Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

 
57
apardılar. Bundan sonra Hunlar çarı Cavanşiri görmək istədi və 
qardaşlarını göndərərək onların vasitəsilə görüş istədi ki, 
aralarında qardaş məhəbbəti yaransın. 
Bu vaxta qədər heç bir İran hökmdarı Türküstan çarı ilə 
üzbə-üz çıxmağa cəsarət etmirdi, lakin igid və  mərd Cavanşir 
ondan heç qorxmadı” (60, s. 132). 
Rus tarixçilərinin xüsusi sevgi ilə ucaltmağa çalışdıqları İran 
hökmdarlarının heç vaxt hünər etmədiklərini Alban çarı 
Cavanşir etdi. O, Hun çarı ilə görüşə getdi və hətta çarın qızını 
istədi. Hun çarı  qızını Cavanşirə verdi. Burada Kalankatuklu-
nun Hun çarlığını Türküstan adlandırmağı  səhv deyil, belə ki, 
milli mənsubiyyət baxımından istər Hun çarlığını, istər Qərbi 
Türk xaqanlığını, istərsə  də  Xəzər xaqanlığını  və yaxud bu 
dövlətlərin üçünü birlikdə Türküstan adlandırmaq olar. Lakin 
Hun çarlığından  şimalda, Dərbəndin  şimalından Qara dənizə 
qədər  ərazidə, 552-ci ildə yaranmış Türküstan (Qərbi Türk 
xaqanlığı) uzun sürən daxili çəkişmələr nəticəsində 659-cu ildə 
süquta uğramışdı. Cavanşirin Hun çarı ilə Kür sahilində 
görüşdüyü dövrdə (664-cü il) Dərbəndlə Qara dəniz arasındakı 
ərazilərdə artıq Xəzər Xaqanlığı mövcud idi. Xəzər Xaqanlığı, 
təxminən 650-ci ildə  yaranmış, XI əsrin ikinci yarısında süquta 
uğramışdır (120, s. 76). 
M.Kalankatuklunun verdiyi məlumatdan aydın olur ki, Hun  
çarı ilə Cavanşirin görüşündən bir qədər sonra, Hun çarlığı öz 
müstəqilliyini itirmiş  və  Xəzər xaqanlığından asılı  vəziyyətə 
düşmüşdür. O, yazır ki, hunların knyazı Alp İlutuer “Türküs-
tanda Xəzərlər xaqanının yanında  şücaətlər göstərib özünə 
parlaq ad qazanmışdı. O, xaqanın məhəbbətini qazandı və o da 
öz qızını ona verir. Bundan sonra o, il-ituer mənsəbinə layiq 
olur və yepiskopun nurlu təlimini  şöhrət çələngi kimi qəbul 
etdiyinə görə üç ölkədə məşhurlaşdı” (60, s. 160-161). Kalan-
katuklu hun knyazının “üç ölkədə” – Albaniyada, Hunlar  
ölkəsində  və  Xəzər Xaqanlığında məşhurlaşmasının səbəbini  
yepiskop İsrailin təlimi ilə Alp İlutuerin xaçpərəst dinini qəbul 


 
58
etməsi ilə əlaqələndirir. Alp İlutuer Xəzər xaqanından asılı olsa 
da hunlar ölkəsinin idarəsində müstəqil qərarlar da qəbul edirdi. 
Knyaz alban yepiskopu İsraili hunlar ölkəsinə  dəvət edir və  
onu gətirmək üçün Beşbarmaq (Xursan) mahalının iltəgini 
tarxan Ovçunu və yataq ağası Çatkasarı (Şad Xəzəri) Albaniya-
ya göndərir. Sonralar yepiskop İsrail xaçpərəstliyi təbliğ etmək 
üçün Xəzər Xaqanlığına gedir. 
“Hesabat” jurnalında (№ 10 (183) oktyabr 2011) Xızının 
tarixi ilə bağlı belə bir məlumat verilir: “Tarixçi Qiyasəddin 
Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair” monoqrafi-
yasında və digər  əsərlərində 644-cü ildə Aran dövlətilə 
Xizonşahlıq (Xızı  şahlığı) Xızı  məmləkəti arasında bağlanan 
müqavilədən bəhs olunur”. Sözsüz ki, burada Hun çarı ilə 
Arran (Qafqaz Albaniyası) hökmdarı Cavanşir arasında  
bağlanan müqavilə  nəzərdə tutulur. Xızır qayasını “Xursan”, 
“Xosr vem” adlandıran mənbələrdə Hun (Xızı) hökmdarının  
“Xizonşah” adlandırılması təbiidir. 
Yazılı  mənbələrdə hunların bütpərəst olduğu göstərilir. 
Əslində hunlar bütlərə sitayiş etməmişlər. Qədim türklərin uca 
Yaradanı Alla, Tanrı, Göy Tanrı, Ulu Tanrı kimi adlarla 
tanıdıqlarını bilirik. Lakin qədim türklərin öz yaranışlarıyla 
bağlı Ana Ağacdan törəmələri, xilaskar Boz Qurd haqqında  
əfsanələri də var idi. Tək Tanrıya inanmalarına baxmayaraq 
ağaclara qurban kəsib qanını yarpaqlara çiləyirdilər, qurban  
kəsilmiş heyvanların kəllələrini və dərilərini ağacın budaqların-
dan asırdılar. Kalankatuklu da hunların Tanrı-xana inandıqla-
rını  və eyni zamanda Ana ağaca qurbanlar kəsdiklərini yazır: 
“Bu ağaca onlar at qurban kəsir, onun qanını yarpaqlarına  
çiləyir, kəlləsini və  dərisini də budaqlarına asırdılar. Bu palıd 
ağacı bütün başqa ağacların anası sayılırdı və bu ağaca hunlar  
ölkəsində çoxları, o cümlədən bu bütü xilaskar, həyatverən və 
bütün nemətləri bəxş edən sayan knyazın özü və bütün onun 
əyanları sitayiş edirdi” (60, s. 161). Kalankatuklu hunların dəfn 
mərasimi barəsində, öz dini baxışlarından doğan bir sıra 


 
59
təhqirlər yazsa da, çox qiymətli məlumatlar da vermişdir.  
Hunlar dəfn mərasimində “meyitlər üstündə dumbul və zurna 
çalır”, “bıçaq və ya xəncərlə yanaqlarını, əl və ayaqlarını çərtib  
qan axıdırdılar” (60, s. 156). Hunların “böyük və mömin  
knyazı  İl-ituer” Alban çarı Varaz-Tiridatın “sülh və dostluq”  
təkliflərinə albaniyalı yepiskop İsraili öz ölkəsinə  dəvət edir.  
Onu Albaniyadan Hun ölkəsinə  gətirənlərdən biri Hun 
ölkəsinin Beşbarmaq mahalının iltəgini tarxan Ovçu idi (60, s. 
166-167). 
Türk Mədəniyyətini Araşdırma  İnstitutunun yayınladığı, 
Serhat Taşkıranın “Türk kültürü. Kara Kuvvetleri sayısı” 
kitabında türklərin Ana Ağacdan törəməsi haqqında  əfsanə  
verilmişdir (99, s. 823). Əfsanəyə görə  Oğuzun altı  oğlu Ana 
Ağacdan yaxud Dünya Ağacından törəmişdir. Professor Mirəli 
Seyidovun “Azərbaycan xalqının soykökünü düşünərkən” 
kitabında Oğuzun altı  oğlundan üçünün anası  İşıq (Günəş), 
digər üçünün anası Dünya Ağacı olduğu göstərilir (79, s. 134). 
Oğuz xanın oğulları: İç oğuz (üçok) qolu – Göy xan, Dağ xan, 
Dəniz xan; Taş oğuz (dış oğuz və ya bozok) qolu – Gün xan,  
Ulduz xan, Ay xan. Bu əfsanənin yaranma səbəbləri vardır. 
Əfsanəyə görə  Oğuz xan üç oğlunu  şərqə, digər üç oğlunu 
qərbə göndərir və deyir: “Siz – Gün, Ay, Ulduz gündoğana sarı, 
Göy, Dağ, Dəniz – siz günbatana sarı gedin” (79, s. 135).  
Həqiqətən də,  miladdan öncə VII əsrdən əvvəl iç-oğuz (üçok) 
tayfaları, yəni işquzlar Xəzər dənizindən qərbdə, taş-oğuz 
(bozok) tayfaları isə  şərqdə  məskunlaşmışdılar. Bu barədə 
Faruq Sümərin də  tədqiqatları çox əhəmiyyətlidir: “Cami ət-
təvarix”də oğuzların mənşəyi fəslində yazılır ki, 24 boy bərabər  
olmaq üzrə  Oğuz xanın altı  oğlundan törəmişdir. Ancaq daha 
diqqətəlayiq cəhət budur ki, damğaları ayrı-ayrı olduğu halda  
hər dörd boy bir müştərək onqona malikdir. Bu fakt 24 oğuz 
boyunun da qədim zamanlarda altı boy halında yaşadığını  
göstərir. Bu altı onqonun hamısı meşə zonalarında yaşayan  
yırtıcı quşlardır” (29, s. 28). İç-oğuz tayfaları Dağ xanın, Göy  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə