Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə99/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   ...   93   94   95   96   97   98   99   100   101

_______________ Milli Kitabxana _______________ 

 

497 



 

Beytin mənası: mənim çənəmə  əl vurmaq istəyən (Xosrov) saçlarımdan zərbə 

yeyər. 

83

 



  Hindlitək eylədi səcdə pəriyə, 

Sanki Ütariddi o, Müştəriyə. 

Bıırada hindlilərin buddaya və  mələk heykəllərinə  səcdə etməsi  ən kiçik olan 

Ütarid (Merkuri) səyyarəsinin ən böyük səyyarə olan Müştəriyə (Yupiterə) münasibəti 

kimi göstərilir. 

Beytin mənası: Xosrov, hindlinin buddaya pərəstiş etdiyi kimi ona baş  əydi, bu 

zaman Şirinin qarşısında özünü çox kiçik gördü. 

84

 



 

 

Həndəsə elminde xariqə saçar, 



"Məçəsti", İqlidis sirrini açar. 

İqlidis (Evklid) - qədim Yunanıstanın  ən böyük riyaziyyatçılarındandır; 

riyaziyyatın banisi hesab olunur. "Məcəsti" - Bətlimusun (Ptolomey) dünyanın 

quruluşu haqqında yazdığı əsərinin adıdır. 

85

 



  Div 

dəmirdən qorxar, çadu südabdan... 



Südab - pis iy verən bir aqac növüdür, sehrlə  məşğul olanlar onun iyindən 

xoşlanmazlar. 

86 

 

 



Pərviz, Şirin, Fərhad - bu sözlərin, bax, 

Hərəsinin vardır beş hərfi ancaq. 

Ərəb əlifbasında səsli hərflərin bəzisi düşdüyü üçün bu adların hər birisi beş hərflə 

yazılır. 

Beytin mənası: nə üçün adlarda hərflərin miqdarı eyni olduğu halda, biri bədbəxt, 

digəri xoşbəxtdir? 

87

 

 



 

O xəznə altında olmuşdu səqət... 



Səqət olmaq - xarlıqla ölmək, gəbərmək deməkdir. 

88

 



 

 

İsa kimi girər elə bir deyrə, 



Görünməz, düzülsə çıraq hər yerə. 

Deyr - monastır, kilsə deməkdir. 

89

 



 

 

Bu çöl torpağında çox qan axmışdır, 



Sanma bir Səyavuş yerdən qalxmışdır. 

Səyavuş Firdovsinin məşhur "Şahnamə" əsərinin surətlərindən olub, İran padşahı 

Keykavusun oğludur. 

Beytin mənası: bu çöl torpağına axan qanlardan canlı adamın dünyaya gələcəyinə 

ümid etmə! 

90

 



  Turuncdan 

qaçmasan 

Yusiftək əgər, 

Züleyxa narınctək səni tez kəsər. 

"Yusif və Züleyxa" dastanına işarədir. Poemada Yusifin eşqində Züleyxanı 

töhmətləndirən qadınlara cavab olsun deyə, Züleyxa onları narınca qonaq edir və 

qadınlar narıncı kəsdikləri zaman Yusif otağa daxil olur. Qadınlar Yusifin gözəlliyinə 

heyran qalıb narınc, əvəzinə barmaqlarını kəsirlər. 

 

  



_______________ Milli Kitabxana _______________ 

 

498 



 

91 


 

 

Göy Nəsri-tayiri sənə vurulmuş... 



Nəsri-tayir - səmada yanaşı iki işıqlı ulduzun biridir. 

İkincisi Nəsri-vaqe adlanır. İslamdan qabaq ərəblər bu ulduzlara sitayiş etmişlər. 

92

 

 



 

Məryəmtək o Məryəm oruc tutaraq, 

Şahın şəgərindən düşdü çox iraq. 

Necə çəng-Məryəmdən qurtarar zahı, 

Məryəmdən qurtardı dünyalar şahı. 

Məryəmin vücudu köçdü aləmdən, 

Məryəm ağacıtək şah çıxdı qəmdən. 

Bundan sonrakı  sətirlərin bir çoxunda Xosrov Pərvizin arvadı  Məryəm  İsanın 

anası  Məryəmlə müqayisə edilir. Məryəmin oruc tutması,  Məryəm aqacı - ikinci 

Məryəmlə əlaqədardır. 

Beytlərin mənası: arvadı  Məryəm vəfat etdikdə Xosrov sevindi və azad nəfəs 

almağa başladı. Cəngi-Məryəm bitki adıdır, doğuşu çətin keçirən hamilələrə 

verərmişlər. 

93

 



  Bu 

dünyanın vardır ikiçə rəngi: 

Bəzən rumlu olur, bəzən də zəngi. 

Klassik poeziyada rumlu - ağ  rəng, zəngi - qara rəng mənasında işlədilmişdir. 

Burada dünyanın ikiüzlü olmasına da işarə edilir. 

94

 



 

 

Zamanın Cəmşidi, dünya günəşi 



Örtüb çadırıyla Bənatünnəşi. 

Beytin mənası: günəş çıxan zaman öz nuru ilə ulduzlar üzərinə bir pərdə çəkdi. 

95 

 

 



Yaxşısı budur ki, Məryəmi unut, 

İsaya dönsən də, qayıtmaz vüçud. 

Birinçi misrada adı  çəkilən Məryəm Xosrovun vəfat etmiş arvadıdır. Dini 

əfsanəyə görə, İsa peyğəmbər ölüləri dirildə bilərmiş. 

Beytin mənası: arvadın Məryəm ölmüşdür. Əgər Ölüləri dirildə bilən İsa da olsan, 

onu bir də geri qaytara (dirildə) bilməyəcəksən. 

96  

 

Elə ki bəzmdən əl üzdü Məryəm



"Məryəm bəzmi" kimi şah oldu xürrəm. 

Beytin mənası: Məryəm  şadlıq məclisindən  əl uzən zaman şahın kefı açıldı,  şad 

oldu. 

97 


 

 

O taxt taxt deyildi, bir asimandı, 



O şah şah deyildi, sahibqərandı. 

Sahibqəran - qərinə,  əsr sahibi deməkdir.  Şair burada şahın taxtını  səma qədər 

yüksək, özünü isə zəmanənin ağası kimi mübaliğə ilə göstərir. 

95  

 

Gecə qaranlıqdı, Dağın üstünə, 



Sanki qara qarğa qonmuşdu yenə. 

Nizami öz əsərlərində gecənin qaranlığını çox zaman qara qarğaya bənzətmişdir. 




_______________ Milli Kitabxana _______________ 

 

499 



 

99

 



 

 

Təbilçi əlini vurmuşdu ilan, 



Ulduz ayağına batmışdı tikan. 

Səhər açılanda təbil vurulur, həm də ulduzlar uçurlar. Burada şair demək istəyir 

ki, elə bil ulduzların ayaqlarına tikan batıb, uçmur, təbilçinin də  əlini ilan vurub

səhərin açılmasını xəbər vermir. 

100 

 

 



Nə Zənd oxumağa möbiddə dil var, 

Nə qanad çalmağa mayildi quşlar. 

Nizami bu və bundan sonrakı beytlərdə səhərin açılmadığını göstərir. 

101 


 

 

Qızıl bayrağını açanda aləm 



Dağılmış qoşuntək qaçıb getdi qəm. 

Burada  aləmin qızıl bayrağı ifadəsi günəşə, dağılmış qoşun ifadəsi ulduzlara 

işarədir. 

Beytin mənası: sohər günəş doğan zaman ulduzlar yoxa çıxdığı kimi, Xosrovun da 

qəmi dağılıb getdi. 

102 


  Gaviyan 

bayrağı çox ucalmışdı, 

Şahın ay üzunə kölgə salmışdı. 

Gaviyan bayrağı  əslində Drəfşi-Gaviyani tərkibi ilə ifadə edilmişdir. Drəfşi-

Gaviyan "Şahnamə"dəki Gavənin dəri döşluyünə verilən addır. Beytin mənası: şahın 

bayrağı ucalaraq, onun üzünə kölgə saldı. 

103 


 

 

Şaxtanın gücündən donmuşdu hər yan



Qılınc yaradırdı ipək sulardan. 

Beytin mənası: şaxta o qədər şiddətli idi ki, ipək kimi olan sular donaraq nizə və 

qılınca oxşayırdı. 

104


   

 

Qəmari ud yanır, ağac qovrulur, 



Elə bil yağırdı havadan kafur. 

Qəmari ud - Qəmər yerinə məxsus ud, ətirli maddə. 

Kafur - kamfora - xoş ətrə işarədir. 

Beytdə təbiətin ruh oxşayan bir zamanı olduğu qeyd edilir. 

105

   


 

Şəfəq təbibləri girdi meydana

Çərtib boyadılar onu al qana.  

Beytin mənası: səhər açılarkən üfüq qan rənginə boyandı. 

106

 

  Tündlükdən əl çəkib, bir az yumşalsam, 



Dünyada Veysətək olaram bədnam. 

Fəxrəddin Gürganinin "Veys və Ramin" poemasındakı Veysə işarədir, 

107 

 

 



Ütarid cüt bürclü olsa, yeri var. 

Sən günəşsən, sənə bir bürc yaraşar. 

Nücum elminə görə: səyyarələrdən Ütarid (Merkuri) Öz hərəkəti zamanı Cövza 

(Əkizlər) və Sünbülə bürclərindən keçdiyi halda, Günəş ancaq Əsəd (Şir) bürcündən 

keçir. 

 

  




Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə