Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
101
 
 Divi-məl undur, saqın, əmmarə nəfsin mərkəbi,  
 Minmə gər azğun degilsən, nəfsi-şumun atına. (92,372) 
 
Bəşər övladının başlıca amalı bu aldanışa uymamaq və nəfsi is-
təklərdən uzaqlaşıb kamal yolunu tutmaqdır. “Qanı bir əhdü 
peymanı bütün yar?” misrası ilə başlayan, həmçinin “Bulunmaz” 
(“Dərdü qəm ilə. . . ”), “Ələ  gəlməz” (“Aləmdə bu gün. . . ”), 
“Eylər” (“Səfavü-zövqü-dünyayə. . . ”) rədifli qəzəllərində və bir çox 
bədii yaradıcılıq nümunələrində Nəsiminin giley, qınaq və tənqid hə-
dəfi dünyadan onun İnsanlarına və ictimai həyata doğru yönəlir. Cə-
miyyət və onun şəri məzəmmət və töhmət obyektinə çevrilir. Çünki 
ictimai gеrçəklikdə “əhdü peymanı bütün yar”, “qövlü gerçək doğru 
dildar”, “həqqi bilən bir gərçək ər”, “qəlbi dəğəlsiz” (hiyləsiz), “dil 
ilə iqrar eyləyən”, “qəflət  şərabından ayıq”, “sadiqlərin razinə 
məhrəm” bir kəs tapmaq müşküldür. Şairi ruhən incidən və “dərdü 
qəm ilə yanmağa” vadar edən də bu kütləvi vəfasızlıq, saxtakarlıq və 
günahdır:  
 
 Dərdü qəm ilə yandı könül, yar bulunmaz.  
 Çox darü diyar istədi, dəyyar bulunmaz.  
 Yarəm deyici çoxdurur, amma bəhəqiqət,  
 Fürsət gəlicək, yari-vəfadır bulunmaz.  
 . . . Xəlqin əməli azdı, könül yıxıcı ögüş,  
 Bir xəstə könül yapıcı memar bulunmaz. (94,60-61) 
Nəsiminin ictimai-fəlsəfi şeirləri içərisində “Nədir?” rədifli qəzəli 
və “Bəhrül-əsrar” (“Sirlər dəryası”) qəsidəsi xüsusi yer tutur. Şairin 
“Nədir?” rədifi ilə bir neçə qəzəli vardır. Bunlardan “Dünü gün mün-
təzirəm mən ki, bu pərgar nədir?” misrası ilə başlayan qəzəl daha 
çox məşhurdur. Şеir XIV əsr Azərbaycan sənətkarı M. Əvhədinin fars 
dilində (“Çist?”)qələmə aldığı eyni rədifli qəzəlinə nəzirədir. Tədqiqa-
tçılar bəzən bunu M. Əvhədidən sərbəst tərcümə  də adlandırırlar. 
Maraqlıdır ki, Nəsimi eyni rədif və məzmunda həm Azərbaycan türk-
cəsində (“Nədir?”), həm də fars dilində (“Çist?”) poetik nümunə 
yaratmışdır.  
Yaqub Babayev 
 
102
“Nədir?” qəzəli xilqət və onun hikməti, istər qeybi, istərsə  də 
cismani varlıqların sirli yaradılışı, kosmik kainatdakı mübhəm hadi-
sələr, gedişat və s. barədə düşündürücü və cavabı  əsrarlı olan 
suallardan ibarətdir.  Əslində  bəşəri idrakı, fəsləfi fikri, dini təfsiri 
daim düşündürən və məşğul edən qlobal mətləbləri Azərbaycan şairi 
poeziya dili ilə ifadə etmişdir. Gecəsi-gündüzü olan bu kainat, 
doqquz fələk, zaman, bürclər və sonsuz sayda ulduzlar həm ocaq, 
həm də nur mənbəyi olan günəş  nədir? Fələyin və  mələyin  əzəli 
mənşəyi, əsli haraya bağlıdır? Şeirin əvvəlki beytlərində yaradılışın 
daha miqyaslı, həm qeybi, həm də bütöv kosmik məkanı əhatə edən 
maddi varlıqları  və onların hikməti barədə sorğu aparan lirik qəh-
rəman sonra yer üzərinə enir, buradakı  rəngarəng məxluq, hadisə, 
proses və gedişatın mahiyyətini anlamağa, bu müxtəlifliyin səbəbini 
öyrənməyə çalışır. Bu axtarışda təbii ki, ilk növbədə  İnsan yada 
düşür:  
 
 Odü su, torpağü yel adlı nədəndir adəm?  
 Ana səcdə nə üçün, iblisə inkar nədir? (94, 183) 
Bu dörd ünsürdən-süfli xilqətdən ibarət  İnsan, onun səcdəyə 
layiq bu qədər ali hesab edilməsi və iblisin ona səcdə etməməsi 
nədəndir? Bəs bu yer üzündəki İnsanların özlərinin müxtəlif əqi-
dədə təzahürü, cürbəcür dinlərin mövcudluğu nədəndir? Niyə biri 
Musa, biri Şibli, digəri Mənsura çevrilir? Əgər Kəbə  də, məscid 
də Allahın evidirsə, kilsəyə və bütkədəyə nə ehtiyac? Əgər Quran 
Haqq kitabıdırsa, Zəbura, Tövrata, Incilə nə hacət?  
bəvü deyr nədir, qeyr nədir seyr nədir?  
Məsçidü bütgədəvü xirqəvü zünnar nədir?  
Filosof  şairi düşündürən həm həyatın bu cür mahiyyəti eyni 
təkrarları, həm də varlığın dialektikasıdır. Həmin dialektikanı 
müəllif belə bir beytdə çox ustalıqla ifadə etmişdir:  
 
Bir çibin təbinə bax, bal nədən, zəhr nədən,  
Yenə bir yerdə əcəb gənc nədir, mar nədir ? (94,184) 
 
Bəs bütün bu cür gizli və anlaşılmaz görünən sirlərin dərki yolu 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
103
varmı və varsa, nədədir? Sənətkar bu problemə də kamil təriqətçi, 
irfan əhli, ilahi eşq yolçusu mövqeyindən cavab verir. Bu yol pərv-
anə kimi həqiqi eşq oduna yaxılmaqdan, özünü anlamaqdan, elmi-
lədünün (ilahi hikmətləri ilham və bəsirətlə öyrənən elm) əxbarını 
dərk etməkdən, nəfsin, həvavü-həvəsin bərzəxinə düşməməkdən 
keçir. Hətta mədrəsə elmini öyrənməklə  də bu ali həqiqətlərə 
yetmək olmaz. Ondan ötrü yalnız elmi-tövhidi (elmü-lədünü) kəsb 
etmək vacibdir: 
 
Elmi-tövhid oxuyan mədrəsə elmin oxumaz,  
Gör ki, bu rövzənədə kar nədir, bar nədir? 
“Bəhrül-əsrar”  qəsidəsi fars dilində  qələmə alınmışdır və 
Nəsiminin nisbətən iri həcmli əsərlərindəndir. Ilk dəfə türk alimi 
I. Hikmət tərəfindən üzə  çıxarılmışdır.  Ə. X. Dəhləvinin “Dəry-
ayi-əbrar” əsərinə nəzirədir. Ə. Nəvai də Ə. X. Dəhləvinin həmin 
şeirinə cavab yazmışdır.  
“Bəhrül-əsrar” ictimai-fəlsəfi mövzulu qəsidədir. Burada əxlaqi-
didaktik fikirlər də aparıcıdır. Təntənəli bir girişlə başlayan  şeir
ümumiyyətlə,  İnsana müraciətlə  qələmə alınmışdır və  əsas motiv 
dünya, onun vəfasızlığı, cəmiyyət və cəmiyyət üzvlərinin dünya və 
onun nemətlərinə, var-dövlətinə, zahiri parıltısına aldanması, bunun 
mənasızlığı  və faciələri ilə bağlıdır. Vara, dövlətə, pula, qızıla həris 
olan və aldanan İnsana şair tarixin ibrətamiz hadisələrini misal çəkir, 
onu başa salmağa, anlatmağa çalışır ki:  
 
Yaqub Babayev 
 
104 
Ayağını bu torpağa hörmətlə bas, unutma ki,  
Şahlar başı torpaq olmuş, gəlib-gedən üstə gəzər. (94, 431) 
Elə buna görə də şair İnsanlara məsləhət görür ki, ömür səmu-
m küləyinə, sərvət isə onun qovduğu toza bənzəyir. Var-dövlət 
ilan, əqrəb və əjdahadır ki, onlardan dostluq və sədaqət gözləmək 
olmaz. Elə buna görə də:  
 
Var-dövlətdən nəyin varsa, səxavətlə xərclə müdam,  
Sərvət yığmaq, dövlət yığmaq sonsuzlara olmuş şəkər,  
Cahan mülkü karvansara, İnsanlarsa bir qonaqdır,  
Ölüm isə darvazadan asılmış bir əyri çənbər.  
 
Sənətkar  İnsanı tamahkarlıqdan, nəfsgirlikdən, acgözlükdən uzaq 
olmağa, səxavətə, insafa, ədalət və İnsanlığa çağırır. Cəmiyyətin tarix 
boyu və bu gün baş vermiş hadisələrindən ibrət götürməyə çağırır. Qə-
sidənin ümumi məzmununda nəsihətçilik ruhu da güclüdür. Sənətkarın 
Azərbaycan dilində qələmə aldığı “Əya, mö’min, gər istərsən səadət”, 
“Bitər” kimi qəzəlləri də məzmun və ideyaca “Bəhrül-əsrar” qəsidəsinə 
yaxındır. Nəsiminin az da olsa, təbiət mövzulu şeirləri də vardır. 
“Bahar olduvü açıldı üzündən pərdə gülzarın”, “Bahar oldu, gəl , ey dil-
bər, tamaşa qıl bu gülzarə”, “Səfa bağışlamış bağə səba Isaləin dəmdən” 
və s. kimi qəzəllər peyzaj lirikamızın gözəl nümunələri hesab oluna 
bilər.  


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə