17
əhalinin mədəni həyatda iştirakı, yaradıcılığın dəstəklənməsi,
mədəniyyətin maliyyələşməsi və milli-mənəvi dəyərlərin
mühafizəsi problemləri elmi meyarlar çərçivəsində tədqiq
edilmişdir;
– Azərbaycanda mədəniyyət siyasətinin effektivləşmə və
səmərəliləşmə perspektivlərinə diqqət yetirilmiş, dünya
dövlətlərilə müqayisəli təhlillər aparılmış, bu siyasətin
tənzimlənməsində yerli və beynəlxalq təşkilatların rulu
göstərilmişdir. YUNESKO və Avropa Şurası qərarlarının
ümumi çərçivəsində elm və təhsil sahəsində Azərbaycanın
mədəniyyət siyasətinin məqsədlərinə, ali təhsilli kadr hazırlığı
problemlərinə və qeyri-hökumət təşkilatlarının yeni mədəniyyət
siyasətinin formalaşdırılmasına yardımlarına aydınlıq
gətirilmişdir.
– Azərbaycan dövlətinin mədəniyyət siyasəti sahəsindəki
nailiyyətləri və uğura doğru perspektivlərinə elmi-tənqidi
qiymət verilmiş, mədəniyyət industriyaları və milli-mənəvi irsin
qorunması ilə bağlı fəaliyyətlər nəzərdən keçirilmiş, gənclər
siyasətinin mədəni və mənəvi aspektlərinə baxılmış, turizmin
inkişaf perspektivləri və mədəni-asudə vaxt problemləri elmi
cəhətdən dəyərləndirilmişdir.
Aparılmış araşdırmalar keçid dövründə müstəqil Azərbaycan
Respublikasının mədəniyyətində baş verən proseslər haqqında
ümumi anlayış formalaşdırmağa imkan yaradır. Bütün bunlar
mədəniyyətimizin nailiyyətlərini obyektiv qiymətləndirməyə və
gələcək üçün onun inkişaf yollarını proqnozladırmağa kömək
edəcəkdir.
Tədqiqat işinin obyektini Azərbaycan mədəniyyətinin tarixi-
kulturoloji problemləri kontekstində dövlətimizin mədəniyyət
siyasətinin nəzəri və əməli məsələləri təşkil edir. Dünya və
Azərbaycan kulturoloqlarının mədəniyyət siyasəti ilə bağlı
monoqrafik araşdırmaları, monaqrafiyalar və problematik
məqalələr tədqiqata cəlb edilmişdir. Bu məqsədlə azərbaycanlı
araşdırıcılarla yanaşı, Rusiya və Türkiyə alimlərinin mövzu ilə
18
bağlı tədqiqatlarından geniş istifadə edilmiş, mədəniyyət
siyasətinə dair qəbul edilmiş proqramlardan, rəsmi statistik
məlumatlardan, Mədəniyyət və Turizm Nazirliyinin “Milli
Məruzə”sindən, habelə YUNESKO-nun tövsiyələrindən və
Avropa Şurası ekspertlərinin hesabatlarından tədqiqat obyekti
kimi faydalanılmışdır.
Monaqrafiya işinin nəzəri və metodoloji əsasını tarixilik,
varislik, məntiqilik və sistemlilik prinspləri təşkil edir. Müəllif
müasir mədəniyyətimizdə baş verən hadisələrin şərhi ilə
proseslərə obyektiv qiymət verməyə çalışmış, keyfiyyət,
kəmiyyət, struktur təhlilin, o cümlədən, müqayisəli və konkret-
təhlilin metodlarından istifadə etmişdir. Müəllif tədqiqatda
konkret tarixi fakt və təhlillərə əsaslanmışdır. Tarixi hadisə və
proseslərin işıqlandırilmasında xronoloji ardıcıllığın
saxlanılmasına xüsusi diqqət yetirilmiş, bütün mənbələrə tənqidi
yanaşma metodundan istifadə edilmişdir. Hadisə və proseslərin
təhlili ilə yanaşı səbəb-nəticə əlaqələri də nəzərdən
qaçırılmamışdır.
Tədqiqat işi çoxsaylı və çoxşaxəli qaynaqlar əsasında
yazılmışdır. Tədqiqatda mədəniyyətə dair qanunlardan və
qanunvericilik aktlarından, proqram, çıxış və hesabatlardan,
dövri mətbuatdan, monaqrafiyalardan, dərs vəsaitlərindən, elmi
məqalələrdən, elmi konfrans materiallarından, kulturoloji fikrin
elmi-nəzəri qənaətləri və təcrübəsindən faydalanılmış, mövzu ilə
bağlı tədqiqat müəlliflərinin fikir və mülahizələrindən, analoji
araşdırmaların təcrübə və nəticələrindən istifadə edilmişdir.
Araşdırma zamanı əldə olunan başlıca elmi qənaət və
nəticələr müasir dövrdə Azərbaycanda mədəniyyət siyasətinin
təməl prinsiplərinin açıqlanması və uğurla həyata keçirilməsi,
habelə bu məqsədlə mənəvi dəyərlərin inkişaf amillərinin
müəyyənləşdirilməsi baxımından elmi-nəzəri əhəmiyyət daşıyır.
Monaqrafiya işi təhlil istiqamətləri, nəzəri yanaşma və
araşdırma üsulları baхımından sonrakı dövrün tədqiqatları üçün
elmi-nəzəri və praktik əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır
19
ki, monaqrafiya işi təkcə kulturoloqlar üçün deyil, həmçinin
mədəniyyətin müхtəlif problemlərini araşdıran tədqiqatçılar
üçün də əhəmiyyət daşımaqdadır. Tədqiqat işində əldə edilən
elmi nəticələr “Kulturologiya”, “Mədəniyyət tarixi və
nəzəriyyəsi”, “Tətbiqi kulturologiya” və s. fənnlərin, habelə
mədəniyyətlə bağlı kursların tədrisində, humanitar profilli ali və
orta ixtisas məktəblərinin müvafiq dərs proqramlarında,
qloballaşma şəraitində milli-mədəni özünüdərkin təbliği ilə bağlı
layihələrdə tətbiq edilə bilər.
Monaqrafiya işi AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun nəzdində
fəaliyyət göstərən koordinasiya
mərkəzində qeydiyyatdan keçmiş, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi kulturologiya”
kafedrasında hazırlanaraq yerinə yetirilmişdir. Tədqiqatın
nəticələri respublikada nəşr edilən müxtəlif məcmuə, toplu və
jurnallarda (“Mədəniyyət dünyası”, “Mədəni-maarif”, “Musiqi
dünyası” və s.) dərc olunmuş məqalələrdə, habelə elmi
konfranslarda oxunmuş məruzə və çıxışlarda öz əksini
tapmışdır.
Monaqrafiya işi giriş, iki fəsil, dörd yarımfəsil, nəticə və
istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
20
I FƏSİL.
AZƏRBAYCAN DÖVLƏTİNİN MƏDƏNİYYƏT
SİYASƏTİNİN PROBLEMLƏR KONTEKSTİ
XXI əsrə sürətli inkişaf yolunda olan müstəqil bir dövlət kimi
qədəm qoymuş Azərbaycan Respublikası qazandığı istiqlalı
qoruyub saxlamaq, demokratik dövlət qurmaq, fikir plüralizmi
və azad bazar iqtisadiyyatına malik olan vətəndaş cəmiyyəti
yaratmaq uğrunda inamla mübarizə aparmaqdadır. Müasir
şəraitdə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin təməl
prinsiplərinin, bu siyasətin tarixi, ictimai-siyasi, sosial-mədəni,
elmi və kulturoloji əsaslarının araşdırılmasına keçməzdən əvvəl,
təbii ki, həm mədəniyyət siyasəti, həm də, ümumiyyətlə,
mədəniyyət anlayışının mahiyyətinə açıqlıq gətirilməsinə və
mədəniyyət siyasətinin həyata keçirilməsi prosesində mənəvi
dəyərlərin çəkisinin müəyyənləşdirilməsinə ehtiyac duyulur.
Çünki XXI əsr bütün dünya dövlətləri və millətləri arasında
iqtisadi, siyasi, mədəni əlaqələrin artması, son nəticədə
qloballaşma ilə xarakterizə olunmaqla yanaşı, eyni zamanda
ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə də
xarakterikdir. İndi Planetin bütün irili-xırdalı dövlət və millətləri
könüllü və ya könülsüz, ixtiyari və ya qeyri-ixtiyari son nəticədə
böyük qloballaşmaya aparıb çıxaran nəhəng inteqrasiya
magistralına qoşulmaqdadır. Qloballaşma kontekstində etnik-
milli mövcudluğun siyasi, iqtisadi, kulturəl, mənəvi suverenliyi
ilə bağlı milli konsepsiya və konseptual ideyalar yekcins deyil.
Bu prosesi sosial-siyasi, mədəni-mənəvi, iqtisadi-güzəran, elmi-
intellektual müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər
də var, kainatın daha çox vahid bir mərkəzdən idarə olunan
bürokratik-texnoloji ərazi vahidinə çevrilmə prosesi olduğunu
iddia edənlər də. Ən müxtəlif mövqe və münasibətlər
xarakterindən asılı olmayaraq qloballaşmaya aparan nəhəng
inteqrasiya magistralı bütün planeti sorub aparmaqdadır.
Dostları ilə paylaş: |