Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   21   22   23   24   25   26   27   28   ...   86

 
76
sözləri “azər” sözünün müxtəlif formalarıdır. Qədim türkcədə  
“ku” (qu) və ya “kul” (göl) sözləri su, çay, göl mənasında 
işlədilmişdir. Məsələn: qu quşu (su quşu), Kür (ku ra), İssıkkul 
və s. Şifahi xalq ədəbiyyatımızın gözəl nümunələrindən olan 
“Məlikməmməd” nağılında “qa deyəndə ət verərsən, qu deyən-
də-su” ifadəsini də bu açıqlamaya misal kimi göstərmək olar. 
“Xəzər” sözü “ku” və “azər” sözlərinin birləşməsindən  əmələ 
gəlmişdir. “Kuazər” (azər gölü) sözü zaman-zaman işlədildikcə  
müxtəlif türk ləhcələrində “Xəzər”, “Xazar”, “Hazer” şəkillə-
rini almışdır. Sonralar Xəzər dənizi ətrafında yaşayan türkdilli 
tayfalara digər (hun, quz, işquz, maskut və s.) adlarla yanaşı 
“xəzərlər” də dedilər və daha sonra VII əsrdə bu tayfaların 
qurduğu dövlət “Xəzər xaqanlığı” adlandırıldı. Xızır peyğəm-
bər m.ö. XIV əsrin ikinci yarısında Azərbaycanda, Xızır  
yurdunda (indiki Xızı rayonunda) dünyaya gəlmişdir. Bəzən 
“Xızır” sözünün ərəb dilində (guya “yaşıllıq” kimi) açıqlan-
masına cəhd edirlər. Bu tamamilə  səhv bir yanaşmadır. Xızır 
peyğəmbərdən təxminən iki min il sonra formalaşmış ərəb di-
lində “xızır” sözü necə açıqlana bilər?! “Azər” və “Xızır” söz-
ləri qədim türk dilindən ərəb dilinə keçmişdir və bu gün ərəblər 
bu sözləri hansı mənalarda başa düşürlərsə bu onların özlərinə 
aiddir.  Əlbətdə, biz azər-türklər müqəddəs Quran dili sayılan 
ərəb dilinə çox ehtiramla yanaşırıq. Lakin ərəb dilinin özü heç 
də birdən-birə yaranmamışdır. Ərəb xalqı İsmayıl peyğəmbərin  
nəslindəndir.  İsmayıl  İbrahim peyğəmbərin oğludur.  İbrahim 
peyğəmbər isə Azərin oğludur. Doğrudur, bu fakt heç də 
birmənalı  şəkildə  qəbul edilmir. Mənbəsi dəqiq bilinməyən 
müxtəlif hədislərə, risalələrə istinad edərək,  ərəb adətlərini,  
ərəb dilinin bəzi xüsusiyyətlərini önə  çəkərək, müqəddəs 
Quranın “Ənam” surəsinin 74-cü ayəsini, yumşaq desək,  
olduğu kimi qəbul etmirlər. Ayədə isə deyilir: “Xatırla ki, bir 
zaman  İbrahim atası Azərə demişdi: Sən bütləri tanrılarmı 
qəbul edirsən? Mən səni və  sənin tayfanı açıq-aydın zəlalət 
içində görürəm!” 


 
77
Ulu Türk dili şumer, hat, het, akkad, assur dillərinin, eləcə 
də ərəb dilinin formalaşmasında böyük rol oynamışdır və sonra 
müqəddəs Quran vasitəsiylə bir sıra ərəb sözləri dilimizə nüfuz  
etmişdir. Azər oğlu  İbrahim m.ö. III minillikdə, qədim as-ər 
(az-ər) tayfalarının məskənlərindən olmuş Anadoluda, Şanlı 
Urfada dünyaya gəlmişdir. Xızır peyğəmbər m.ö. II minillikdə 
Xızır yurdunda dünyaya gəlmişdir. Xızı  şəhəri də Urfa şəhəri 
də  həqiqətən türk dünyasının  şanlı  məkanlarıdır. Qədim 
zamanlardan oğuz tayfalarının dədə-baba məskəni olan Xızır 
yurdunun keçmişinə ötəri nəzər salmaq Beşbarmaq səddinin 
öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Fəzlullah Rəşidəd-
dinin “Oğuznamə”  əsərində belə bir məlumat verilir: “Oğuz  
oğullarının başqa ölkələrdə  də  işləri tamamlandıqdan sonra 
belə bir fərman verildi: Sayram sərhədlərindən və Başqurd  
dağlarından Qarabağa qədər ərazilər sağ qolu təşkil edən Bozok 
tayfasının yaylaqları olsun” (128, s.68). 
Göründüyü kimi, Ural dağlarından Qarabağa qədər ərazi qə-
dim zamanlardan oğuz türklərinin məskənlərindən olmuşdur.  
Bu məsələ Kalankatuklunun “Albaniya tarixi” əsərində də təs-
diqini tapır. E.ə. VII əsrdən başlayaraq, təxminən 1400 il, Dər-
bənddən Kürə qədər, bəzən də Muğana qədər ərazidə mövcud 
olmuş Hun (və ya Maskut-Hun) çarlığı VII əsrdə müstəqilliyini 
itirmiş, Xəzər xaqanlığının bir əyalətinə çevrilmş və VII əsrin  
ikinci yarısında  Ərəb Xilafəti tərəfindən işğal edilmişdır. 
Kalankatuklu Albaniya ölkəsinin ərazilərini “genişləndirməyə” 
cəhd etsə  də, özünün yazdığı faktlardan aydın görünür ki, 
Dərbənddən Kür çayına qədər ərazi Hunlar ölkəsidir. Azərbay-
can tarixçiləri S.Əliyarovun və Y.Mahmudovun redaktəsi ilə 
çap edilmiş  “Azərbaycan tarixi üzrə qaynaqlar” kitabında bu 
məsələyə tam aydınlıq gətirilir: “Hun qapıları-Beşbarmaq dağı  
yanında idi. Alban tarixçisi Cavanşiri ölçüsüz bir məddahlıqla 
qiymətləndirdiyi üçün onun hakimiyyətini Xəzər dənizinədək 
aparıb çıxarır.  Əslində isə Albaniyanın kilsə paytaxtı Çola 
çoxdan itirilmişdi və sonrakı  fəsillərdən görəcəyimiz kimi, 


 
78
Cavanşir yalnız Kür-Arazarası torpaqlara hökm edirdi. Kürün 
sol sahilində isə “Hun dövləti” mövcud idi” (22, s. 55). 
Yazılı  mənbələrdə göstərilən faktlara əsasən söyləmək olar 
ki, e.ə.VII əsrdən başlayaraq eramızın VII əsrinə qədər, təxmi-
nən min dörd yüz il ərzində, indiki Xızı  və Siyəzən  əraziləri 
Hun dövlətinin tərkibində olmuşlar. Müqəddəs Quranın, İncilin 
verdiyi məlumatlardan, skandinav xalqlarının əfsanələrindən və 
qədim mənbələrin verdiyi məlumatlardan aydın olur ki, Xızır 
yurdu ən azı dörd min illik tarixə malik qədim türk məkanların-
dan biridir. 
Tarixçilərin verdikləri məlumatlardan görünür ki, Ərəb Xila-
fəti dövründə də türklərin Azərbaycana gəlişi davam etmişdir.  
Buna misal olaraq IX əsr tarixçisi Əl-Bəlazurinin qeydini gös-
tərmək olar. O, “Kitab fütuh əl-buldən” (“Ölkələrin fəthi kita-
bı”)  əsərində qeyd edir: “Deyirlər ki, xəzərlərin böyük xaqanı 
onun ölkəsinə Mərvanla birlikdə girən adamların sayı, onların  
silahları  və  hərbi qüvvələri haqqında xəbər alanda onun ürəyi  
qopdu və dəhşətə gəldi. Buna görə də Mərvan onun yaxınlığın-
da olanda və elçi göndərib, ya islamı, ya da müharibəni 
seçməyi təklif edəndə o cavab verdi: “Mən islamı  qəbul 
edirəm, məni ona yönəldə bilən adam göndər”. Mərvan elə də 
etdi və xaqan islamı qəbul etdi və Mərvanla dostlaşdı, o isə onu 
öz vilayətində hakimlikdə saxladı. Sonra Mərvan xaqan və 
çoxlu xəzərlə birlikdə geriyə yollandı  və onları (xəzərləri) 
Samurla  Şəbiran arasındakı düzənlikdə, lakaların vilayətində 
yerləşdirdi” (22, s. 70-71). 
VII  əsrdə, uzaq Ərəb Xilafətində Azərbaycanın “türk tor-
pağı” kimi tanınması  vətənimizin  ən qədim türk ölkələrindən 
biri olduğuna daha bir sübutdur. Tarixin müxtəlif dövrlərində, 
Çin, Roma, Bizans və s. kimi imperiyalarla uzun-uzadı mühari-
bələr ucbatından Anadoludan və Azərbaycandan uzaqlaşmış  
ulularımız zaman-zaman öz ana yurdlarına qayıtmışlar. Bu 
səbəbdən də ən qədim zamanlardan türk tayfalarının Azərbay-
cana ardı-arası kəsilməyən axınını “qayıdış” adlandırmaq daha  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə