69
Sadə xalqın dilində işlədilən “Xıdır zində” ifadəsi də ərəb
əlifbasının təsirindən yaranmışdır. Ərəb əlifbası ilə yazılmış
“Xızır” sözü “Xıdır” kimi oxunur. “Zində” sözü isə hal-hazırda,
mövcud sözlərinin sinonimi kimi dilimizdə işlədilən “ərzində”
(il ərzində, gün ərzində və s.) sözünün qısa formasıdır. “Xıdır
zində” ifadəsi – “Xızır mövcuddur”, “Xızır sağdır” deməkdir
və türk xalqının əfsanələrində Xızırın dirilik suyu içmiş
əbədiyaşar peyğəmbər kimi tanınmasından yaranmışdır.
“Beşbarmaq” sözü türk sözü, Xızır isə türk qövmünün pey-
ğəmbəridir. Musa ilə Xızır bu qayada görüşdüyü üçün İncildə
“Musa qayası” adlandırılıb. Ərəb, fars və digər əcnəbi tarixçilə-
rin yazılarında dil, əlifba fərqi və səhv tərcümə nəticəsində
meydana çıxmış adları nəzərə almasaq, qayanın bütün adları
türk dilindədir və bu da təbiidir. Çünki bu ərazilər, o cümlədən
bütün Azərbaycan ən qədim zamanlardan türklərin vətəni
olmuşdur. X – XII əslərdə kütləvi şəkildə Azərbaycana gəlmiş
səlcuq oğuzları türksoylu əhalinin sayını daha da artırmışdır.
Mənbələrdə səddin adı Hun Darvazası, Hun qapıları və ya
Hun səddi kimi yazılır. Sovet dövründə bunu səddin hunlara
qarşı inşa edildiyi ilə əlaqələndirirdilər. Bu məntiqlə Çin səddi-
nin çinlilərə qarşı, Babil divarlarının babillilərə qarşı, Dərbənd
hasarlarının dərbəndlilərə qarşı tikildiyini iddia etmək olar.
Halbuki qədim mənbələrdə bu səddin Hun çarlığının ərazisində
olduğu açıq-aşkar göstərilir. Bu sədd ən qədim zamanlardan
hun tayfalarının ərazisində olduğu üçün “Hun səddi” adlandırıl-
mışdır. Kalankatuklunun “Albaniya tarixi”nin birinci kitabında
Hun ölkəsinin çarı Sanesan və yaxud Sanatruk (Sanatürk) barə-
sində, onun Albaniyaya, Paytakarana, İberiyaya, Ermənistana
hücumları haqqında, ikinci kitabının 38-47-ci fəsillərində hun-
ların Kür çayını keçərək Albaniya ərazilərinə hücumları, alban
yepiskopu İsrailin sülh bağlamaq üçün Hunlar ölkəsinə göndə-
rilməsi, İsrailin hunlar arasında xaçpərəstliyi təbliğ etməsi
barədə dediklərini, Hun çarlığının Dərbənddən Kür çayına
qədər ərazidə, e.ə. VII əsrdən eramızın VII əsrinin sonlarına
70
qədər, təxminən 1400 il mövcud olduğunu yuxarıda qeyd
etmişik. Alban tarixçisi Beşbarmaq dağını və onun daxil olduğu
əraziləri “Xursan” adlandırır və Xursanı Hunlar ölkəsinin bir
qismi kimi göstərir.
“Dərbənd” sözünü fars dilində “bağlı qapı” kimi açıqlayır-
lar. Fars dilinin Dərbəndə nə aidyyəti var? Əgər Dərbənd
istehkamı və sədləri I Xosrav Ənuşirəvan dövründə tikilmiş
olsaydı, bu hadisədən cəmi, təxminən 550 il sonra yaşamış
Nizami Gəncəvi mütləq bu barədə yazardı. “İskəndərnamə”ni
yazarkən “ən qədim tarixi əsərlərdən” məlumat toplayan şair
isə (64, s. 56) yazmışdır:
Dərbəndi deyirlər İskəndər qurdu,
Əqliylə o şəhrə böyük səd vurdu.
Sovetlər dövründə bu istehkamın inşası barəsində mənbələr-
də olan biri-birindən fərqli məlumatlardan yalnız “Sasanilər
variantı” seçilmiş və bunun nəticəsi olaraq olaraq “Dərbənd”
sözünün fars dilində açıqlanması aksiom şəklində qəbul edil-
mişdir. Halbuki Dərbənd şəhər-istehkamı fars dilinin yaranma-
sından çox-çox əvvəl mövcud olmuşdur. “Dərbənd” sözü – dər
(dar) + bənd hissələrindən ibarətdir. Sözün ikinci hissəsi
“bənd” – bən (ban, yüksək, uca) + d (di, dil, diş, diz, aralıq) –
“arada yüksələn” mənasını verir. Dərbənd (Dar-ban-d) sözü
qədim türkcədə “dar arada yüksələn” deməkdir.
71
I FƏSİL ÜZRƏ NƏTİCƏLƏR
Öncə sədlərin, istehkamların inşa tarixləri haqqında mənbə-
lərdə olan məlumatlar nəzərdən keçirilmiş və bu mənbələrin
özündə olan təzadlar göstərilmişdir. Monoqrafiyanın I fəslində
qədim As-ər ölkəsi və onun paytaxtı Asqar şəhəri, As isteh-
kamı, Xız qalası, As-Van (Hun-Çin) müharibələri, Xızır və
Musa peyğəmbərlərin tarixi görüşü haqqında müqəddəs İncildə,
Quranda, skandinav saqalarında, Çin əfsanələrində, “Nart epo-
su”nda, qədim oğuznamələrdə verilən məlumatlar ilk dəfə
olaraq bir müstəviyə gətirilmiş, tarix ədəbiyyatında verilən
məlumatlarla, faktlarla uzlaşdırılmış və aşağıdakı nəticələr əldə
edilmişdir: 1. Vətənimiz Azərbaycan qədimdə As və ya As-ər
ölkəsi adlanmışdır. “As” qədim türkcədə “birincilər” deməkdir.
As-ər tayfaları şimal-qərbdə Don çayına, cənub-qərbdə İstan-
bula qədər böyük bir ərazidə yaşamışlar. As-ər tayfaları qədim
şumerlərin mədəniyyətinə və dilinə güclü təsir göstərmişlər. Bu
səbəbdən də şumerlərin dilinə qədim türk (as-ər) dilindən
saysız-hesabsız sözlər keçmişdir. E.ə. III minillikdə yaşamış
İbrahim peyğəmbərin atasının adı Azər olmuşdur. Xəzər
dənizindən başlayaraq Britaniya adasına qədər çox mürəkkəb
su yolunun As-ərlər tərəfindən kəşf edilməsi, yəni qalay
yatağının aşkar edilməsi ilə Tunc dövrü başlamışdır. Yalnız
göy cisimlərinin durumuna görə Böyük Su Yolunu və yaxud
Böyük Qalay Yolunu təyin edən as-ərlər sərt iqlimli şimal
dənizlərində tez-tez ağır fəlakətlərə məruz qalırdılar. Buna
görə də bu təhlükəli və uzaq səfərə sağlam, cəsur və təcrübəli
dənizçilər gedirdilər; 2. Qalay gətirmək üçün Böyük Su Yolu
Xəzər dənizindən başlamış, Volqa çayından Don çayına, Azov
dənizinə, Kerçen boğazı ilə Qara dənizə keçmiş, oradan Dnepr
çayı ilə, Dnepr çayından quru yol ilə və ya daşqınlar zamanı
yaranmış göllərlə Qərbi Dvin (Dauqava) çayına yönəlmiş,
Riqa körfəzi, Baltik dənizi, Skaqerrak körfəzi, Şimal dənizi,
Duvr (Pa-De-Kale) boğazı, La-Manş körfəzi ilə Britaniya
Dostları ilə paylaş: |