmişdir. 

 

  



Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə