Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə23/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
89 
dır. Məlumata görə о, əvvəllər sufizmə mеyl göstərmiş, Nəiminin 
müridi оlduqdan sоnra isə hürufiliyi qəbul еtmişdir. Həm də hər 
iki təriqətin arasında хеyli yaхınlıq da vardır. Buna görə də sənət-
karın təsəvvüf idеyalı şеirlərinin оlması da mümkündür. «Var bu 
cahandan özgə bizim bir cəhanımız», «Hüsnün, təbarəkallah, 
ənvari-ləmyəzəldir» misraları ilə başlayan, həmçinin  «Оlalım»
«Gəldim»  rədifli qəzəlləri,  şairin öz qardaşı  Şahхəndana mü-
raciətlə  qələmə aldığı  «Dəryayi-mühit cuşə  gəldi» misrası ilə 
başlayan məsnəvisi və s. pоеtik örnəklər sufizmin rəngarəng 
idеya və baхışlar sistеminin müəyyən çalarlarını bədii şəkildə əks 
еtdirir. Оnu da dеyək ki, Nəsiminin təriqət şеirlərinin hüdudlarını 
bəzən ayırmaq  оlmur. Sufiyanə bir nümunədə hürufiyanə  еlе-
mеnt, görüş və idеyalar özünü təzahür еtdirdiyi kimi, hürufiyanə 
pоеtik örnəkdə  də  təsəvvüf baхışları,  оnun müəyyən nоtları, 
spеktrləri bu və ya digər dərəcədə özünə yеr tapır. Əlbəttə, bu tə-
səvvüf və hürufilik təlimlərinin hüdudlarının bir-birindən tam ay-
rılmaması ilə bağlıdır. Hər iki təlimin  хеyli fərqli cəhətləri  оlsa 
da,  охşar,  еyni və bir-birini təkrar  еdən, üst-üstə düşən cəhətləri 
də  çохdur. Bеlə ki, bunlar arasındakı  fərq,  əsasən, hərf, söz və 
nitqə, Allah-İnsan bənzərliyinə (hürufilər «nüsхеyi-kəbir» və 
«nüsхеyi-səğir» prоblеmində daha radikal və ifrat mövqеdən çıхış 
еdib ikincini birincinin mikrоvarlıqda təzahürü hеsab  еdirdilər), 
İnsanın üzünə və оndakı хətlərə (hürufilər burada da ifrata varır-
dılar), rəqəmlərə  və s. münasibətdə özünü göstərirdi. Vəhdəti-
vücud, bəzmi-əzəl,  еşq, məstlik, vəhdət və  kəsrət, irfan, maddi 
dünyanın hicranı və cəfası, İnsanları dini, irqi və cinsi əlamətlərə 
görə yох, kamil və cahil хislətə malik оlmalarına görə fərqləndir-
mək, Haqqa qоvuşmaq və s. məsələlərə münasibətdə isə  оnların 
baхışları arasında  еlə bir fərq nəzərə çarpmırdı. Hər iki təriqətin 
nəzəri-idеоlоji isnad qaynağı,  əsasən, Quran, sünnə  və  hədislər 
idi.  
 
*** 
 
Yaqub Babayev 
 
90 
Nəsiminin bədii irsinin bir qismini də  dünyəvi motivli 
poeziya nümunələri təşkil edir. Bu tipli poetik örnəkləri də müxtə-
lif mövzu qruplarına ayırmaq olar: dünyəvi məhəbbət və gözəl-
liyi tərənnüm edən şeirlər; ictimai-fəlsəfi şeirlər; təbiət lirika-
sı; əxlaqi-didaktik şeirlər və s.  
Sənətkarın dünyəvi məhəbbət və gözəlliyi təsvir və tərənnüm 
edən xeyli şeiri vardır. “Bu nə adətdir, ey türki-pərizad”, “Ey 
Məsihadəm, nişə can vermədin cansızlara”, “Şənbə günü mən 
uğradım ol sərvi-rəvanə”, ”Ayrılıqdan yar mənim bağrımı 
büryan eylədi”, “Firqətindən, dilbəra, könlüm pərişan oldu, 
gəl”, “Gətir, gətir, gətir ol kaseyi-rəvan pərvər”, “Firqət için-
də yürəgim gör ki, nə parə-parədir”  misraları ilə başlayan, 
“Xoş gördük səni”, “Susadı”, “Oldu gəl”, “Bəri gəl”, “Gəl”, 
(“Firqət içində yanaram…”) “Neylərəm?”, “Etməgil”, 
“Yanaram”, (“Səndən iraq ey sənəm…”) rədifli qəzəlləri, habelə 
başqa janrlarda yazdığı bir sıra şeirləri bu tipli bədii nümunələr-
dir.  
Bəri başdan onu da deyək ki, bu qəbil dünyəvi motivli 
poeziya örnəklərinin özündə də müəyyən məqamlarda təriqət ide-
yaları ilə rastlaşırıq. Məsələn, əsasən, dünyəvi məhəbbətin tərən-
nümünə  həsr olunmuş, maddi həyat aşiqinin hiss və duyğularını 
ifadə edən “Etməgil” qəzəlində lirik qəhrəman deyəndə ki:  
 
Bürqəi üzündən açarsan məgər naməhrəmə,  
Gizli əsrarı əyan etmək dilərsən, etməgil!-(92,122)  
 
Artıq bu fikirləri hürufilik etiqadının baxışları prizmasından 
da şərh etmək mümkündür. Bununla belə adını çəkdiyimiz, həm-
çinin Nəsiminin təriqət ideyaları intervalına sığmayan bir çox lirik 
əsərlərini, həqiqətən, dünyəvi mövzu və ideyalarla bağlı  bədii 
nümunələr hesab etmək olar.  
Beləliklə, Nəsimi yaradıcılığında həm ilahi, həm də dünyəvi 
eşq, məhəbbət və gözəlliyin təsvir və  tərənnümü ilə rastlaşırıq. 
Təriqət ideoloqlarının təbiri ilə desək, o, təriqət  şeirlərində  hə-
qiqi, dünyəvi motivli əsərlərində isə məcazi məhəbbəti tərənnüm 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
91 
edir. Bu yönümlü şeirlər arasında başlıca fərq də orasındadır ki, 
təriqət şeirlərindəki məşuq, yar, gözəl, canan, dilbər və s. ilahi gö-
zəllik və keyfiyyətlərə malikdir, Haqqın timsalı və ya özüdür, bə-
şəri xislətin fövqündə dayanır. Məcazi məhəbbət poeziyasında isə 
məşuq, məhbub, sevgili bəşəri xislətdən xali deyil, adəm övladı-
dır, bəndədir, maddi aləmin subyektidir, İnsani əməl və davranışl-
ara malikdir.  
Nəsiminin dünyəvi məhəbbət  şeirlərinin bir qismində  eşq, onun 
ülviyyəti, aliliyi, aşiq və onun biganəliyi və s. təsvir edilir. Yuxarıda 
adlarını  çəkdiyimiz poetik nümunələr bu qəbildəndir. Belə  əsərlərin 
digər bir qismində isə  məşuqun zahiri gözəlliyi təsvir edilir. Bunlar 
xaraktercə bir-birinə zidd səciyyəyə malikdirlər.  
Məşuqun xarakteri: Eşq piyaləsi zəhərlə doludur. Aşiqə 
ağular içirtmişdir. Onun üstünə  qəmdən qoşun göndərmişdir. 
Dünyanın nazü-nemətini ona haram etmiş, bağü-bostanını, gülüst-
anını zindana döndərmiş, hicran dərdinin  əsirinə, düşmənlərin 
tənə hədəfinə çevirmişdir. Qara gözləri qan tökməkdən ötrü qılınc 
çəkmişdir. Onun aşiqə verdiyi zülmü Nəmrud və  Şəddad kimi 
zülmkarlar da öz bəndələrinə etməzdilər. Əslində sultanın vəzifəsi 
viranı abad etməkdir. Gözəllik mülkünün sultanı olan bu dilbər 
isə, əksinə, aşiqin abad qəlbini viranəyə döndərmişdir. O, Məsiha 
nəfəsli bir canandır ki, cansızlara can bağışlayır. Onun hüsnünü 
Yusifə  də  bənzətmək olmaz, çünki Yusifi-Kənanın dövranı 
keçmişdir. O, aşiqə vəfa qılmaq fikrindən də uzaqdır. Ona görə ki, 
şeytana uymuşdur. Çünki “xubların bir başı vardır, min dili”:  
  
 Dilbəra, könlündə yoxdur aşiqə qılmaq vəfa,  
 Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə.  
 . . . Ey Nəsimi, xubların bir başı vardır, min dili,  
 Eşqilə bel bağlama bu əhdü peymansızlara. (92,20)  
  
 Aşiqin xarakteri: Gözəlin sevdasından daim yel əlində, su 
gözündə, od içində, torpaq cismindədir və hər an qiyamət gününü 
yaşayır. Yarın firqəti onun canında elə bir dərddir ki, görənin əqli 
heyran olur. Xızr dirilik suyunu zülmətdə axtarır, aşiq üçünsə abi-
Yaqub Babayev 
 
92 
heyvan gözəlin dodağıdır. Onun canında və cismində yardan və 
onun həsrətindən özgə bir şey yoxdur. Ahü-zarı daşı əridir. Qəm 
səbr və aramını əlindən almışdır. Içərisindən çıxan fəraq odunun 
tüstüsü çərxi boyamışdır. Eşq bəhrində binəva qalmış aşiq sevdiyi 
şahi-xubana öz dərdini ərz etməyə də çarə tapmır. Aləm əhli ildə 
bir dəfə qurban kəsdiyi halda (“eydü-əkbər”), o, canını hər zaman 
cananına qurban etməyə hazırdır. Zavallı  aşiq isə lütf və ehsana 
möhtacdır. Ancaq əhdü-peymansız gözəllərdən bunu gözləmək 
olmaz. O əzabı ki aşiqə hicran edir, onu cəhənnəmdə də görmək 
mümkün deyil. O hətta canını və iki cahanı verib nigarın vəslini 
almaq arzusundadır. Bir sözlə, sədaqətli aşiqin məhbubu dilbərə 
birbaşa müraciətlə dediyi etirafı, vədi, ruhi-mənəvi aləminin son və 
qəti qərarı belə bir poetik qənaətdən ibarətdir:  
 
Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?  
Tacü təxtü mülkü malu xanimanı neylərəm? 
Istərəm vəsli-cəmalın ta qılam dərdə dəva,  
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?  
Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,  
Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm?  
Çox dualar qılmışam mən xaliqin dərgahına,  
Çün muradım hasil olmaz, mən duanı neylərəm?  
Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,  
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm? 
(92,142)  
 
Rəməl  bəhrində  bədii sual formasında qələmə alınmış bu 
yığcam qəzəldə sadə  məzmun, lirik axar bədii intonasiya, qəti 
bədii-fəlsəfi qərar belə bir ideyanın ifadəsinə yönəlir: nəinki 
kövnü-məkanın varı, heç öz ömrü və canı da aşiqə dilbərsiz bir 
cahanda gərək deyil.  
“Etməgil” qəzəli də  aşiqin xarakterini, mənəvi bütövlüyünü, 
eşqində səbatlı və kamil olduğunu, yarın vüsalından, heç olmasa 
onun hüsnünü görmək arzusundan başqa heç bir təmənnasının 
olmadığını zəngin obrazlarla, zərif bədii təsvir və ifadə vasitələri 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə