Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə96/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   ...   93   94   95   96   97   98   99   100   101

_______________ Milli Kitabxana _______________ 

 

489 



 

16

 



 

 

 



Bu adla fəxr edən hər iki dünya

İki "mim" hərfindən taxmışdır sırğa. 

"Aləm"də bir "mim" var, onda ikisi, 

Bölmüşdür "aləmi" paxıllıq hissi. 

Qələm türklərinə salaraq nəzər, 

Bir "mim" tac bağışlar, bir "mim" də kəmər. 

Nizami bu beytlərdə Məhəmməd Cahan Pəhləvanı tərifləyib, onun adında olan iki 

"m" hərfınə işarə edir. Şair ərəb əlifbası ilə 

 sözündə olan "mim"lərin başda 

və ortada (kəmərdə) yazılmasını nəzərə alaraq, onun qələm gözəllərinə, yəni şairlərə 

tac və kəmər bağışladığını nəzərə çarpdırır. 

17

 



   Rumun 

başındakı qara səlibi, 

Zəfər dişlərilə etdi mum kimi. 

Səlib - xaç deməkdir. Rum qoşunları xristian dininə işarə olan xaç şəklini başda 

gəzdirirdilər. 

18

 

 



 

 

Atabəy Eldəgiz "Əlvida" deyə, 



Dörd təkbir söylədi yeddi ölkəyə. 

Beytdə Atabəy Eldəgizin ölümünə işarə olunur. Dörd təkbir söyləmək -dörd dəfə 

"Allahu əkbər" deyib azan verməkdir. 

19

 



 

 

 



Cəmşidi öldürmüş Zöhhak ilanı, 

Sənə göy əjdəri vermişdir canı. 

Əfsanəyə görə  İranın qədim  şahlarından olan Cəmşid çiyinlərində ilan bitən 

Zöhhak tərəfindən taxtdan salınmışdır. 

Beytin mənası: özünə qürrələnən Cəmşidi Zöhhak məhv etdi. Lakin göylər sənə 

can bəxş etdiyi üçün əbədi yaşayacaqsan. 

20

 



   Süleymanda 

üzük, 


səndəsə din var, 

İskəndərdə ayna, səndə ayin var. 

Sən görən sirləri görərmi məgər, 

Camda Cəm, aynada böyük İskəndər? 

Dini əfsanəyə görə 124 min peyğəmbərdən biri. Olan Süleymanın sehrli üzüyü, 

Cəmşidin sehrli camı  və  yımanlı  İskəndərin isə sehrli aynası varmış. Guya bütün 

dünyada olan hadisələr bunlarda görünərmiş. Nizami Məhəmməd Cahan Pəhləvanı 

mədh edərkən onu qüdrətdə Süleyman, Cəmşid və İskəndərdən üstün tutur. 

21

 

   Yolunda 



çaparam 

hər səhər erkən, 

Şah Harutlarına zəng çalıram mən.  

Dini  əfsanayə görə  Harut  və  Marut iki sehrkar mələyin adlarıdır. Bu beytdə 

şahın qulluqçularına işarə vurulur. Onlara zəng çalmaq - onların yuxusunu qaçırmaq, 

ayıq saxlamaq deməkdir. 

22

 

 



 

 

Bu ikdiş Nizami qərib haldadır, 



Yan sirkə dadır, yarı bal dadır. 

İkdiş  - metis deməkdir. Nizami özünün şeirlərini bala, şərt  əxlaqını sirkəyə 

bənzədir. 

 



_______________ Milli Kitabxana _______________ 

 

490 



 

23

 



 

 

 



Qapısına gələn qarışqa, inan, 

Layiqdir qul olsun ona Süleyman. 

Yəhudi peyğəmbərlərdən müdrik hesab edilən  Süleymana  işarədir. O, çəyirtkə 

ayağını  hədiyyə  gətirən qarışqaya öz bədənindən ağır yük gətirdiyi uçün üstünlük 

vermişdir. 

Beytin mənası:  Şahın qapısına gələn qarışqaya Süleymanın qul olacağına 

mübaliğəli işarədir. 

24

 



   Yolunun 

üstündə uçan bir milçək 

Nəmrudun başına layiqdir, gerçək. 

Nəmrud - eradan qabaq Musa peyğəmber zamanında yaşamış hökmdardır. O, 

Babil  şəhərinin müəssisi kimi məşhur olub Allahlıq iddiası etmişdir axırda da bir 

çibinin onun burnuna girməsi ilə ölmüşdür. 

25 


 

 

 



Qılıncını çalsa dəryaya əgər, 

Öküz də balığa: "Necesən?" deyər. 

Əfsanəyə göre yer kürəsi öküzün, öküz də  nəhəng balığın üstündə  qərar 

tutmuşdur. Nizami mübaliğə  tərzində deyir ki, şah dənizə  qılınc vursa yer kürəsini 

lərzəyə salar. 

26

 



Zöhhakın ilanı səni çalarsa,  

Nə qəm, Firiduntək köməkçin varsa! 

Guya Zöhhak çiyinlərində baş qaldıran ilanlara insan beyni yedirdirmiş. Dəmirçi 

Gavə döşlüyünü bayraq kimi qaldıraraq onu taxtdan salmış və Kəyan nəslindən olan 



Firidunu taxta oturtmuşdur. 

27

 



 

 

 



Dünya - dərgahından kiçik bir tağdır. 

Asiman da ona büllur əyaqdır. 



Əyaq - piyalə deməkdir. Beytdə şahın cəlalı dünyada üstün tutulur. 

28

 



 

 

 



Öz qardaşı ilə şah da həmişə, 

Bu sayaq rəftarı etmişdir peşə. 

Qızıl Arslanın qardaşı Atabəyə - Məhəmmed Cahan Pəhləvana işarədir.  

29

 



Altmış yaşındaydı yazanda bunu,  

Saxlaya bilmirdi yayda oxunu! 

Nizami bu beytdə Firdovsiyə işarə edir. O, 60 yaşında ikən "Şahnamə" əsərində 

"Xosrov və Şirin" hekayətinə toxunmuşdur. Buna görə də o, məhəbbətin, eşqin fəğan 

və atəşini qabarıq şəkildə qələmə ala bilməmişdir. 

30

 



 

 

 



Sözü bəzən qiblə, bəzən də Latdır, 

Xəznəsi gah Kəbə, gah xərabatdır. 

İslamdan qabaq ərəblər Kəbədə bütlərə sitayiş edirdilər. Bu bütlərin hərəsinə bir 

ad verilmişdi ki, onlardan biri də Lat idi 

31

 

   Qarun 



xəznəsitək torpaqda qalma, 

Ustadsan, özünü ayağa salma. 



Qarun  eramızdan qabaq yaşamış  ən dövlətli və  ən xəsis bir şəxsdir. Klassik 

ədəbiyyatda xəsis dövlətli obrazı kimi o tez-tez misal göstərilir. 

32

 

   Olurdular 



şərab içdikcə şadab. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə