Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

 
63
belə iş tutma və onları heç bir şeyə təhrik etmə, ələ keçirdikləri 
şeyləri geri almağa çalışma. Mən peyğəmbərdən eşitmişəm ki, 
onlar yovşan bitən yerə qədər gedəcəklər”. 
Müaviyənin bu fikri ilə uyğunluq təşkil edən digər sözləri də 
maraq doğurur: “Nə  qədər ki, türklər bizlərə toxunmurlar, 
onlardan uzaq gəzin”. Beləliklə, gətirdiyimiz iqtibasdan ən azı 
iki nəticə çıxarmaq olar. Əvvəlan, Müaviyəyə gəlmiş məktubda 
söhbət şübhəsiz ki, Azərbaycandan gedir. Belə ki, Azərbaycan 
ərazisi  ərəb müəllifləri tərəfindən təşkil edilib Ərməniyyə 
adlanmış inzibati bölgəyə daxil idi və  Ərməniyyə canişininin  
başqa yerlərdə yaşayan türklər barəsində xəlifəyə yazmasına nə 
hacət? İkincisi isə, VII yüzillikdə türk dillərinin Azərbaycanda 
nə  qədər böyük qüvvə olmasına  əyani sübutdur. Azərbaycan 
ərazisində qədimlərdən türkdillilərin məskunlaşmasını nümayiş 
etdirən başqa bir dəlil:  ən ilk ərəbdilli qaynaqlardan olan 
“Əxbər Abid ibn Şəriyə  əl-Cümhuri”də (Abid ibn Şəriyədən 
qabaqkı dövr) Azərbaycanın islam dininin yayılmasından 
qabaqkı  vəziyyəti öz əksini tapmışdır. Bu qaynaqdan məlum  
olur ki, ərəb xəlifəsi I Müaviyə Azərbaycana qoşun göndərməz-
dən qabaq öz saray alimini çağırıb soruşmuşdu: 
– Azərbaycan barəsində nə bilirsən? 
Azərbaycanla yaxşı tanış olan alim belə cavab vermişdi: 
– Azərbaycan qədimdən türklərin ölkəsidir və onlarla məs- 
kundur” (48, s. 99). 
IX yüzilliyin ortalarında  ərəb xilafəti zəifləmiş, ona tabe 
edilmiş ölkələrdə müstəqillik meyli xeyli güclənmişdir. Vila-
yətlərə çevrilmiş bu ölkələrin başında duran feodallar mərkəzi 
hakimiyyətə tabe olmur, topladıqları vergiləri dövlət xəzinəsinə 
verməkdən imtina edirdilər. Xilafətin zəfləməsindən Azərbay-
can feodalları da istifadə etdilər (48, s. 116). 
VII əsrin sonlarında müstəqilliyini itirmiş, ardıcıl olaraq Xə-
zər Xaqanlığının, Ərəb Xilafətinin əyalətinə çevrilmiş Hun çar-
lığının ərazisində IX əsrdə müstəqil Şirvanşahlar dövləti yaran-
dı.  Şirvanda IX yüzillikdə hakimiyyətə  gəlmiş  Məzyədilər, 


 
64
Ərəb Xilafətinin hakimiyyəti altında bu yerdə vali olmuş
xilafət zəiflədikdən sonra isə müstəqilləşmiş, özlərini Şirvanşah 
elan etmişdilər (48, s. 116). Şirvanşahlar dövlətində məzyədilər 
sülaləsi 861-ci ildən 1027-ci ilə qədər hakimiyyətdə olmuşdur. 
1027 – 1382-ci illərdə  Şirvanşahlar dövlətini kəsranilər idarə 
etmişlər. 
XI yüzillikdə Səlcuq türkləri kütləvi şəkildə Azərbaycan əra-
zilərinə gəldilər. Şirvanşahlar dövləti Səlcuqların yaratdığı bö-
yük imperiyadan asılı vəziyyətə düşdülər. 
Şirvanşahların sərhədlərinin cənubda Kür çayı, şimalda Dər-
bənd və Samur çayı, qərbdə Göyçay və  Şəki,  şərqdə  Xəzər 
dənizi ilə əhatə edildiyi, cənub sərhədlərinin bəzən Araz çayına 
qədər uzandığı qeyd edilir. Məzyədilərin uğurlu siyasəti 
nəticəsində müxtəlif dövrlərdə Şəki, Beyləqan və Bərdə Şirvan-
şahların tabeçiliyinə keçmişdi. Lakin dövlətin sərhədləri sabit 
deyildi. Müxtəlif dövrlərdə baş vermiş siyasi hadisələrlə 
əlaqədar olaraq  dəyişirdi. Dövlətin paytaxtı əvvəlcə Şirvan, X 
əsrin birinci rübündən etibarən Yəzidiyyə  (Şamaxı)  şəhəri  
olmuşdu. Ölkədə  şah ailəsinə  məxsus sarayların, xəzinənin, 
ordunun və  həbsxanaların yerləşdiyi bir sıra mötəbər  şəhər-
qalalar vardı (12, s. 274). Şirvanşahlar dövləti üçün Dərbənd-
Beşbarmaq keçidindəki sədlərin  əhəmiyyəti böyük idi. Bu 
səbəbdən də  Şirvanşahlar daim Dərbənd  şəhərini öz əllərində 
saxlamağa çalışıblar. 
Səlcuqlar dövlətinin hökmdarları Sultan Məhəmməd Toğru-
lun (1040 – 1063), Sultan Alp Arslanın (1063 – 1072) və Sul-
tan Məlikşahın (1072 – 1092) dövrlərində də Dərbənd-Beşbar-
maq keçidinin qorunmasına çox böyük əhəmiyyət verilmişdir. 
Belə ki, Dərbənd Səlcuqlar dövlətinin şimal sərhəddində idi və  
Dərbənddən  şimalda kütləvi  şəkildə  məskunlaşmış  qıpçaq 
tayfalarının hər an Azərbaycan  ərazisinə hücum etməsi təhlü-
kəsi var idi. 
E.ə. XIII əsrdən, yəni inşa olunduqları vaxtdan başlayaraq 
As-ər ölkəsi, e.ə. VII əsrdən eramızın VII əsrinin ortalarına qə-


 
65
dər Hun çarlığı, qısa bir müddətdə Sasanilər, VII əsrin sonların-
dan IX əsrin birinci yarısına qədər  Ərəb Xilafəti, IX əsrin 
birinci yarısından XI əsrin ortalarına qədər Şirvanşahlar və XI 
əsrin ortalarından sonlarına qədər Səlcuqlar dövləti, XI əsrin 
sonlarından XII əsrin sonlarına qədər yenə  də  Şirvanşahlar 
Dərbənd-Beşbarmaq keçidinin sədlərindən vahid müdafiə 
sistemi kimi istifadə etmişlər. 1192-ci ildə Şirvanda baş vermiş 
güclü zəlzələ  nəticəsində  Şirvan  şəhəri, Beşbarmaq istehkamı  
(Xız qalası),  Şamaxı,  Şabran və Bacərvan  şəhərləri, Gilgilçay 
və Beşbarmaq sədləri tamam dağılmış, Şirvanşahlar dövlətinin 
paytaxtı Bakıya köçürülmüşdür. Zəlzələnin nəticələri o qədər 
dəhşətli olub ki, Beşbarmaqdan indiki Şabrana qədər ərazi uzun 
müddət “Qəbiristan” adlandırılıb. 
 
1.3. Sədlərin və Beşbarmaq  qayanın adları ilə 
bağlı açıqlamalar 
 
Tarixin müxtəlif mərhələlərində, Azərbaycanın şimal-şərqin-
də, Dərbənd  şəhəri ilə Beşbarmaq qayası arasında beş  səddin  
mövcud olması barədə  məlumatlar vardır. Mənbələrdə  sədlər  
Dərbənd səddi, Hun səddi, Çola səddi, Çola keçidi, Cora 
keçidi, Sul keçidi, Beşbarmaq səddi, Bərmək səddi, Hun 
qapıları, Hun Darvazası, Xursan səddi, Gilgilçay səddi kimi 
qeyd edilir. “Dərbənd səddi” deyildikdə, dəfələrlə qarət 
edilmiş, dağıdılmış, əldən-ələ keçmiş, lakin qədim zamanlardan 
bu günə  qədər varlığını qoruyub saxlamış  Dərbənd  şəhərinin 
hasarları başa düşülür. 
“Gilgilçay səddi” deyildikdə isə  mənbəsini indiki Xızı rayo-
nunda olan Kolanı (xəritədə Dübrar) dağından alıb indiki Siyə-
zən rayonu ərazisindən keçərək Xəzər dənizinə tökülən Gilgil-
çay boyu mövcud olmuş sədd başa düşülür. 
“Çola səddi”, “Çola keçidi”, “Cora keçidi” kimi mənbələrdə 
adı çəkilən keçid Dərbənddən Beşbarmaq dağına qədər olan dar  
keçidin qədim adlarındandır. Yuxarıda qeyd etdik ki, m.ö. XIII 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə