Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

 
60
xanın və Dəniz xanın törəmələridirlər. Azərbaycanın şimalında 
mövcud olmuş Hun çarlığının  ərazisində, Beşbarmaq dağının  
ətraflarındakı toponimlərdə “Ana Ağac”, “altı oğul”, “Dağ xan”  
və “Göy xan” sözləri öz əksini tapmış  və günümüzə  qədər  
qorunub saxlanmışlar. Xızı rayonunun sakininə “dağlı” deyilir  
və  Xızının  ən böyük mahalının adı “Göyxan”dır. Göründüyü  
kimi, burada heç bir açıqlamaya, elmi izaha ehtiyac da yoxdur.  
Xızı-Beşbarmaq mahalında “Altıağac” adlı qəsəbə vardır və bu 
adın da “Ana ağac”, “altı  oğul” ifadələrini tərənnüm etdiyi  
aydındır. Göyxan mahalı ilə  Gədik mahalının arasında “Quz”  
adlı dağ var və bu dağın Dərbənd-Beşbarmaq sədlərinin içində  
olduğunu nəzərə alsaq, adına “İç-Quz” dağı da demək olar. 
Altıağac kəndi yaxınlığında, sıx meşələrlə əhatələnmiş dağ zir-
vəsində, qədim Xız istehkamının (Beşbarmaq) səddi üzərində 
olan müdafiə qülləsinin xarabalıqları da qalmışdır. Bundan baş-
qa Xızı şəhərindən Altıağac qəsəbəsinə qədər ərazi sıx dağ me-
şələrinin əhatəsindədir və altı onqon məhz meşə yırtıcı quşları-
nın adları ilə bağlıdır. Daha bir diqqətəlayiq fakt da odur ki, 
özünəməxsus naxışlarla bəzədilmiş, XX əsrin ortalarına qədər 
toxunmuş  Xızı xalçalarının, palazlarının, xurcunlarının bəzilə-
rində bir neçə oğuz tayfasının damğası (tamğa, dağ) açıq-aydın 
həkk olunmuşdur. 
Beləliklə, Azərbaycan tarixində saysız-hesabsız faktlarla ya-
naşı, sak-massagetlərin və işquzların hunlarla eyniləşdirilməsi-
ni, ölkəmizin  şimalında Hun çarlığının mövcudluğunu, e.ə.  
XIII əsrdə yaşamış Xızır peyğəmbərin, Dağ xanın, Göy xanın, 
Ana Ağac adlarının Xızı rayonunun toponimlərində  əksini 
tapmasını, IV əsrdə yaşamış hun çarı Sanatrukun adının, VII 
əsrdə yaşamış hun knyazı Alp İlutuerin, Beşbarmaq mahalının 
iltəgini tarxan Ovçunun, yataq ağası  Şad Xəzərin adlarının 
yazılı  mənbədə olmasını ümumiləşdirərək tam əminliklə 
söyləmək olar ki, oğuzlar Azərbaycanın aborigenləridirlər. 
Xalqımızın kökündə duran oğuz tayfaları Azərbaycanın  ən 
qədim sakinləridirlər. 


 
61
Xızı rayonunun ərazisində savir, peçeneq, xəzər, keçəllər, 
kamiçik-hun, bizlər tayfalarına aid toponimlər də vardır və bu 
barədə bir qədər sonra danışacağıq. 
E.ə. VII əsrdən başlayaraq, təxminən 1400 il, Dərbənddən 
Kürə  qədər, bəzən də Muğana qədər  ərazidə mövcud olmuş 
Hun (və ya Maskut-Hun) çarlığı VII əsrin ilk yarısında Xəzər 
Xaqanlığının vilayətinə çevrilmiş, VII əsrin ikinci yarısında 
Ərəb Xilafəti tərəfindən zəbt edilmişdir. 
637-ci ildə  Ərəb Xilafəti Sasani hökmdarlarının paytaxtı 
Mədaini (Ktesifonu) tutdu. Daha sonra isə  ərəblər Cənubi 
Azərbaycan torpaqlarına basqın etdilər. Azərbaycan, Deyləm  
və Rey əhalisi birləşərək  ərəblərə müqavimət göstərməyə 
hazırlaşdılar. Lakin ərəblər bu birləşmiş qüvvəni də məğlubiy-
yətə uğratdılar. Daha sonra ərəblər Ərdəbili tutdular. 640-cı ildə  
ərəblər Qafqaza hücum etdilər. Dvin, Naxçıvan və Tiflis 
şəhərlərinin başçıları  şəhərləri qarətdən xilas etmək üçün 
ərəblərin hakimiyyətini qəbul etməyə  məcbur oldular. IX 
yüzillik müəllifi Yəqubinin verdiyi məlumata görə  ərəb 
qoşunları Azərbaycanın cənub torpaqlarının hamısını artıq zəbt 
etmişdilər. Ərəblərin İranı zəbt edəcəyi təqdirdə Albaniyaya da 
soxulacaqlarını  nəzərə alan Alban hökmdarı Cavanşir Sasani-
lərlə birlikdə  ərəb qoşunlarına qarşı vuruşlarda iştirak etdi. 
Uzun illər boyu Bizans imperiysı ilə vuruşlarda zəifləmiş  
Sasani İranı ərəb qoşunlarına ciddi müqavimət göstərə bilmədi, 
məğlub oldu. 
İranı tam məğlubiyyətə düçar etdikdən sonra ətraf  əraziləri 
də  zəbt etmiş  ərəb qoşunları Azərbaycanın cənub torpaqlarına 
basqın etdilər.  Əhali onlara ciddi müqavimət göstərdi. Buna 
baxmayaraq  ərəb qoşunları  Təbrizi, Naxçıvanı, Beyləqanı 
tutdularsa da, əhalinin müqavimətini qıra bilmədilər. Azər-
baycanın cənub torpaqlarında üsyan oldu. Ərəblər üsyanı  
yatırdılar. 50-ci illərin  əvvəllərində  ərəb qoşunları Azər-
baycanın  şimal torpaqlarını, Kürlə Arazın birləşdiyi yerləri  
tutmaq istəyirdilər. Alban hökmdarı Cavanşir ölkəsini qorumaq 


 
62
üçün Bizansla ittifaqa girməyə, Ərəb xilafəti ilə danışıqlar apar-
mağa və sonra müqavilə bağlamağa məcbur oldu. Lakin bu 
müqavilənin ömrü uzun olmadı. Ərəb qoşunları müqavilə bağ-
lanandan iki il sonra Albaniyaya girdilər,  İrandan Beyləqana 
hərəkət etdilər.  Ərəb qoşunlarının başçısı Salman Beyləqanı,  
Bərdəni,  Şəmkiri tutduqdan sonra Qəbələ,  Şəki,  Şirvan, 
Məskut,  Şabran və  Dərbənd  şəhər və vilayətlərini  ələ keçirdi. 
Salman buradan şimala, xəzərlərin üzərinə hücum etdi. Lakin o, 
bu döyüşlərdə məğlub oldu və öldürüldü. Bundan sonra Xəzər 
xaqanlığı ilə  Ərəb xilafəti arasında müharibə uzun illər, VIII  
əsrin 30-cu illərində  Xəzər xaqanı  tərəfindən islamın qəbul 
edilməsinə qədər davam etdi. 
Bütün yuxarıda qeyd olunanlara əsaslanaraq tam əminliklə 
demək olar ki,  Azərbaycan xalqının böyük qismini təşkil edən  
türk soyları Azərbaycan xalqının və dilinin təşəkkülündə böyük  
rol oynamışlar və Azərbaycan  ən qədim türk məskənlərindən 
biridir. Bu barədə “Azərbaycan tarixi” kitabında deyilir: “Azər-
baycan ərazisindəki Hun çarlığından bir neçə il sonra Albaniya 
çarlığı da süquta uğradı. VIII yüzilliyin əvvəllərində bütün Qaf-
qazda, o cümlədən Azərbaycanda xilafət əleyhinə üsyanlar baş-
ladı. Xəlifə 150 minlik qoşun göndərdi, üsyanlar amansızcasına 
yatırıldı, Azərbaycan ərəb xilafətinin vilayətinə çevrildi. Azər-
baycan ərazisində dilləri Azərbaycan dilinin kökündə dayanan 
soyların çox güclü olmasının,  əslində xalqın (türkdilli xalqın) 
təşəkkül tapmasını digər qaynaqlarda da görmək olar. Ərəb xə-
lifəsi Müaviyənin (661 – 680) yaxın adamı olan bir nəfərin söy-
lədiyi və ərəbdilli mənbələrdə əksini tapmış dəlil söylədiyimiz  
nöqteyi-nəzərdən çox maraqlıdır. Həmin adam yazır ki: “Müa-
viyənin yanında idim. Bu zaman Ermənistan valisindən ona na-
mə  gəldi. O, naməni oxudu və  qəzəbləndi. Sonra katibini 
çağırıb dedi: onun naməsinə belə cavab yazın: “Xatırladırsan 
ki, türklər mənim torpağıma doğru gəlib oranı qarət ediblər, 
bəzi  şeyləri  ələ keçiriblər, sonra türklərin dallarınca adamlar 
gəlmiş, ələ keçirdiklərini geri almışlar. Anan səni itirsin. Bir də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə