Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
97 
 
 Güli-tərdən gülicək, arizinə ma’ tökülür,  
 Bağə gir, gör ki, necə laleyi-həmra tökülür.  
 Ənbərin sünbülünə badi-səba kim, iricək,  
 Qoymağıl titrəməgə ənbəri-sara tökülür.  
 Qara saçın ucunu salma ayağına, götür,  
 Heyf olur nafeyi-tatarə ki, hərca tökülür.  
 Ləblərindən varalı Misrə xəbər, əttarin 
 Qutusundan dünü gün qənd ilə həlva tökülür.  
 Aləmin başına tabəndə üzün şəm’indən,  
 Xaliqin rəhmətidir, nuri-təcəlla tökülür.  
 Necə nomid olayım çün gözümün əbrindən,  
 Qətrə-qətrə üzümə hər yana dərya tökülür.  
 Sədəfin gərçi dəhani doludur incu ilə,  
 Açıcaq ləblərini lö’löi-lala tökülür.  
 Hüsnünün vəsfini ta yazmağa əzm eyləmişəm,  
 Qələmin dili ucundan qamu sevda tökülür.  
 Ta cüda düşdü Nəsimi ləbi-lə’lindən anın,  
 Gözlərindən dünü gün lə’li-müsəffa tökülür. (92,233)  
 
Göründüyü kimi, nigarın hüsn elementlərinin hər biri və 
onların harmoniyasından yaranan cismani gözəlliyi o qədər bən-
zərsiz və  cəlbedidicidir ki, o, vurğun aşiqin özünü də  həyəcan-
landırır. Gözəllik atributlarının birbaşa təsiri onu tələm-tələsik 
epitetlər, təşbehlər və müqayisə obyektləri tapmağa təhrik edir. 
Hətta məşuqun hüsnünün vəsfini yazmaq üçün qələmin ucundan 
sevda tökülür.  
Bəzən Nəsimi məhbubun gözəlliyini birbaşa deyil, dolayısı ilə 
təsvir edir. Yəni onun zahiri aləminin cizgilərini, hüsn daşıyıcıla-
rının rəsmini vermir, onların yalnız adlarını çəkir və oxucunu ona 
inadırır ki, məşuqun gözəlliyi o həddə bənzərsiz və qənirsizdir ki, 
ona tay ola biləcək heç nə yoxdur. Ən gözəl sayılan kainat 
predmetləri, onların gözəllik rəmzinə çevrilən  əlamətləri belə 
cananın hüsnü qarşısında tənəyə layiqdir. Aşiqin qənaətinə görə 
onun üzünün parıltısı  bədrlənmiş aya, saçının kölgəsi dövlət 
Yaqub Babayev 
 
98 
quşunun kölgəsinə, üzü parlaq günəşə, eşqinin  əziyyəti yüz min 
şəfayə, saçının  ətri Isanın nəfəsi kimi ölünü dirildə bilən səbayə 
tənə edir:  
 
 Tabəndə üzün tabişi bədri-dücayə tə’n edər,  
 Fərxəndə zülfün sayəsi zilli-hümayə tə’n edər,  
 Xurşidi-tabanə üzün gər tə’n edərsə, nə əcəb  
 Aləmdə rövşəndir bu kim, sultan gədayə tə’n edər.  
 Badi-səba Isa kimi gərçi dirildir öliyi,  
 Ənbərəfşan zülfün dəmi badi-səbayə tə’n edər. (92,286)  
 
Bəzən də dilbərin gözəlliyi lirik qəhrəmanı o dərəcədə heyrət-
ləndirir ki, onun İnsan olmasına inamında şübhə yaranır, tərəddüd 
baş qaldırır. Belə bir məxluqun bəşərmi, ya qeyri-bəşərmi olması 
barədə suallar baş qaldırır:  
 
 Əcəba bu huri üzlü məhi-bədr, ya pərimi?  
 Boyu sərvi-büstani, yanağı güli-tərimi?(92,81)  
Ya da:  
Məha, sənin kibi dəxi huri bəşərmi var?  
Yüzün lətafəti kibi nuri-qəmərmi var? (94,253) 
 
Mətlə beytini verdiyimiz bu qəzəllər bütövlükdə heyranlıqdan 
doğan tərəddüd üzərində qurulmuşdur. Nigarın gözəlliyi müqabi-
lində yaranan heyranlıqdan doğan “bəşərmi, yoxsa qeyri-bəşər-
mi?” dilemması lirik “Mən”i, nəhayət, yenə “vəhdəti-vücu-
dçuluğ”a gətirib çıxarır. O, hər şeydə nigarın vəchinin nişanələrini 
görür:  
 
Gözümdən gərçi pünhandır nigarın surəti, amma  
Görünən vəchdir anın nəzər qıldıqca hər cayə. (94,44) 
 
Nəsiminin dünyəvi məhəbbət və gözəlliyə həsr olunmuş əsər-
lərinin doğurduğu son qənaət də bununla yekunlaşır.  
  


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
99 
* * * 
 
I.Nəsiminin  dünyəvi motivli əsərlərinin bir qismini onun ic-
timai-fəlsəfi məzmunlu şeirləri təşkil edir. Ümumiyyətlə, Nəsimi 
filosof şairdir. Onun həm təriqət, həm dünyəvi, həm də dini şeir-
lərində fəlsəfi fikir daim aparıcı mövqedədir.  
Sənətkarın ictimai-fəlsəfi poeziyasında üç meyl daha qabarıq 
şəkildə özünü təzahür etdirir: Birincisi, dünya və onun vəfasızlı-
ğından  şikayət, dünyanı  tənqid;  Ikincisi,  dünyanın  şər xislətli 
İnsanlarından narazılıq və onları tənqid; Üçüncüsü isə, dünyanın 
yaradılışı, hikməti, mübhəm işləri barədə düşüncə  və suallara 
cavab axtarmaq.  
Şairin maddi dünyaya və ona məxsus hər  şeyə münasibəti 
ardıcıl şəkildə tənqidi xarakter daşıyır. Əgər təriqət poeziyasında 
müəllif dünyanı İnsan ruhu və mömin üçün zindan hesab edirsə, 
(“Mö’minə həqq dünyanı zindan dedi, Möminə çox qalmaya zind-
anımız”) dünyəvi ruhlu şeirlərində də həmin ideyanı davam etdi-
rir. Onun rəy və mülahizəsi belə bir qəti hökmə əsaslanır:  
 
Dünya duracaq yer deyil, ey can, səfər eylə!  
Aldanma anın alına, andan həzər eylə!  
Payəndə degil dövləti, ey xacə, cahanın,  
Əsbabinə aldanma, gəl andan güzər eylə!(92,42)  
 
Dünyada yaşamağın mənasızlığı və ondan səfər etməyin zəru-
rətinə cavabı da sənətkar özü verir: Nə üçün bu maddi gerçəklikdə 
yaşamağa dəyməz? Çünki:  
 
Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif,  
Tərkibinə gəl bax anın, şol yavü nunü dalına

.  
Fani cahanın sevgisi tamu odudur yandırır,  
Qaç ol qarıdan, ey könül, aldanma zülfü xalına.  
                                                 

 Бурада «Ялиф» (׀) дедикдя сяняткар дцзлцйц нязярдя тутур. Яряб ялифбасы иля 
«йа», «нун», «дал»ла йазылан «дцнйа» (       ) сюзцндяки «ялиф» щярфини ихтисара 
салсаг, «дяни» (ںذد) «алчаг» сюзц алыныр. 
Yaqub Babayev 
 
100 
Möhnətdir anın dövləti, zəhmətdir anın həşməti.  
Müdbirdir ol kim, bağladı qəlbin anın iqbalına.  
Təzvirü böhtandır işi, həm qövlü feli müxtəlif,  
Halin sana şərh eylədim, fikr eylə anın halına. (92,375)  
 
Nəsiminin bu istiqamətli ideyanın ifadəsinə xidmət edən, daha 
doğrusu, dünya və onun vəfasızlığını, rəzalət, şər, möhnət məkanı 
olmasını israr və  tənqid edən  şeirlərinin sayı az deyil. “Dünya 
duracaq yer deyil, ey can, səfər eylə”, “Yoxdur vəfası dünyanın 
aldanma anın alına”, “Çarə yoxdur yarə, əbsəm, ey könül, yar is-
təmə”, “Sən sana gər yar isən var, ey könül, yar istəmə”, “Dil 
bazarçısı yalandır, varmazam bazarinə”, “Dünya çün murdardır, 
irgən, könül, murdaridən”, “Səfavü zövqi-dünyayə, könül, 
aldanma, al eylər”, “Kim ki aldandı cahanın ağulu ləzzatına” və s. 
misralarla başlayan qəzəllərin mövzu və ideyası dediyimiz fikirlə 
bağlıdır. Qəzəllərin məqsədli olaraq bütöv şəkildə verdiyimiz bi-
rinci misralarından da müəllifin dünyaya münasibəti aydın şəkildə 
sezilir. Həm də  şair başqa həmdəm və  həmdərd tapmadığından 
ancaq öz könlünə müraciət edir. Sənətkarın nəzərində dünyanın 
səciyyəsi  belədir: Onun nəqdi dəğəl, qürur evinin hasili qeylü-
qaldır; təmizi yalan, dadlusu ağu qatılmış baldır; özü fələyin 
oyunçusudur; dünya evinin səltənəti beş gündür, dərdə  dərman 
tapılmaz; əqli olan onun yarından vəfa istəməz, münkirdən iqrar 
istəməyin nə faydası; möhnət və zülməti çoxdur, zülmətdən nur 
istəməyin nə faydası; onun qədri və dəyəri yoxdursa, qədr və də-
yər istəməyə yetərmi? Ötəri dünyanın varlığı fanidir və ondan 
əbədiyyət istəməyə  dəyməz, Onun özü vəfasızdırsa, onda vəfalı 
yar tapmaq olarmı? Varı möhnətdir; Cahan da, onun varı da lə-
nətə layiqdir, nazü nəimi cifədir; murdardır və xardan gül 
ummağa dəyməz; əgər beş gün şadlıq göstərsə də, sonra üz dön-
dərib məlal eylər və s.  
Ümumiyyətlə, Nəsimi poeziyasında dünya mənfi obrazdır və 
qara rənglə boyanmışdır.  İnsanın ona uyması isə  nəfslə bağlıdır. 
Nəfsin toruna düşmüş  İnsan istəyi onu dünyəvi hisslərlə maddi 
aləmə bağlayır və həqiqət yolundan azdırır:  


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə