Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
93 
ilə oxucuya çatdırır. Sanki aşiq sevgilisinə sual verir, ondan inkar 
cavabı aldıqdan sonra başqa çarəsi qalmadığından yalvarışa keçir. 
Gözəli inandırmaq, məhəbbətinin ruhi əzəmətini ona başa salmaq, 
hiss və düşüncələrinin ən dəruni detalları ilə onu tanış etmək üçün 
özünün həm fiziki-cismani, həm də ruhi-mənəvi hallarını bir-bir 
açıb söyləyir. Lirik və obrazlı bir dillə  mən kiməm?, səni  nə 
üçün? və niyə? – sevirəm həqiqətini başa salmaq istəyir:  
 
Üzünü məndən nihan etmək dilərsən, etməgil! 
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!  
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,  
Aşiqi bixaniman etmək dilərsən etməgil!  
Qaşların qövsində müjganın xadəngin gizləyib,  
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!  
Canımı vəslin şərabından ayırdın, ey gözüm,  
Eynimi gövhərfəşan etmək dilərsən etməgil!  
Qoymuşam eşqində mən kövnü məkanın varını,  
Can nədir kim, qəsdi-can etmək dilərsən etməgil!  
Bürqəi üzündən açarsan məgər naməhrəmə,  
Gizli əsrari əyan etmək dilərsən etməgil!  
Yandırarsan könlümü eşqində, məlum oldu kim,  
Ani risvayi-cahan etmək dilərsən, etməgil!  
Doğruyam eşqində ox tək, kirpigin tanıq durur,  
Qəddimi neyçün kəman etmək dilərsən, etməgil! 
Çünki eşqin məskənidir könlümün viranəsi,  
Həsrətə ani məkan etmək dilərsən, etməgil!  
Çün yəqin bildi Nəsimi ağzının var olduğun,  
Ol yəqini sən güman etmək dilərsən, etməgil!(92,122)  
 
Əgər bu şeiri nəsrə çevirsən belə bir dolğun lövhə alarıq! 
Üzünü məndən gizlətmək istəyirsən? Gizlətmə. Gözlərimin yaşını 
axıtmaq istəyirsən? Axıtma. Mişkin saçlarını  nəsrin yarpağına 
bənzər zərif üzünə dağıdıb onu gizləyərək aşiqi evsiz-eşiksiz 
etmək istəyirsən? Etmə. Qaşlarının qövsündə ox timsalında kip-
Yaqub Babayev 
 
94 
riklərini gizlədib və onu atıb ürəyimin qanını tökmək istəyirsən? 
Etmə. Ey gözüm, canımı vüsal şərabından ayırdın. Bu hicranla 
gözlərimin gövhərə  bənzər yaşlarını (bu göz yaşları gözəlin 
yolunda axdığı üçün qiymətlidir) axıtmaq istəyirsən? Axıtma. 
Əgər mən sənin eşqinin yolunda bütün kainatın (“kövnü-məka-
nın”) varını qoymuşamsa, bir can nədir ki, onu sənə  qıymayım. 
Bəs niyə  mənim canıma qəsd etmək istəyirsən? Etmə. Örtüyü 
üzündən açıb onu naməhrəmə göstərir, gizli sirləri əyan etmək is-
təyirsən? Etmə. Könlümü eşqində yandırırsan, məlum oldu ki, 
onu cahanda rüsvay etmək diləyirsən? Etmə. Könlümün viranəsi 
eşqin məskənidir. Əgər belədirsə, onu həsrətə məkan etmək istə-
yirsən? Etmə. Nəsimi ağzının var olduğunu yəqin etdi. Yəqin olan 
bir həqiqəti sən güman etmək istəyirsən? Etmə.  
Bu əlvan lövhədə məcazi obrazların bolluğu, epitet, təşbeh, is-
tiarə, mübaliğə, müqayisə  və s. bəlağət vasitələrindən nə  qədər 
məharətlə istifadə edildiyi göz qabağındadır. Mətləbi uzatmadan 
yalnız ikinci beyt haqqında qısaca izahat verək. Burada gözəlin 
saçı mişkin (qara və ətirli maddə) epiteti ilə müşayiət olunur, üzü 
isə nəsrin yarpağına bənzədilir.  
Gözəl saçlarını üzünə tökməklə aşiqin özünə məskən saydığı 
üzünün gözəlliyini görməkdən onu məhrum edir. Beləliklə, məşu-
q əslində saçını üzünə dağıtmaqla aşiqin xanəsini dağıtmış olur və 
onu yersiz-yurdsuz qoyur.  
 Nəsiminin məhəbbət şeirlərindən “Şənbə günü mən uğradım 
ol sərvi-rəvanə” misrası ilə başlayan qəzəl həftənin günlərinin 
sayına müvafiq olaraq 7 beytdən ibarətdir. Burada həftənin hər bir 
günündə gözəllə görüşün bir tipik və yaddaqalan məqamı verilir. Şən-
bə günü “sərvi-rəvan”ı ilk dəfə görüb onun şeydası olan aşiq həftənin 
hər günü bir qədəm ona yaxınlaşır və  nəhayət, 7-ci gün vurğunluq 
vüsalla nəticələnir.  
“Ayrılıqdan yar mənim bağrımı büryan eylədi” qəzəlində öz 
hərəkəti ilə düşməni xəndan edib dostu giryan eyləyən dildarın 
əməlindən şikayət təzadlar yolu ilə oxucuya çatdırılır. Çarə yalnız 
ona qalır ki, aşiq dildarın qəmzəsinə  nəsihət versin ki, bu qədər 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
95 
əbəs qanlar tökülməsin.  
Nəsiminin məhəbbət mövzulu əsərlərinin digər bir qismini 
məşuqun  zahiri gözəlliyinin təsvir və  vəsfi  ilə  əlaqədar  şeirlər 
təşkil edir. Həmin şeirlərdən şərh etdiyimiz mətləblə bağlı daha ti-
pik görünən bəzi nümunələrin adını  çəkək: “Bu necə  qəddü 
qamətdir ki, bənzər sərvi-bəlayə”, “Bənövşə zülfünü salmış gül 
üzrə ənbərin sayə”, “Salıbdır daneyi-xalın könüllər quşuna çinə”, 
“Düşdü yenə dəli könül gözlərinin xəyalinə”, “Əcaba bu huri üzlü 
məhi-bədr, ya pərimi?”, “Ey yanağından xəcil gül laleyi-həmra 
ilən”, “Zülfü siyah şahımin həlqəsi mah içindədir”, “Müənbər 
sünbülün, şaha, gülü-sirabə pürçindir” və s. Burada adını çəkmə-
diyimiz, lakin təhlil zamanı toxunacağımız bəzi qəzəllərində, 
həmçinin bir sıra tuyuğ və rubailərində Nəsimi, əsasən, həyati gö-
zəlin, maddi hüsn ilə süslənmiş nigarın gözəlliyini bədii sözün 
təsvir obyektinə çevirir.  
Lakin bu zaman bir məsələni ciddi şəkildə  nəzərə almaq 
lazımdır. Nəsimi  İnsanda  şəhvani coşğunluq və ehtiras təlatümü 
yaradan qadın gözəlliyini təsvir və  tərənnüm etməkdən, demək 
olar ki, uzaqdır. Onun dünyəvi gözəlləri nə  qədər həyati, real 
həyat adamı olsalar da, vücudi-küllün zərrələri və ilahi hüsnün 
daşıyıcılarıdır. Buradakı  təsvir üsulunun özü də romantik üsluba 
söykənir.  
Bununla belə, həmin poeziya örnəklərindəki nigarın hüsn və 
lətafəti dünyəvi motivlə müşayiət olunur. Ifrat ilahi ideyalar, rəm-
zi anlayışlar, birbaşa Haqqa bağlılıq meyli bəşəri və həyati təma-
yüllə əvəz olunur.  
Şairin gözəlliklə bağlı şeirlərində İnsan vücudunun bütün üzv-
ləri və xassələri yox, ancaq müəyyən elementləri və xassələri tə-
rənnüm obyekti kimi iştirak edir. Daha doğrusu, obrazlaşdırılır və 
hüsnün meyarına çevrilir. Bunlar daha çox aşağıdakılardır: qəddü 
qamət (boy), zülf, göz, qaş, kirpik, üz, yanaq, ağız, dodaq, diş, 
gözəlin danışığı, xal, xətt və s. Bu elementlər bir kompleks şək-
lində hüsnün İnsanın cismani varlığındakı harmoniyasını yaradan 
və tamamlayan atributlar kimi mənalandırılır. Məşuq gözəlliyinin 
Yaqub Babayev 
 
96 
əzəməti, qeyri-adiliyi və füsunkarlığı da bu elementlərin bənzərsi-
liyində və harmoniyasındadır. Hansı ki, onlar gerçəkliyin ən gözəl 
sayılan bənzərlərini belə öz gözəllikləri ilə utandırırlar:  
  
Qamətindən sərvü ər’ər münfəil,  
Gül üzündən vərdi-əhmər münfəil,  
Kakilindən müşki ənbər münfəil,  
Ləblərindən şəhdü şəkkər münfəil. (92,598) 
 
Yuxarıda adı çəkilən hüsn elementlərinin hər birinin daşıdığı özü-
nəməxsus gözəllik funksiyaları vardır və bunlar bir vəhdət halında mi-
silsiz, qənirsiz  İnsan surətinin – nigarın camal gözəlliyinin 
yaranmasına səbəb olur. Məsələn:  Gözəlin boyu-sidrədir, tubadır, 
sərvdir,  əlifdir;  Üzü-gülü-lalədir, aya nur ehsan edir, ay və günəş 
camalından münəvvər olur, mələklər də bu hüsnü–zibaya heyrandır, 
aşiq üzünü görməklə cənnətə qovuşur, əzəl nəqqaşı onun üzünü günəş 
yazmışdır, həm də  qələmdən bu ürək oxşayan gül yarpağına  ənbər 
nöqtəsi düşmüşdür. Zülfü-mişkdir, onun ətri Çin nafəsini və sara ən-
bərini dəyərdən salır, könül saçının qaralığından qaralmış və pərişan 
olmuşdur, mişkin saçının qoxusu dünyanı  ətirləndirir;  Xalı-mişki-
tatardır, könüllər quşuna dən salıb, nəqşi-pürçindir;  Xətti-kövsər üs-
tündə bitmiş reyhandır, bədrlənmiş ay üzərinə yazılmış ayədir, 
yanağından gül xəcildir;  Gözləri-xumardır, cadudur, fitnə torudur, 
ahuyi-şəhladır;  Ağzı-qönçəni utandırır, suyu abi-həyatdır;  Dodağı-
ləli-əhmərdir,  şəhdlə  şəkkərdir,  əqiqdir;  Dişi-incidir, dürri-ədəndir; 
Sözü, danışığı-sözündən qəndü nəbat  əriyir, tuti danışığından məst 
olur, dadlı sözü İnsana elə can verir ki, abi-həyat utanır, danışarkən 
dodağından sanki dürr və ləl tökülür; hüsnü-huridir, mələkdir, Çin bütü-
dür və s.  
Gözəlin zahiri görkəminin təsvirində Nəsimi iki yol tutur. Ya 
onun xarici aləmini rəngarəng cizgiləri, boya və əlamətləri ilə təs-
vir edərək birbaşa portret yaradır, ya da gözəlliyin dolayısı ilə təs-
virinə üstünlük verir. Bir qəzəlində şair nigarın belə bir dolğun və 
cazibədar portretini rəsm edir:  


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə