— 115 —
El arasında olan Aşıq Əhməd xalq ədəbiyyatından da çox
bəhrələnmişdir. Aşıq Əhməd xalq arasında gəzən nağıl və rəva-
yətlərə yaradıcı yanaşmaqla onları nəzmə çəkmiş və tədricən
yeni bir dastan yaratmışdır. Təsadüfi deyil ki, Aşıq Əhməd 20
dastan qoşmuşdur. Bu dastanlar həm dünənimiz, həm də müasir
həyatımızda baş verən tarixi hadisələrlə bağlıdır. Məsələn,
Əhmədin əmək, zəhmət adamlarından müasir gənclərin həyat
tərzi, dünyagörüşü, ailə məişət, ictimai-siyasi motivdə «Aşıq
Mirzə Bilal», «Şirvan və Fərqanə», «Yasər Xəzri və Səhər Təb-
rizi», «Canbaxış dastanı», «Qiyafət» fantastik və s. adlı xalq
arasında sevilən dastanları mövcuddur. Bu dastanlardan yalnız
altısı «Aşıq Mirzə Bilal» , «Yasər Xəzri və Səhər Təbrizi»
,”Arif və Qərənfil”, “Gəlin- qaynana”, “Canbaxış və Qudyal”, “
Aşıq və falçı” dastanları çap olunub.
Aşıq Əhməd dastanlarının əsas məzmun xüsusiyyəti onların
müasir həyatımızla bağlılığında təcəssüm olunur. Bilindiyi kimi,
belə bir mövzu müasirliyi ilk növbədə sovet dövrü ilə bağlı idi.
Aşıqlar, ümumiyyətlə, bir sənətkar kimi sovet dönəmində sosia-
lizm quruculuğu prosesinə cəlb olunmuş və onların qoşduğu nəğ-
mələrin, yaratdıqları dastanların mövzusunun «sinfi maraqlara»
xidmət etməsinə xüsusi nəzarət edilmişdir. Sovet dönəmində hər
cür bədii-estetik yaradıcılıq ciddi nəzarət altında idi və ideoloji
çərçivəyə salınmışdı. Aşıq şeirində partiya, komsomol, kolxoz,
traktor, pambıq, üzüm,qırmızı bayraq, oktyabr kimi mövzular
bundan irəli gəlirdi. Ancaq bütün bunlara baxmayaraq, aşıqlarımız
bu ideoloji çərçivə daxilində də olsa sənətin klassik ənənələrini
qorumağa çalışırdılar. Yaradıcılığı sovet dövrünə təsadüf edən
Aşıq Əhmədin bir çox dastanları da mövzusu baxımından sovet
quruculuğunun ön sıralarında gedən gənclərə həsr edilmişdir.
Əlbəttə, bu mövzular bu gün öz aktuallığını itirmişdir.
Ancaq onların diqqətlə nəzərdən keçirilməsi göstərir ki, Aşıq
Əhməd zamanın ideoloji çərçivəsində yüksək sənətkarlıq göstə-
— 116 —
rib, Azərbaycan insanının heç vaxt dəyişməyən yüksək mənəvi
keyfiyyətlərini, ali-insani duyğularını epikləşdirməyə, monu-
mental epik-lirik «lövhələr» (dastanlar) yaratmağa nail olmuş-
dur. Belə dastanların səciyyəvi örnəyi kimi, «Şirvan və Fər-
qanə» dastanına diqqət yetirmək məqsədəuyğundur. Bu dasta-
nın Aşıq Əhməd yaradıcılığı üçün xarakterik olan xüsusiyyətlə-
rinin təhlil edilməsi bizə onun bu tipli dastan yaradıcılığının el-
mi mənzərəsini aydınlaşdırmağa imkan verər.
«Şirvan və Fərqanə» dastanı dastançılıq ənənəsinə uyğun
olaraq üç ustadnamə ilə başlanır. «Dünyada» rədifli qoşma-us-
tadnamədə sənətkar mənalı ömür yaşamağın «sirlərini» öz din-
ləyicisinə nəsihət edir:
Ey insan, ağılnan ömrü vur başa,
«Ac ölüm - gec ölüm» demə dünyada.
Sükansız gəmi tək toxunub daşa,
«Nə edim», «Nə bilim» demə dünyada.
Həyat insan üçün oyuncaq deyil,
Şöhrət torpaqdadır, torpağa əyil.
Mənalı ömürlə danış, oyna, gül,
«Arsız gəzim, gülüm» demə dünyada.
Əhməd, hər ürəyə sözünlə yol aç,
Ağıl qapısını döyməz ehtiyac.
Ağlınla, eşqinlə zülmətə nur saç,
«Sönübdür məşəlim» demə dünyada. (18).
Bundan sonra dastanlar üçün xarakterik olan ustadnamə qəlibi
ilə («Ustadlar ustadnaməni bir deməyib, iki deyibdir. Biz də de-
yək, iki olsun, düşmənin ömrü gül kimi solsun»; «Ustadlar ustad-
naməni iki deməz, üç deyər. Biz də deyək, üç olsun, paxıl adamla-
— 117 —
rın ömrü puç olsun») «Eylər» və «Qalmasın» ustadnamələri veri-
lir. Hər üç ustadnamə «ustad sözünün» klassik örnəyi olub, aşıq
yaradıcılığının poetik özünəməxsusluğunu təcəssüm etdirir.
Dastanın qəhrəmanı Şirvan adlı gəncdir. O, səkkizinci sinfi
bitirdikdən sonra texnikuma daxil olur. Həmin məktəbi «əla»
qiymətlərlə bitirib, doğma kəndinə qayıdır və burada «Şirvan»
kolxozunda pambıqçılıq briqadiri işləməyə başlayır. Daim
əmək yarışlarının qalibi olur və mükafatlandırılır. İdarə etdiyi
pambıqyığan kombaynla əsl əmək hünərləri göstərir. Kombay-
nını «dəmir atım» deyə vəsf edir:
Kişnə, dəmir atım, haray, həşir sal,
«Ağ qızıl» bunkerin dolsun, boşalsın.
Bulud kimi qalaq-qalaq yığılsın,
Tayalar möhtəşəm qarlı dağ olsun... (18)
Dastanın yurd hissəsinin başlanğıcı ilk baxışdan qeyri-ənə-
nəvi təsir bağışlayır. Ancaq diqqət etdikdə gorürük ki, mövzu-
nun müasirliyi, «pambıq qəhrəmanından» bəhs etməsi heç də
dastançılıq ənənəsinin yaddaşda yaşayan sxemlərini tamamilə
üstələyə bilməmişdir. Əksinə, klassik dastanların sabit quruluş
sxemi burada özünü alt qatda qorumaqda, saxlamaqda davam
etmişdir.
Bildiyimiz kimi, istər qəhrəmanlıq, istərsə də məhəbbət
dastanlarında baş qəhrəman özünün qeyri-adilikləri ilə seçilir.
Onun doğuluşundan tutmuş yetkin igid olana qədər keçdiyi
«yol» (qəhrəmanlıq dastanlarında döyüşçüyə, məhəbbət dastan-
larında haqq aşiqinə çevrilməsi) qeyri-adi yolla olur. Bir sözlə,
o, hamıdan fərqli olur. Bu, dastançılıq ənənəsində qəhrəmana
verilən epik xarakteristika və davranış kodudur. Diqqət etsək
görərik ki, zahiri qatda görünməsə də, Aşıq Əhmədin qəhrə-
manı olan Şirvan da öz «qeyri-adilikləri» ilə seçilir: o, sevdiyi
— 118 —
peşəsinə böyük maraq göstərir. Biz onu hər yerdə bir «qəhrə-
man» kimi görürük. Təhsildə də, işdə də birincidir. Bu birinci-
lik, başqa sözlə, əmək qəhrəmanlığı klassik dastançılıq ənənəsi
çevrəsindən yanaşdıqda görürük ki, dastan qəhrəmanlarının
qeyri-adi igidliklərinə mənaca bərabərdir. Yəni Aşıq Əhməd
Şirvan obrazını klassik dastançılıq ənənəsindən gələn cizgilər
əsasında qurmuşdur. Hətta bu halda onun «dəmir atım» deyə
vəsf etdiyi kombaynı da epik qəhrəmanın onun özü kimi qeyri-
adi olan atına uyğundur.
Biz klassik məhəbbət dastanlarımız üçün əsas tematik ənənə
olan «haqq aşiqliyini» də bu dastanda müasirləşdirilmiş şəkildə
görürük. Belə ki, evlənmək yaşına çatmış Şirvanın ata-anası on-
dan nə qədər xahiş etsələr də, o, evlənməyə razılıq vermirdi:
«Şirvanın evlənmək vaxtı çoxdan çatmışdı. Valideynləri nə qə-
dər yalvarırdısa, o, «evlənirəm» sözünün üstünə gəlmirdi ki, gəl-
mirdi» (18).
Tamamilə adi olan bu təhkiyə parçası, əslində, klassik das-
tan ənənəsi ilə bağlıdır. Məhəbbət dastanlarında hələ buta alma-
mış qəhrəman ata-anasının evlənmək xahişlərini qəbul etmir.
Bu, dastan poetikasına uyğun olaraq, dinləyicinin qəhrəmanın
qeyri-adi olan buta sevgisinə, bir növ “hazırlanmasıdır”. Eyni
poetik üsuldan Aşıq Əhmədin istifadə etməsi də göz qabağında-
dır. Doğrudan da, Şirvanın sevgisi «qeyri-adi» olur. O, Özbə-
kistandan olan Fərqanə adlı qıza aşiq olur. Bu qız da adi bir qız
deyil, əmək qəhrəmanıdır.
«Günlər keçdi, aylar ötdü, bir il pambıqbecərmə mövsümün-
də Azərbaycan pambıqçıları Özbəkistan pambıqçılarına təcrübə
mübadiləsi üçün qonaq getmişdilər. Nümayəndələr arasında tarla
bahadırı Şirvan da vardı.
Şirvan bir dəstə nümayəndə ilə «Pravda» kolxozunun pam-
bıq sahəsində qabaqcıl manqa başçısı, mexanizator, yenicə Le-
nin ordeni ilə təltif olunmuş Fərqanə adlı gözəl, göyçək bir qız-