— 47 —
viri gerçəkliyin gözəlliyinə, yüksək mənəviyyata, kamilliyə can
atmaq kimi məsələlərlə bağlıdır. Burada estetik hiss, duyğu, hə-
yəcan, zövq kimi estetik münasibətlərə geniş meydan verilir.
Həm də bütün bu təsvirlər estetik idealın təcəssümünə xidmət
edir. Estetik ideal bir meyar kimi mənəviyyat aləminin gözəllik
qanunlarını təsdiqləyir. Ona görə də aşıq poeziyasının estetik
problemlərindən danışarkən "mənəvi gözəllik" məsələsi ön
plana keçir" (68, ll).
Təbii ki, poeziyada mənəvi dəyərlər sənətkar subyektinin
gerçəkliyə fəlsəfi-estetik münasibətindən doğan kateqorial bir
hadisə olduğundan, məhz həmin dəyərlərin məzmunu onu ifadə
etmək üçün istifadə olunan elementlərlə bağlıdır. Azərbaycan
aşıq poeziyasının üzərində müşahidələr apardığımız zəngin ma-
terialı (30; 34; 127; 58; 31; 129; 15; 16; 17; 46), onda əks olu-
nan mənəvi dəyərlər arsenalını aşağıdakı şəkildə təsnif etməyə
imkan verir:
1. Etnik-milli dəyərlər;
2. Təsəvvüfi-ürfani dəyərlər;
3. Dini dəyərlər;
4. Dünyəvi dəyərlər.
Bunların geniş şərhi və materiallar üzərində araşdırılmasında
bir çətinlik olmasa da, işin həcm məhdudiyyəti buna imkan ver-
mir. Amma ümumi şəkildə də olsa, bunların başlıca istiqamətlə-
rini qeyd etmək mümkündür.
Aşıq poeziyasının mərkəz xəttini, əsas ideya yükünü etnik-
milli-mənəvi dəyərlər təşkil edir. Əski türk alplığı, yağma (yağ-
malatma - öz var-dövlətini paylama), toy (acları doyurmaq), şü-
lən (qonaqlıq) və s. kimi dəyərlər müasir aşıq poeziyasında
mərdlik, qəhrəmanlıq, sədaqət, vəfa, etibar, səxavət, ləyaqət,
mərifət, zəriflik, paklıq, mənəvi bütövlük kimi keyfiyyətlərin
ifadəsi şəklində özünü göstərir. Poeziyada bunlar qorxaqlıq, xə-
yanət, vəfasızlıq və bu kimi neqativ mənəvi təzahürlərə qarşı
— 48 —
qoyulur. Belə qarşıdurma qoşalığı mahiyyətcə idealın təsdiqinə
xidmət edir. Müasir Şirvan aşıqlığının görkəmli nümayəndəsi,
ustad sənətkar Aşıq Əhmədin poeziyasında qeyd etdiyimiz mə-
nəvi məsələlər öz dolğun poetik ifadəsini tapıb:
El ilə düz dolan, hörmətlə yaşa,
Səni xoş əməlin qaldırar başa.
Süfrən bağlı olsa qohum-qardaşa,
Sənə tikəsini qıyan tapılmaz.
Əhməd, mərdlik olsun eşqin, həvəsin,
Hər işdə el sənə afərin desin.
Çalış təmiz adın ləkələnməsin,
Ömür ləkəsini yuyan tapılmaz (15, 24).
Oxşar mənəvi keyfiyyətlərin ifadəsi "Dəyməz" rədifli qoş-
mada da özünü göstərir:
Kərəmsiz adamlar quru ağacdır,
Qaçıb kölgəsində durmağa dəyməz.
Etibarsız dostun, vəfasız yarın,
Yolunda canını yormağa dəyməz (16, 18).
Aşıq Ağamuradın "Olmaz" rədifli qoşmasında da mənəvi
dəyərlərin önə çəkilməsi müşahidə olunur:
Vəfasız gözəldən umma məhəbbət,
Nə vaxtsa o sənə edər xəyanət.
Nadan bilməz əhdi-peyman, səadət,
Cahilin düz sözü, ilqarı olmaz (129, l80).
Aşıq Əhlimanın "Şad elə" rədifli qoşmasında "aqil - nadan"
qarşıdurması kontekstində mənəvi gözəlliyin üstünlüyü diqqətə
çəkilir:
— 49 —
Aşıq, telli sazı götür əlinə,
Oxu, oyna, könülləri şad elə.
Nadanların özü nədir, sözü nə?
Aqil sənsən, gəl, elləri şad elə (129, 175).
Aşıq Yanvar da "mərdlik və namərdlik" keyfiyyətlərini qar-
şılaşdırır:
Mərd oğula süd verərsə mərd ana,
Düşmən qabağında durar mərdana.
Bu sözləri mərd eşidə, mərd ana,
Namərdi buraxmaz yaxına indi. (129, 161)
Aşıq Mahmudun yaradıcılığında mənəvi keyfıyyətlərin ge-
niş təsvirləri və tərənnümləri öz əksini tapıb:
Elə dəyişib ki, insanlar, Allah,
Namərddi, ya mərddi, düzü bilinməz.
Geyilmiş, üzülmüş paltar kimidir,
Astarı bilinməz, üzü bilinməz (129, l57).
Təbii ki, bu tipli nümunələr müasir aşıq poeziyasında geniş
yayılmışdır. Bunun da səbəbləri aşığın əski sosial statusu ilə
bağlıdır. Məhz həmin status ona ağsaqqal mövqeyindən, cəmiy-
yətə əxlaq düsturları təqdim edən hörmətli şəxsiyyət prizmasın-
dan yanaşmağı tələb edir. Çünki həqiqi ustad aşıqlar cəmiyyət-
də həmişə çox şərəfli bir missiyanı yerinə yetiriblər. Və xalq tə-
rəfindən də böyük rəğbətlə qarşılanıblar.
Müasir aşıq poeziyası mənəvi dəyərlərin zəngin və orijinal
poetik nümunələri ilə doludur. Burada milli və bəşəri, fəlsəfi və
dini dəyərlərin mənəvi ehtiyatı böyükdür, köklər və qaynaqlar
da çoxşaxəlidir. Burada geniş yayılmış dəyərlər içərisində yurd,
vətən, millət, dövlət, rəhbər sevgisi diqqəti çəkir. Əlbəttə, bun-
— 50 —
lar insan və cəmiyyət, insan və təbiət,
insan və məkan münasi-
bətlərini əhatə edir. Məhz gözəlliyin yerə, insana və cəmiyyətə
şamil edilməsi ilə onu tərənnüm obyektinə çevirir və bununla
da onu estetik ideal çevrəsinə daxil edir.
Aşıq bir sənətkar subyekti olaraq təkcə estetik informasi-
yanı yaratmır, həm özündən öncə yaradılanları, həm də öz yara-
dıcılığını yaddaşında qoruyur və onu yaddaşlara ötürür, yayır,
ona sosial mahiyyət qazandırır. Bu mənada aşıq funksional bir
sənətçi subyektidir. O, bütövlükdə aşıq poeziyasının ümumi in-
formasiyasını daşıyır və onu komunikativ sferaya inteqrasiya
edir. İstər şeir söyləyəndə, istərsə də onu sazın müşayiəti ilə
oxuyanda "aşıq xeyirxah idealların daşıyıcılarını ucaldır, onlara
rəğbət duyğuları oyadır, dinləyicilərinə sevdirirdi. Dastan danı-
şığı aşıq sənətinin estetik qanununa – sazın, sözün, səsin vəhdə-
tinə tabe edilirdi. Saz havaları üstündə oxunan qoşmalarla mü-
şayiət edilən dastan ahəngdar bir axarla danışılırdı. Musiqinin,
şeirin, danışığın həmahəngliyi özü estetik gözəllik yaradır, din-
ləyicilərə bədii təsiri gücləndirirdi" (114, 5).
Aşıq poeziyasında mənəvi dəyərlərin fəlsəfi təhlili birbaşa
gözəllik problemini təhlil etməyi zəruri edir. Çünki həqiqi gö-
zəlin müəyyənləşdirilməsi ilə mənəvi dəyərlərin gerçək elmi
mənzərəsini yaratmaq mümkündür. Aşıq poeziyasında həqiqi
gözəl təbii və ilkin olandır. Aşıq Əhmədin "Dəyməz" rədifli
qoşmasında deyildiyi kimi:
Əhməd, tap insanı, insanla dost ol!
Bağ olub bar verməz hər tikanlı kol.
Qızıldan bədənə qondarılan qol,
Sınıb əyri bitən barmağa dəyməz (16, 19).
Burada insanın, bitkinin və bədən üzvünün hər birinin iki
tipi qarşılaşdırılır. Qarşıdurma "yaxşı və pis", "həqiqi və həqiqi