Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

 
54
ortalarına qədər xaçpərəst dinini qəbul etməmişlər, yepiskop 
Yunan isə Albaniyadan gəlib, bu dini Hun ölkəsində  təbliğ 
edənlərdən biri olmuşdur. IV yüzilliyin 30-cu illərində bu 
çarlığa Sanatruk (Sanesan) başçılıq edirdi. Sanatruk Paytakaran 
şəhərini  ələ keçirmişdi. O, dəfələrlə Albaniya və Ermənistana 
hücumlar etmişdi. Orta əsrlərdə yaşamış bir müəllif Sanesanın  
“öz sərhəddini, böyük Kür çayını keçərək” yürüşlər etməsini  
yazır. Onun atlı alaylarının sayı-hesabı yox idi. Onlar özləri də 
qoşunlarının sayını müəyyənləşdirə bilmirdilər. Həmin müəllif  
yazır ki, Sanesan bütün ölkəni (Ermənistanı - M.  İ.) bir il öz 
əllərində saxladı” (48, s. 62). 
Sasanilər II Yezdəgirdin (438 – 457) vaxtında hunları Hun 
Darvazasından (Beşbarmaq səddindən) şimala sıxışdıra bilsələr 
də tezliklə bu ərazini tərk etmişlər. Sasanilər I Kavadın (438 – 
531) və I Xosrov Ənuşirəvanın (531 – 579) dövründə də Hun  
çarlığı  ərazisində arabir uğurlar qazana bilmişlər. Dərbənddən 
cənubda yerləşmiş Çola şəhərinin  ətrafına sədd də  çəkdikləri 
söylənilir. Bütün bunlara baxmayaraq, Sasanilər hunların, 
xəzərlərin qarşısında həmişə aciz qalmış və daim qorxu altında 
olmuşlar. 
532-ci ildə hunlar Kür çayını keçib Albaniyaya, İberiyaya və  
Armeniyaya basqınlar etməyə başladılar. Həmin ildə Albaniya 
hunların hakimiyyəti altına keçdi. Xristianmeylli qaynaqlar hə-
min hücumları ancaq qarətçiliklə bağladığından bu etnosların 
əvvəlki dini etiqadını saxlayan əhaliyə köməyi kölgədə qalmış-
dır (12, s. 189). Hun çarlığının  şimalında (Dərbənddən  şimal-
da), M.Kalankatuklunun Türküstan adlandırdığı türk xaqanlı-
ğında tez-tez daxili çəkişmələrin baş verməsindən, təbii olaraq  
Hun çarlığının  əsas diqqətinin  şimala yönəlməsindən istifadə 
etmiş I Xosrov Ənuşirəvan Dərbənddən cənubda yerləşmiş 
Çola  şəhərinin  ətrafına sədd də  çəkdirmişdi. Tarixçilər Çola 
şəhərinin Samur çayı yaxınlığında yerləşdiyini yazırlar (12, s. 
187). 


 
55
Sasanilərin  əsarəti altında olan Albaniya katalikosluğunun 
taxtı Çola şəhərinə köçürülmüşdü. Albaniyanın dini mərkəzinin  
zorla Çola şəhərinə köçürülməsi hiyləgər bir siyasət güdürdü. 
Böyük qismi türkmənşəli tayfalar olan Albaniya əhalisi hunlara 
qarşı döyüşmək istəmirdilər və bunu bilən Sasani hökmdarları 
hər cür məkrli hiyləgərliyə  əl atırdılar. Bu hiylələrdən biri də 
Albaniya katalikosluğunun taxtını, Sasanilər tərəfindən qısa bir 
müddətə də olsa, zəbt edilmiş Hun dövləti ərazilərinə köçürmək 
idi. Lakin 551-ci ildə hunlar hücum edərək Kür çayına qədər 
ərazini azad etdilər və Albaniya katalikosluğunun taxtı yenidən 
Bərdə şəhərinə qaytarıldı (60, s. 76). 
Ümumiyyətlə, Çar Rusiyası və sovet dövründə yazılmış “ta-
rix”də qədim türklər həmişə vəhşi, qaniçən, xaçpərəstləri qarət 
etməkdən başqa heç bir məqsədi olmayan insanlar kimi təsvir 
edilirlər, Sasanilər isə az qala xaçpərəst dininin qoruyucuları ki-
mi qələmə verilirlər. Halbuki, Hun çarlığının qədim türk tayfa-
ları həm öz dinlərini, həm də Albaniyada kütləvi şəkildə məs-
kunlaşmış soydaşlarını xaçpərəstlərdən, İran atəşpərəstlərindən 
qorumaqdan ötəri Albaniyaya və sasanilərin ərazisinə basqınlar  
edirdilər. Digər tərəfdən, Sasanilərin Albaniya və Ermənistan 
xaçpərəstlərinə  etdikləri  zülmlər, onlara zorla atəşpərəstliyi 
qəbul etdirmək adəti heç kim üçün sirr deyildir. Hunlar öz 
dinini atıb başqa dini qəbul etmiş soydaşlarına pis gözlə 
baxırdılar, onları xəyanətkar hesab edirdilər. Bu bütün dövrlər 
və bütün xalqlar üçün xarakterik və  təbii haldır. V əsrdə Hun 
çarı Albaniyaya, İberiyaya və Ermənistana hücumlar edir və bir 
müddət bu əraziləri öz tabeliyində saxlayır. Albaniyanı nəzarəti 
altında saxlayan hun qoşunlarının sərkərdələrindən biri 
xaçpərəst dininə keçir və bundan sonra “Teofil” adlandırılır. 
Onun iki oğlu və otuz nəfər silahdaşı da bu dini qəbul edirlər. 
Teofil Albaniya ərazisində, Kürün sağ sahilində, ona tabe olan 
qoşunu ilə düşərgə qurur. Onun başqa dini qəbul etməsini 
eşidən Hun dövlətinin çarı ordusu ilə Kür çayını keçir, 
Albaniya ərazisində düşərgə salmış Teofilə yaxın yerdə düşərgə 


 
56
salır. Hun hökmdarı sərkərdə Teofili, onun iki oğlunu və otuz 
silahdaşını hüzuruna çağırıb deyir: “Sən çaldığın qələbələr və 
şücaətinə görə bizim məmləkətdə ən istəkli adam idin. Biz sənə 
çoxlu mükafatlar verib başqa sərkərdələrə üstün qoyduq və  
ordumuzun üçdə birinin başçısı  təyin etdik. Bəs nə üçün öz 
xalqının döyüşlərdə bizə  qələbə  gətirən nəcib ilahilərini 
atırsan? Nə üçün sən öz döyüşçülərinlə mənim əleyhimə üsyan 
edirsən?” (60, s. 36). Ona göstərilən böyük sayqı  və etibarın 
müqabilində xalqına xəyanət etmiş  sərkərdə ilə bu qədər  
təmkinlə söhbət edən hökmdarın  ədaləti və  dərin kökləri olan 
mədəniyyəti göz önündədir. Hələ bu da onun ədalətinin son 
həddi deyilmiş. Hun çarı  xəyanətkar sərkərdəyə düşünmək və 
özünü doğrultmaq üçün vaxt və imkan verir. Bu hadisə qədim 
türkləri mədəniyyətsiz, qaniçən və  qəddar kimi qələmə verən, 
“mədəniyyəti” aşıb-daşan siyasi qeybətçilərə tutarlı bir cavab-
dır. 
Hun çarının ona verdiyi imkandan Teofil ən pis şəkildə 
istifadə edir. İki oğlu və otuz nəfər yeni əqidə  tərəfdarı ilə 
düşərgədən cənuba doğru qaçır. Çar onların ardınca qoşun 
dəstəsi göndərir. Çarın adamları satqınları haqladıqda belə, 
ehtimal ki, çarın tapşırığı ilə, yenə də seçim imkanı verirlər və 
hətta onlara yalvarırlar. Qaçanlar bu son təklifi də  qəbul 
etmədikdə təqib edənlər onların hamısını öldürdülər (60, s. 37). 
Kalankatuklu yenə  də xaçpərəst mövqeyindən çıxış edərək 
satqınları “müqəddəs”, hunları bütpərəst adlandırsa da hadisəni 
təfərrüatı ilə təsvir etmişdir. 
664-cü il dekabrın 21-də hunlar yenə də Kür çayını keçərək 
cənuba yürüş etdilər. Bu yürüş haqqında Kalankatuklu yazır: 
“Hunlar çarı çoxminli atlı qoşunları ilə Albaniyaya basqın etdi. 
Cavanşir bu hadisəyə  qədər öz ölkəsinin  əhalisini ehtiyatlı 
olmağa çağırırdı. Lakin hücuma keçmiş hunlar Kür çayının bu 
sahilinə keçib Araz çayına çatdılar və nəinki Albaniyada, hətta 
Ayrarat vilayətində və Sünik ölkəsində aldığı əsirləri və qışlaq 
otlaqlarında olan qoyun və mal-qara sürülərini öz düşərgələrinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə