Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

 
72
adasının indiki Penzans şəhərinin sahilinə  qədər davam etmiş 
və eyni qaydada geriyə, Xəzər dənizinə dönmüşdür; 3. Türk 
qövmünün peyğəmbəri Xızır e.ə. II minillikdə Azərbaycanda, 
indiki Xızı rayonunda dünyaya gəlmişdi. Adı  Bəlyadır. Bəlya 
qədim türkcədə “suyun bilicisi” deməkdir. Əslən Xız (ğız, quz, 
oğuz) tayfasından olduğu üçün Xızır (xız-ər, oğuz-ər) kimi 
tanınmışdır. Xızır peyğəmbər e.ə. 1235-ci ildə, Beşbarmaq 
qayada Musa peyğəmbərlə görüşmüşdür. Musa peyğəmbər 
Aralıq dənizi sahillərindən başlayaraq Xəzər dənizinin qərb 
sahilləri ilə Qara və Azov dənizinin birləşdiyi yerə, Taman 
yarımadasına qədər getmiş,  oradan  geri  qayıtmış  və səfərinin 
65-ci günündə, Beşbarmaq qayada Xızırı tapmışdır. Musa 
peyğəmbərin bu uzaq səfərə  çıxmaqda məqsədi həm Allahın 
böyük hikmət bəxş etdiyi Xızırdan elm, həm də yenicə azad 
olmuş qövmünün dirçəlişi üçün vacib olan dövlət və ordu 
quruculuğunu öyrənmək, eyni zamanda o dövrdə iqtisadi 
inkişaf üçün çox əhəmiyyətli olan qalayın əldə edilməsi idi; 4. 
Ən qədim zamanlardan xalqımızın  əfsanələrində, nağıllarında 
yer almış, dahi Nizaminin “İskəndərnamə”-sinin  qəhrəmanına  
çevrilmiş  Zul Qar Neyn  tarixi şəxsiyyətdir, e.ə. 1244-cü ildə 
taxta çıxmış Assuriya hökmdarı Tukulti Ninurtadır.  İlk dəfə 
dəmir filizini əritmək üsulunu kəşf etmişdir. E.ə. 1215-ci ildə  
Urmiya gölü və Xəzərin qərb sahilləri ilə hərəkət edərək Şirvan  
ərazisindən keçmişdir; 5. E.ə II minilliyin ikinci yarısında Çin  
ərazisində məskunlaşmış yəcuc-məcuc tayfaları As-ər ölkəsinə  
basqınlar etmişlər. As-ərlər bu tayfaları Xəzərin şərqinə, oradan 
da Çinə  qədər qovmuşlar. Bu dövrdə  Dərbənd-Beşbarmaq 
sədləri və istehkamları tikilməyə başlamışdır. Hun-Çin mühari-
bələri, təxminən 1500 il davam etmişdir. E.ə. XII əsrin ilk  
yarısında qüdrətli As-ər ölkəsi süqut etmişdir; 6. E.ə. XIII  
əsrdən, yəni inşa olunduqları vaxtdan başlayaraq As-ər ölkəsi, 
e.ə. VII əsrdən eramızın VII əsrinin ortalarına qədər Hun 
çarlığı, qısa bir müddətdə Sasanilər, VII əsrin sonlarından IX  
əsrin birinci yarısına qədər Ərəb Xilafəti, IX əsrin birinci yarı-


 
73
sından XI əsrin ortalarına qədər Şirvanşahlar və XI əsrin ortala-
rından sonlarına qədər Səlcuqlar dövləti, XI əsrin sonlarından  
XII  əsrin sonlarına qədər yenə  də  Şirvanşahlar Dərbənd-Beş-
barmaq keçidinin sədlərindən vahid müdafiə sistemi kimi istifa-
də etmişlər. 1192-ci ildə  Şirvanda baş vermiş güclü zəlzələ 
nəticəsində  Şirvan  şəhəri, Beşbarmaq istehkamı (Xız qalası), 
Şamaxı, Şabran və Bacərvan şəhərləri, Gilgilçay və Beşbarmaq 
sədləri tamam dağılmış,  Şirvanşahlar dövlətinin paytaxtı 
Bakıya köçürülmüşdür. 


 
74
 
II FƏSİL 
BEŞBARMAQ DAĞI ƏTRAFINDA 
MƏSKUNLAŞMIŞ AZƏR – TÜRKLƏRİN 
(DAĞLILARIN) TARİXİ 
 
2.1. Ən qədim zamanlardan oğuz türklərinin 
yurdu olmuş Xızıya 1044 və ya 1045-ci ildə 
səlcuq oğuzlarının – Arslan Yabqunun 
elatının gəlişi və məskunlaşması tarixi 
 
Çar Rusiyası və Sovet imperiyası dövründə yazılmış tarixin 
güddüyü məqsəd tamamilə aydındır: qədim türk yurdu Azər-
baycanın etnik köklərini unutdurmaq; xalqı  mənsub olduğu  
türk millətindən təcrid etmək; “Parçala və hökm sür!” şüarına 
uyğun olaraq xalqı mümkün qədər etnik hissələrə parçalamaq, 
gələcəkdə süni şəkildə yaradılmış etnik qrupları siyasi və digər 
məqsədlər üçün istifadə etmək; ölkənin əsl sahibləri olan azər-
türkləri əsli-kökü bilinməyən xırda tayfalara çevirərək mənəvi  
cəhətdən sarsıtmaq; Azərbaycanı Türkiyədən ərazi, etnik, həm 
də dini cəhətdən ayırmaq; qondarma Ermənistanı “sənədləşdir-
mək” və erməni tarixini qədimləşdirərək onları Qafqazın 
aborigen xalqına çevirmək. 
Məkrli tarix siyasətinin düsturu qorxunc olduğu qədər də bə-
sit idi: Azərbaycanın qərbini  əvvəlcə guya erməni  əlifbası ilə 
yazmış  və guya indiki udinlərin dilində danışmış alban yurdu 
kimi qələmə verməli, sonra tədricən “erməniləşdirməli”; Azər-
baycanın şərqini isə əvvəlcə “tatlaşdırmalı”, sonrakı mərhələdə  
“farslaşdırmalı” idi. Belə olan təqdirdə sovet tarixçilərinin 
qarşısına sual çıxdı: “Heç bir istisna olmadan, bütün Azərbay-


 
75
can xalqının mükəmməl danışdığı türk dili haradan gəlib?!” 
Cavab da özünü çox gözlətmədi: “Türk dilini Azərbaycana XI-
XII  əsrlərdə kütləvi  şəkildə  gəlib məskunlaşmış  Səlcuq 
oğuzları gətirmişlər”. Həqiqət isə tamam başqadır-Azərbaycan 
xalqının dili qədim zamanlardan türk dili olmuşdur, Səlcuq 
türklərinin isə XI-XV əsrlərdə qurduqları  əksər dövlətlərdə, 
bəyliklərdə dövlət dili fars və ya ərəb dili olmuşdur. Bunun 
səbəbləri barədə bir qədər sonra danışacağıq. 
Oğuzlar dünyada ən cəsur xalq kimi tanınmış Türk milləti-
nin təşəkkülündə, inkişafında böyük rol oynamış  ən  şərəfli, 
qüdrətli qollarındandır. Miladdan minillərcə  əvvəl, bütün 
dünyada Az və ya Az-ər kimi tanınmış, dünya xalqlarının 
əfsanələrinə adları “nəhəng As”, “As tanrıları” kimi həkk 
olunmuş ulu babalarımız özlərinə “oğuz” demişlər. Eynən 
şumerlər kimi – bütün dünya onları  “şumer” adlandırsa da,  
şumerlər özlərinə “kanqir” (kenqir) demişlər. 
Beşbarmaq qaya ən qədim zamanlardan “Xızır qayası”, 
ətraflarında məskunlaşmış oğuzlar isə “Xızır övladları” adlan-
dırılmışlar. Tanrının bəşər övladına bəxş etdiyi müqəddəs 
İncildə  və Quranda bu qaya haqqında məlumat verilir. Xızır 
Bəlya Məlkan oğlu dünya tarixinin böyük şəxsiyyətlərindəndir. 
Xızır peyğəmbərin elmi haqqında Quranın “Kəhf” surəsinin 
65-ci ayəsində deyilir: “Öz dərgahımızdan mərhəmət  əta 
etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimiz-
dən birini (Xızırı) tapdılar”. “Kəhf” surəsinin 66-cı ayəsində 
Musa peyğəmbər Xızır peyğəmbərdən soruşur: “Öyrədildiyin 
doğru yolu göstərən elmdən mənə öyrətmək  şərtilə  sənə tabe 
olummu?” Misirin fironu II Ramzes kimi qüdrətli bir hökmdara  
imanı  və elmi ilə qalib gəlmiş Musa peyğəmbərin elm almaq 
üçün Xızıra “... sənə tabe olummu?” deməsi Xızırın nə  qədər 
elmli və böyük peyğəmbər olduğunu göstərir. Xızır peyğəmbər 
Türk millətinin peyğəmbəridir. Peyğəmbərin adı  Bəlya, atası-
nın adı  Məlkandır. “Xızır” sözü isə onun məxsus olduğu Xız 
(ğuz, quz) qövmünün adıdır. “Xızır”, “xəzər”, “hazar”, “hazer” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə